1. Təsviri sənət və onun xüsusi məktəblərdə tədrisi metodikası fənninin məzmunu,məqsədi və xüsusi təhsildə yeri



Yüklə 165,89 Kb.
səhifə2/42
tarix09.01.2022
ölçüsü165,89 Kb.
#51129
1   2   3   4   5   6   7   8   9   ...   42
təsviri incəsənət imtahan cavabı (1)-1

2. İncəsənətdə məzmun və forma.

Forma məzmun və hiss daşıyıcısıdır. Forma ilə əlaqədar iki anlayış var: forma – tərz kimi (üsul, üslub) və plastik forma. Əsas plastik formadır. Plastik forma mütləq üçölçülü olmalıdır. Forma özü-özlüyündə məzmun daşıyıcısıdır, yəni özü məzmundur (nəyi təsvir etməsindən asılı olmayaraq). Məsələn, fincana gözüyumulu əl toxundurmaqla biz onun formasına görə məzmununu, yəni fincan olduğunu müəyyən edə bilərik. Eyni zamanda, forma emosionallığın daşıyıcısıdır. Çünki, forma özlüyündə insana hissiyyat verir. Hər hansı bir formaya toxunsaq gözəldirsə estetiklik verir, gözəl olmadıqda isə narahatlıq yaradır, mənfi emosiya verir. Bu da formanın fakturası ilə bağlıdır. Məsələn, hamar heykəltəraşlıq forması və hamar olmayan heykəltəraşlıq forması (Venera heykəli mərmərdən də ola bilər, palçıqdan da. Hər ikisi qadın fiquru olmasına baxmayaraq, materialına görə fərqli təsir bağışlayır).

Forma məzmun daşıyıcısına o vaxt çevrilir ki, biz həmin formanın məzmununu tanıyırıq (yaddaşda olan formanın müqayisəsi ilə). Bəzi hallarda isə formanın məzmunu yoxdur, belə formalara dekorativ formalar deyilir. Məsələn, daş heç nəyə oxşamır, məzmunu yoxdur. Belə formada ancaq emosionallıq, hissiyyat, estetiklik var.

Formanın emosionallıq daşıyıcısı olması o zaman əmələ gəlir ki, insana formanın emosional təsiri olur. Bildiyimiz kimi, Allah insanda ətraf məkanı müəyyənləşdirən daxili koordinat oxları barəsində hissiyyat yaradıb. Bu daxili koordinat təsəvvürləri müvazinət yaradır və ətraf məkanı da o oxa görə qavrayır (həmçinin ətraf məkanın formalarını). İnsanın öz daxili koordinat oxları ilə müşahidə etdiyi formanın məntiqi koordinat oxları üst-üstə düşmədiyi halda insanın emosionallığı artır. Üfüqiliyə meylli forma sakitlik və tarazlıq əhval-ruhiyyəsi əmələ gətirir. Şaquliliyə meylli forma – tarazlığın saxlanılması gərginliyini yaradır. Və nəhayət, mailliyə (diaqonal) meylli forma gərginlik və hərəkət hissini artırır.

Mürəkkəb təbii formalardan biri olan armud meyvəsinin formasının insana təsirini araşdıraq. Armuda baxdıqca insanın baxışı özündən asılı olmayaraq armud formasının səthi üzərində “xəyalən gəzir” və belə “gəzməklə” armud formasını qavrayır. Baxışın armud səthi üzərində gəzməsi emosional dəyişkənlik yaradır. Bu dəyişkənlik (enişli-yoxuşlu səthin yaratdığı emosionallıq) daxili koordinat oxlarından asılı olaraq tamaşaçıda “rahat”, “narahat”, “gərgin” və s. Emosional hallar yaradır.

Forma gözəllik və eybəcərlik hissi də yaradır. Formanın mailliyi, bərkliyi, qalınlığı, yumşaqlığı, fakturası və s. İnsan tərəfindən əl vasitəsilə qavranıldıqda, insanda müsbət və ya mənfi təəssüratlar yaranır. Müsbət təəssürat gözəllik hissini, mənfi təəssürat isə eybəcərlik hissini yaradır.



Formanın estetikliyi. Tanış olmayan formanın xoşa gəlimliyi – estetikliyi müəyyən daxili və xarici qanunauyğunluqlara əsasən yaranır. Bu qanunauyğunluqlar daima sənətkarları düşündürmüşlər. Leonardo da Vinçi və bir sıra incəsənətin nəzəri tədqiqatları ilə məşğul olmuş sənətkarlar forma estetikliyinin əsas prinsiplərini aşağıdakı şəkildə müəyyən etmişlər:Formanın tamlığı – Forma natamam olmamalıdır. Formanın tamlığı ona nə isə “əlavə” etmək və ya ondan “kəsmək” tələbatını yaratmamalıdır. Formanın mütənasibliyi – formanın bir hissəsi digər hissəsi ilə mütənasib olmalıdır (insan başının bədənə nisbətdə böyük və ya kiçik olması mütənasiblik prinsipinin pozulmasıdır). Formanın arxitektonikası – formanın ayrı-ayrı hissələri biridigərinin məntiqi davamı olmalıdır. Əyri (plastik) xətt birdənbirə düz (həndəsi) xəttə keçsə, bu forma heç vaxt gözəl ola bilməz. Formanın fakturası – formanın üst səthinin hamar olması estetikliyi artıran faktorlardan biridir.Formanın təsviri sənətdə ilkin istifadəsi heykəltəraşlıqda (ibtidai incəsənətdə Veneralar və s.) olub. Bu formaların çoxu prinsip etibarilə həyati formaları əks etdirmirlər. Beləliklə, təsviri incəsənətdə əzəldən təbii (realistik) forma və rəssam təxəyyülü nəticəsində yaradılan formalar mövcud olmuşlar.İbtidai incəsənətdə plastik forma xüsusiyyətləri. İbtidai dövr incəsənətində insan gözəlliyi təsvir obyekti və predmeti olmamışdır. Rəssamı qadın gözəlliyi maraqlandırmırdı, onu ancaq fiqurun qadına məxsus olmasının bildirilməsi maraqlandırırdı. Belə təsvirlər əsasən sinə və qarın hissəsinin şişirdilməsini əks etdirirlər. Çünki, qadının bu bədən nahiyələri nəsil artırma ilə əlaqəli idilər. Qadın təsvirlərin yaradılması isə bütövlükdə nəsilartırma, bolluq, məhsuldarlıq ayinlərinin (ibtidai magiya) tərkib hissəsi kimi meydana gəlmişdir. O dövrün insan təsvirlərində qadın və kişi heykəllərinin gözəllik göstəriciləri ümumiyyətlə nəzərə alınmamışlar.Canlı təbiətin əsas qanunlarından birinə əsasən (həyatı davam etdirmək qanunu) heyvanlar biri-digərindən gözəlliyə görə deyil, sağlamlığına, nəsil artırma bacarığına, gələcək balalarını qoruya bilməsi bacarığına görə seçilmişlər. Heyvan ailələri təbii seçim prinsipi ilə yaradılırdı.İbtidai insanlar arasında qadın-kişi münasibətləri də heyvanat aləminin bu əsas prinsipinə uyğun idi. Lakin heyvanlardan fərqli olaraq, insan təsvirləri (xüsusilə qadın təsvirləri) magik ayinlərlə bağlı olmuşlar. Belə ki, bu insan fiqurları təsvirlərində cüzi olsa belə, estetiklik yoxdur. Təsvirdə qadının hamilə vəziyyətdə olan (şişman) formasını yaratmaqda məqsəd onun nəsil artımına, məhsuldarlığa təsir etmək olmuşdur.İncəsənətin həyata estetik münasibətinə gəldikdə isə V.Q.Çernışevski gözəlliyin nə ilə müəyyən olduğunu belə izah edir: “Gözəllik meyarlarla bağlıdır”. Hər bir tarixi mədəniyyət və ya cəmiyyət öz gözəllik meyarlarını yaratmışdır. Həmin gözəllik meyarları plastik formanın estetik qiymətləndirilməsində də özünü göstərmişdir.Neolit dövrü incəsənətinə əsasən demək olar ki, bu dövrdə formanın sırf estetikliyi (gözəlliyi) anlayışı meydana gəlir. Belə ki, bu dövrdə ilk dəfə olaraq insan özünü bəzəməyə başlayır, bəzək əşyaları, dəstləri əmələ gəlir, formalar gözəllik elementləri, ritmlilik, ornamentallıq xüsusiyyətləri əldə edirlər. Artıq insan forma vasitəsilə gözəllik yaratmağı bacarır.Paleolit dövründə insan sürü şəklində yaşayırdısa, neolitdə monoqam nikahlar yaranır, geyim dəbləri, gözəllik və seçim hissi yaranır. İnsan bədəninin forması olduğundan fərqli olaraq məqsədyönlü bəzədilir. Forma səthinə naxışlar çəkilir. Bu vaxtdan etibarən bilavasitə funksional əhəmiyyəti və dəyəri olmayan bədii obrazlar meydana gəlir. Beləliklə də tələbatlara uyğun gözəllik yaranır. Əvvəllər formanın əsas funksiyası şər qüvvələrdən, kənar təsirlərdən qoruya bilinməsi ilə izah olunurdu. Yeni daş dövründən isə formanın gözəlləşdirilməsi və məzmunla vəhdət təşkil etməsi normaya çevrilir. Artıq forma məzmunla bərabər, tətbiqi, dekorativ xarakter kəsb etməyə başlayır. Bununla da formanın özünün insana təsiri də genişlənir.Forma bəzədilməyə başlayan andan insana ikili təsir etməyəbaşlayır: formanın funksionallığı və gözəlliyi bu təsirlərin əsasını təşkil edir.Formanın estetikliyi müəyyən mənada gözəllik qatlarında (laylarında) özünü büruzə verir. Bu layların əsasını formanın ilkin qənaətbəxşliyi müəyyən edir. Birinci estetik lay formanın özəl gözəlliyidir, ikinci estetik lay isə formanın səthində olan naxışlardır.Forma özü-özlüyündə bəzəksiz də gözəl ola bilər. Məsələn, qədim yunanlar bəzəksiz gözəl mərmər heykəllər düzəltmişlər. Bəzəkli formanın gözəl görünməsi üçün vəhdətə nail olunmalıdır. Bu isə tətbiq olunan bəzəyin formanı daha kamil və gözəl etməsi ilə əldə olunur.Antik dövr incəsənətində plastik forma xüsusiyyətləri. Antik dövr incəsənətində forma gözəlliyinin əldə olunması ən yüksək zirvəsinə çatır. Bunun səbəbi Qədim Yunan incəsənəti mahiyyətinin humanizm (insanpərvərlik) prinsipləri üzərində formalaşmasıdır. Artıq bu dövrdə insan bir varlıq kimi gözəl sayılırdı. Buna sübut kimi qədim yunanların öz tanrılarını insan şəklində (qadın və kişi) təsvir etmələrini göstərmək olar. Qədim yunanların qəbul etdikləri və yaratdıqları ilahi gözəllik bilavasitə insan fiqurlarının plastikasında özünü büruzə vermişdir. Qədim yunanlar gözəllikdə ilahilik, ilahilikdə gözəllik axtarmışlar. Sonrakı romalılardan fərqli olaraq, qədim yunanlar adi insan-

Ların heykəllərini yaratmırdılar, onlar əsasən qeyri-adi gözəlliyə məxsus tanrıların, əfsanəvi və real qəhrəmanların obrazlarını yaradırdılar.

Antik dövrdə formaya münasibətin təməlində belə bir fikir dururdu: gözəl forma insanda ilahi hiss yaratmağa qadirdir. Qədim yunanlar həyatda kamil insan fiqurunu, plastikasını tapmadıqda mövcud formaları kamilləşdirmiş və heykəllərdə əks etdirmişlər. Qədim yunanlıların bədii metodu kamil plastikaya və ölçü nisbətlərinə malik müxtəlif insan fiqurlarının nahiyələrini montaj üsulu ilə birləşdirmək və bu hissələri ümumi vəhdət halına gətirmək bacarığından ibarət idi. Yunan sənətkarlarının yaratdıqları belə formalar qüsursuz, kamil və gözəl olmalı idilər, çünki, Tanrı fiquru qüsurlu və qeyri-kamil ola bilməzdi.

Romada isə formaya münasibət yunanlardan bir qədər fərqli idi və bu fərqlilik bilavasitə etnik xüsusiyyətlə bağlı idi. Dini və bədii prinsipləri yunanlardan götürmüş Romalıların plastikaya münasibəti bir qədər fərqli olmuşdur. Onlar formada kamillik və gözəlliyə deyil, realistikliyə üstünlük vermişlər. Romalılar artıq tanrıları deyil, real insanları təsvir edən heykəllər yaratmağa aludə olmuşlar.

Formanın materialının və onun fakturasının da forma dərkində, qavranışında və qiymətləndirilməsində xüsusi rolu var. Çünki, forma materialının özü də (öz cismaniliyi ilə) insana emosional təsir bağışlayır. Məsələn, qranitdən düzəldilmiş heykəlin forması tuncdan düzəldilmiş heykəlin formasından fərqli təsir edir. Tunc metaldan olan formada axıcılıq və elastiklik hiss olunur. Qranit və ya mərmər isə bərkdir, qəlpələnəndir, yonulur, sındırılır və s. Bu hər iki material haqqında insanın biliyi və həyat təcrübəsi həmin materiallardan hazırlanmış heykəltəraşlıq formasının qavrayışına təsir edir.


Yüklə 165,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin