1. Təsviri sənət və onun xüsusi məktəblərdə tədrisi metodikası fənninin məzmunu,məqsədi və xüsusi təhsildə yeri


Təsviri incəsənət tədrisində didaktik prinsipləri



Yüklə 165,89 Kb.
səhifə6/42
tarix09.01.2022
ölçüsü165,89 Kb.
#51129
1   2   3   4   5   6   7   8   9   ...   42
təsviri incəsənət imtahan cavabı (1)-1

6. Təsviri incəsənət tədrisində didaktik prinsipləri.

Didaktika pedaqogikanın əsas bölmələrindən biridir. Didaktika təlim prosesinin səmərəli şəkildə həyata keçirilməsi üçün normativ tələblər işləyib hazırlayır. Cəmiyyətin ictimai sifarişinə, elm və məktəbin müasir səviyyəsinə əsaslanaraq, didaktika öyrənmə predmetini – təlimin məqsədini (nə üçün öyrətmək, nəyə hazırlamaq); təlimin məzmununu (nəyi öyrətməli); təlimin metodlarını və təşkili formalarını (necə öyrətməli); təlimə nəzarət və onun nəticələrinin hesaba alınması və s. bu kimi məsələləri müəyyənləşdirir. Prinsip latın sözündən (prinsipium) alınıb; əsas ideya, ilkin ideya, başlıca tələb mənasında işlənib. Pedaqoji ədəbiyyatda təlimin prinsipi təlimin səmərəliliyin artıran əsas ideya, başlıca tələb kimi qəbul edilmişdir. Təlim prinsipləri təlimin qanunauyğunluqlarını əks etdirən, təlim prosesinin səmərəli qurulmasına imkan verən ilkin ideyalar, fəaliyyət normaları, başlıca tələblərdir. Təcrübə göstərir ki, didaktik prinsiplərə əsaslanan təlim prosesi, bir qayda olaraq, müsbət nəticə verir. Əksinə, həmin prinsiplərə istinad etmədikdə təlimdə uğur qazanmaq mümkün deyildir.

Təlim prinsipləri didaktik qanunauyğunluqlarla sıx bağlı olduğundan onları həmin qanunauyğunluqlar əsasında təsnif etmək daha düzgündür. Təlim prinsipləri təlim prosesinin müxtəlif ünsürləri arasındakı çoxcəhətli əlaqələri tənzim etməyə xidmət göstərir.

Milli pedaqogikada müəyyənləşdirilmiş təlimin 13 qanunauyğunluğundan törəyən 13 prinsipin adlarını və hər birinin xüsusiyyətlərini qısa şəkildə göstərək.

1. Təlimin həyatla əlaqələndirilməsi prinsipi. Bu prinsip tələb edir ki, müəllim məktəbin, təhsilin həyatla, istehsalatla qarşılıqlı əlaqədə olduğunu yadda saxlasın; bilsin ki, tədris müəssisələrinin yaradılmasında, orada təhsilin məzmunu da həyatın, istehsalatın ehtiyaclarından irəli gəlir və bu ehtiyacların ödənilməsinə yönəlir. Bu prinsip müəllimdən tələb edir ki, öyrətdiyi fənin, mövzunun həyat üçün, istehsalat üçün əhəmiyyətini şagirdlərin başa düşmələrini təmin etsin, öyrənilən biliklərin şagirdlər üçün mənasız yükə çevrilməsinə imkan verməsin. Belə olduqda şagirdlərin fənnə, elmə, biliyə marağı artır, şüurluluq dərəcəsi yüksəlir.

2. Təlim üçün münasib şəraitin yaradılması prinsipi. Müəllim yadda saxlayır ki, bu prinsipin əsasında belə bir qanunauyğunluq durur: zəruri maddi-texniki bazada və mənəvi-psixoloji mühitdə keçirilən təlimin səviyyəsi yüksək olur. Belə bir qanunauyğunluq, əvvəla, məktəbdən, müəllimlərdən tələb edir ki, təlim işi üçün münasib şərait yaradılmasına nail olsunlar: sinif otağı gigiyenik qaydalara cavab versin, şagirdlərin sinifdə sayı normada olsun, zəruri texniki və əyani vasitələr, habelə dərs vəsaitləri şagirdlərin sərəncamına verilsin; ikincisi, məktəbdə normal mənəvi-psixoloji mühit yaradılsın və s.

3. Təlimdə fərdi xüsusiyyətlərin nəzərə alınması və müyəssərlik prinsipi. Şagirdlərin fərdi xüsusiyyətlərinə aiddir: onların həm mövcud bilik, bacarıq və vərdişlərinin xüsusiyyətləri, həm də fiziki, fizioloji və psixoloji xüsusiyyətləri. Bu prinsip müəllimdən tələb edir ki, təlim zamanı şagirdlərin həmin xüsusiyyətlərini ətraflı nəzərə alsın.

4. Təlimdə şüurluluq və fəallıq prinsipi. Təlim zamanı müəllim və şagird fəallığı dərəcəsinin tərs mütənasibliyi qanununa əsaslanır. Həmin səbəbə görə də şüurluluq və fəallıq prinsipinin izahı mövcud izahlardan fərqlənir. Çünki hazırkı izahat şagirdlərin şüurluluq və fəallıq mexanizminə istinad edir. Şagird tədris materialı üzərində düşündükcə, mühakimə yürütdükcə, işlədikcə, yəni zehni və əməli fəallıq göstərdikcə həmin materialı şüurlu surətdə başa düşür, dərk edir, yaxşı yadlarında saxlayırlar.

5. Təlimdə əməkdaşlıq prinsipi. Pedaqogikaya yeni gətirilmişdir. Təlimdə müəllim və şagird fəaliyyəti bir-birini şərtləndirir; təlim zamanı müəllim və şagirdlərin fəaliyyətləri arasında mürəkkəb və çoxcəhətli qarşılıqlı əlaqə mövcuddur. Başlıcası budur ki, şagirdlərin rəğbətini qazanan, onların ehtiyaclarını duyan, onlara valideyn qayğısı göstərən, şəxsiyyətinə hörmət edən, bir sözlə, şagirdləri ilə əməkdaşlığa hazır olan müəllim öz yetirmələri ilə əməkdaşlığa hazır olan müəllim öz yetirmələrinin həqiqi tərbiyəçisinə, məsləhətçisinə, müdrik yaşlı yoldaşına çevrilir.

6. Təlimdə ziddiyyətlərin aradan qaldırılması prinsipi. Təlim zamanı ziddiyyətlərin, uyğunsuzluqların şagirdlər tərəfindən duyulması, qəbul edilməsi və aradan qaldırılması qanunundan irəli gəlir. Müəllim şagirdlər qarşısında problem qoyur, onlara tapşırıq verir; müəllim məlumat mənbəyi olur. Şagirdlər qoyulmuş yeni problemi və ya verilmiş tapşırığı həll etmək üçün öz bilik ehtiyatlarını səfərbər etməyi və psixoloji imkanları daxilində fəaliyyət göstərməli olur.

7. Təlimdə elmilik prinsipi. 5 istiqamətdə nəzərə alınır. Əvvəla, bu prinsip tələb edir ki, ayrı-ayrı elmlər sahəsində üzə çıxarılan yeniliklər şagirdlərin başa düşəcəkləri formada təlimin məzmununa qovuşdurulsun; konkret faktlarla ümumi məfhumların nisbəti təlimdə tarazlaşdırılsın; faktik material nəzəri anlayışlara, nəzəri anlayışlar isə faktik materiala üstün gəlməsin.

8. Təlimin təhsilləndirici prinsipi də pedaqogika üçün yenidir. Təlim və təhsil anlayışlarının qohum anlayışlar olduğunu, onların real həyatda bir-birinə çevrildiyini, təlimin təhsili həyata keçirmək prosesi olduğunu, təhsilin təlim üçün həm əsas, həm də nəticə olduğunu müəllim bilməli və öz işində nəzərə almalıdır; çalışmalıdır ki, təlimin təhsil verən vəzifəsini tam həyata keçirsin.

9. Təlimin tərbiyələndirici prinsipi . Təlimin bütün cəhətləri: onun təşkili formaları da, üsulları da, vasitə və tərzləri də dərsdə müəllim-şagird münasibətlərinin xarakteri də şagirdlərə müəyyən tərbiyəvi təsir göstərir. Bu prinsip tələb edir ki, müəllim tədris edəcəyi mövzu üzrə elə materiallar, elə faktlar seçsin, elə rəqəmlər, elə nümunələr gətirsin ki, onlar uşaqlarda Azərbaycan xalqının istədiyi yüksək əxlaqi keyfiyyətlərin formalaşmasına kömək etsin; müəllim öz nitqinə qarşı tələbkar olur; təlimin tərbiyələndirici prinsipi müəllimə xatırladır ki, şagirdləri ilə münasibətdə xeyirxahlıq, qayğıkeşlik, sadəlik, təvazökarlıq təcəssümü olsun, öz fəaliyyətində şagirdlərə hörməti onlara qarşı tələbkarlığı ilə üzvi şəkildə birləşdirsin; şagirdlərin dərsə davamiyyətinə, dərsdə onların özlərini necə apardıqlarına, nə dərəcədə diqqətli olduqlarına, necə düşündüklərinə müəllimin fikir verib-verməməsi şagirdlərə bu və ya digər dərəcədə tərbiyəvi təsir göstərir.

10. Təlimin inkişafetdirici prinsipi. İsbat olunmuşdur ki fənlərin tədrisi şagirdlərin psixoloji inkişafına kömək edir. Təlim şagirdlərə nəinki təhsil verir, nəinki onlara tərbiyəvi təsir göstərir, eyni zamanda onların psixoloji qüvvələrini inkişaf etdirir. Bu məqsədlə müəllim öyrədilən cisim və hadisələrin diqqətlə müşahidəsini, bir qədərdən sonra təsəvvürdə canlandırılmasını, haqqında mühakimə yürüdülməsini, müqayisə edilməsini, oxşar və fərqli əlamətlərin üzə çıxarılmasını, ümumiləşdirmələr aparılmasını təşkil edir.

11. Təlimdə əyaniliyin anlayışa xidmət etməsi prinsipinin əsasında duran qanunauyğunluq belədir: əyani vasitələrin tətbiqi zamanı şagirdlərin diqqəti yalnız müşahidə olunan konkret obyektlərin əlamətlərinə yönələn zaman onlarda əsasən qavrayış və təsəvvürlərin formalaşmasına, həmin əlamətlər ümumiləşdirilərək eyni tipli digər obyektlərə aid edildikdə isə müvafiq anlayışların formalaşmasına imkan yaranır. əyaniliyin növləri müxtəlifdir: təbii əyanilik, şəkil əyanilik, sözlü əyanilik, şərti əyanilik və hərəkətli əyanilik.

12. Təlimdə bilik və bacarıqların möhkəmləndirilməsi prinsipini həyata keçirməyin başlıca yolları unudulmanın qarşısının alınması, şüurlu təkrar və bilikdən müxtəlif istifadə. Şüurlu təkrarın bütün formaları unudulan biliyi yada salmaq məqsədini deyil, unutmanın qarşısını almaq, yaddaqalmanın müddətini uzatmaq məqsədini güdür.

13. Müxtəlif üsullardan istifadə prinsipi. Tələb edir ki, təlim zamanı müəllim bir üsulun tətbiqi ilə kifayətlənməsin, mövzunun şüurlu və möhkəm mənimsənilməsi üçün zəruri olan üsullara əl atsın: şagird müşahidə aparsın, mühakimə yürütsün, nəyisə axtarıb tapsın, aldığı nəticənin doğurduğu yoxlasın, öyrəndiyi biliyi təcrübədə tətbiq etməli olsun.


Yüklə 165,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin