1. Təsviri sənət və onun xüsusi məktəblərdə tədrisi metodikası fənninin məzmunu,məqsədi və xüsusi təhsildə yeri


XX əsr Azərbaycan təsviri incəsənəti



Yüklə 165,89 Kb.
səhifə26/42
tarix09.01.2022
ölçüsü165,89 Kb.
#51129
1   ...   22   23   24   25   26   27   28   29   ...   42
təsviri incəsənət imtahan cavabı (1)-1

50.XX əsr Azərbaycan təsviri incəsənəti

Azərbaycanda 1920-ci ildə kommunist rejiminin 70 illik hökmranlığı bərqərar oldu. Respublikada mədəni quruculuq və yeni tipli incəsənətin təşəkkülü prosesi başlandı. 1920-ci ildə Bakıda ilk rəssamlıq məktəbi açıldı, təsviri sənətin yeni növ və janraları yarandı.1930-cu illərdə qrafika sahəsində Əzim Əzimzadə ilə yanaşı Qəzənfər Xalıqov, Əmir Hacıyev, Kazım Kazımzadə və digər rəssamlar da fəaliyyət göstərir, Azərbaycan və xarici ölkə yazıçılarının kitablarına illüstrasiyalar çəkir, müxtəlif aktual mövzularda siyasi plakatlar yaradırdılar. Müasir dəzgah boyakarlığının təşəkkülü 1920-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmiş gənc rəssamların fəaliyyəti ilə bağlı olmuşdur. 1928-ci ildə Azərbaycan Gənc Rəssamlar Cəmiyyətinin ilk yaradıcılıq sərgisi, 1930-cu illərdə Azərbaycan İnqilabi Təsviri İncəsənət Birliyinin təşkil etdiyi sərgi böyük uğur qazandı. Bakıda və Moskvada nümayiş etdirilən ilk rəssamlıq sərgilərində Salam Salamzadə, Ələkbər Rzaquliyev və digər müasir mövzulara həsr etdikləri tablolar mühüm yer tuturdu. 1932-ci ildə Azərbaycan rəssamlarının təşkilat komitəsi yaradıldı. Boyakarlıq sahəsində bir sıra uğurlar qazanıldı. Sadıq Şərifzadənin «Üzüm yığımı», Qəzənfər Xalıqovun «Nizaminin portreti», Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Səttar Bəhlulzadə və Kamil Xanlarovun məişət və tarixi tabloları, kalorit zənginliyi, boyaların ahəngdarlığı ilə diqqəti cəlb edir.İkinci Dünya Müharibəsi illərində Azərbaycan rəsamlarının yaradıcılığında siyasi plakat və satirik qrafika əsas yer tuturdu. Siyasi karikaturaların yaradılmasında Əzim Əzimzadə, Q.Xalıqov, İ.Axundov, Ə.Hacıyev, S.Şərifzadə və b. Qrafiklərin mühüm rolu olmuşdur.



Müharibədən sonra, 1950-ci illərin ortalarında Azərbaycan təsviri sənəti bədii kamillik dövrünə qədəm qoydu. Bunun inkişafında keçirilən sərgilərin mühüm rolu olmuşdur.SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü Mikayıl Abdullayevin tablolarında respublikanın geniş, rəngarəng panoramı təsvir olunmuşdur. Rəssamın «Axşam», «Mingəçevir işıqları», «Azərbaycan çöllərində» (triptix), «Sevinc» və s. əsərlərində əmək adamları məişət səhnələri lirik səpkidə verilmişdir.Azərbaycan təbiətinin gözəllikləri xalq rəssamı S.Bəhlulzadənin «Qız bənövşəyə gedən yol», «Doğma düzənliklər», «Torpağın həsrəti», «Kəpəzin göz yaşları» və s. Tablolarında öz əksini tapmışdır. N.Qasımov, K.Xanlarov, M.Tağıyev, S.Haqverdiyev, T.Cavadov, F.Xəlilov, B.Maratlı, N.Rzayev, Ə.Əsgərov, U.Haqverdiyev və b. Rəssamlar mənzərə janrında orijinal tablolar yaratmışlar.


Yüklə 165,89 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin