1. Təsviri sənət və onun xüsusi məktəblərdə tədrisi metodikası fənninin məzmunu,məqsədi və xüsusi təhsildə yeri


    Rəng nədir Rənglər haqqında ümumi məlumat



Yüklə 165,89 Kb.
səhifə9/42
tarix09.01.2022
ölçüsü165,89 Kb.
#51129
1   ...   5   6   7   8   9   10   11   12   ...   42
təsviri incəsənət imtahan cavabı (1)-1

10.    Rəng nədir Rənglər haqqında ümumi məlumat.

Təbiət müxtəlif rəng çalarları ilə zəngindir. Parlaq, əlvan rənglərə və bu rənglərin qarışığına təbiətin bütün fəsillərində rast gəlinir. Təbiət bu rənglərlə çiçəkləri, gülləri, kəpənəklərin qanadlarını, quşların lələklərini də boyayır. Rəng — optik diapazonda elektromaqnit şüalanmanın keyfiyyətli subyektiv xarakteristikasıdır. Rəng hissetmənin fizioloji görüntüsü əsasında yaranır və bir sıra fiziki, fizioloji və psixoloji faktorlardan asılıdır.Rəngin fərdi qəbul edilməsi onun spektr tərkibindən, əhatə edən işıq mənbəyi ilə rəng və parlaqlıq kontrastından asılıdır. Bu faktor işıqlanmayan obyektlərlə də baş verir. Burada rəngin özündən, insan gözünün xüsusiyyətlərindən və psixikasından da asılılıq vardır. Canlı həyatında olduqca əhəmiyyətli bir rolu olan rənglərin meydana gəlməsi üçün hansı şeylərin lazım olduğunu ümumi olaraq araşdıraq. (Bu maddələr daha sonra təfərrüatlı olaraq ələ alınacaq.) Tək bir rəngin, məsələn, yalnız qırmızının ya da yalnız yaşılın meydana gəlməsi üçün aşağıda maddələr halında verilmiş olan əməliyyatların hər biri bu ardıcıllığa görə reallaşmalıdır.

1-Rəngin meydana gəlməsi üçün lazım olan ilk şərt işığın varlığıdır. Bu səbəblə də əvvəlcə Günəşdən gələn şüaların necə bir xüsusiyyətə sahib olmasının lazım olduğunu araşdıraraq başlamaqda fayda vardır. Rənglərin meydana gələ bilməsi üçün Günəşdən yer üzünə gələn şüalar, rəngləri meydana gətirə biləcək şəkildə, müəyyən bir dalğa uzunluğuna sahib olmalıdır. Günəşin yaydığı bütün şüaların içindən yalnız “görünən şüalar” olaraq adlandırılan bu şüaların yer üzünə gəlmə ehtimalı 1025-də bir ehtimaldır. Bu inanılması çətin olan ehtimal reallaşar və rənglərin meydana gəlməsi üçün lazım gələn şüalar Günəşdən Dünyaya çatar. Günəşdən gəlib kosmosa yayılan işıq həqiqətdə gözə zərər verəcək xüsusiyyətlərə malikdir. Buna görə də Dünyaya çatan işıq, gözün asanlıqla qəbul edə biləcəyi və zərər verməyəcəyi vəziyyətə gəlməlidir. Bunun üçün şüalar bir süzgəcdən keçməlidir. Bu nəhəng süzgəc Dünyanı əhatə edən “atmosfer”-dir. Atmosferdən keçən işıq yer üzünə səpələnir və rast gəldiyi maddələrin hamısına dəyərək əks olunur. İşığın dəydiyi maddələr, işığı udmayıb əks etdirəcək xüsusiyyətlərdə olmalıdır. Göründüyü kimi maddələrin quruluş xüsusiyyəti də yer üzünə gəlib çatan bu işıqla rəngləri meydana gətirəcək şəkildə uyğun olmalıdır. Bu şərt də reallaşar və Günəşdən gələn işığın dəydiyi maddələrdən asanlıqla yeni bir işıq dalğası yayılır.

2. Rənglərin meydana gəlməsindəki digər bir mərhələ də işıq dalğalarını qəbul edə biləcək bir qəbulediciyə, yəni gözə ehtiyac olmasıdır. İşıq dalğalarının görmə orqanlarıyla da uyğunluq içində olması zəruridir. Günəşdən gələn şüalar gözümüzün təbəqələrindən keçib torlu qişada elektrik siqnalına çevrilməlidir. Daha sonra bu elektrik siqnalları insan beynində görünüşü dərk etməklə məsul olan görmə mərkəzinə çatdırılmalıdır. Bizim hər hansı bir rəngi gördüyümüzü ifadə edə bilməyimiz üçün reallaşması lazım olan son bir mərhələ daha vardır. Rənglərin meydana gəlməsindəki son mərhələ görmə mərkəzinə gələn elektrik siqnallarının, burada olan sinir hüceyrələri tərəfindən “rəng” olaraq başa düşülməsidir. Göründüyü kimi tək bir rəngin meydana gəlməsi üçün olduqca təfərrüatlı və bir-birinə bağlı bir ardıcıllıqla baş verən əməliyyatlar reallaşmalıdır.

Rənglər isti və soyuq olur. İsti rənglər sarı, qırmızı, narıncı, qəhvəyi və onlardan alınan rəng çalarlarıdır. Bu rənglər bizə Günəşi, istini, odu-alovu, səhraları xatırladır.

Soyuq rənglər bizə şaxta-sazağı, qarı, buzu, dənizi xatırladır. Bu rənglərə göy, bənövşəyi, yaşıl, mavi və onların çalarlarını aid etmək olar


Yüklə 165,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin