1. Təsviri sənət və onun xüsusi məktəblərdə tədrisi metodikası fənninin məzmunu,məqsədi və xüsusi təhsildə yeri


Azərbaycan xalq rəssamı Ömər Eldarovun həyat və yaradıcılığı



Yüklə 165,89 Kb.
səhifə27/42
tarix09.01.2022
ölçüsü165,89 Kb.
#51129
1   ...   23   24   25   26   27   28   29   30   ...   42
təsviri incəsənət imtahan cavabı (1)-1

51.Azərbaycan xalq rəssamı Ömər Eldarovun həyat və yaradıcılığı.

Ömər Eldarov 1927-ci dekabrın 21-i Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltəraşlıq bölməsini qurtardıqdan sonra Ömər Eldarov peşə biliyini artırmaq məqsədilə Leninqraddakı İ. Repin adına rəngkarlıq, heykəltəraşlıq və memarlıq institutunun heykəltəraşlıq fakültəsində təhsilini davam etdirib. 1946-cı ildən etibarən Ömər Eldarov mütəmadi olaraq müxtəlif respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı olub. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir.Yaradıcılıqla yanaşı, Ömər Eldarov həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. 1958–1968-ci illərdə o Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci ildə isə o, SSRİ Rəssamlıq Akademiyasının heykəltəraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. Bu illər ərzində məşhur heykəltəraş tərəfindən bir neçə nəsil istedadlı peşəkar rəssam yetişdirilib. Ömər Eldarov 1969–1973-cü illərdə Bakı Sovetinin deputatı seçilib və burada mədəni-maarif işi üzrə komissiyanın rəhbəri vəzifəsində çalışıb. 1995-ci ildə isə Ömər Eldarov müstəqil Azərbaycanın ali qanunvericilik orqanı olan Milli Məclisə deputat seçilib. Azərbaycan Rəssamlıq Akademiyasının rektorudur.Bu cür əsərlər sırasında şairə Natəvanın (1960, Bakı), mütəfəkkir şair Məhəmməd Füzulinin (1963, Bakı), dramaturq Hüseyn Cavidin (1993, Bakı), Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyevin (1987, Naxçıvan) , Sapun dağı hücumu iştirakçıları olmuş 77-ci diviziyanın əsgərləri «Azərbycanın qorxmaz oğul və qizlarına» həsr olunmuş memorial (1974, Sevastopol), Sədrəddin Ayninin (1979, Düşənbə), İbn Sinanın (1980, Düşənbə), professor İhsan Doğramacının (2001, Ankara), Heydər Əliyevin (2001, Qars) heykəlləri , bəstəkar Üzeyir Hacıbəyovun (1955, Bakı), rəssam Səttar Bəhlulzadənin (1974, Bakı), bəstəkar və caz musiqiçisi Vaqif Mustafazadənin (1984, Bakı), dirijor Niyazinin (1989, Bakı), yazıçı Süleyman Rəhimovun (1991, Bakı), bəstəkar Fikrət Əmirovun (1988, Bakı), şərqşünas-tarixçi, akademik Ziya Bünyadovun (2000, Bakı), akademik Həsən Əliyevin (1988, Bakı) xatirə abidələri «Elegiya» abidəsi (1989), akademik Zərifə Əliyevanın (1995, Bakı), Azərbaycanın ümummilli lideri Heydər Əliyevin (2004, Bakı), professor Lütfi Zadənin (2018, Bakı)), bəstəkar Arif Məlikovun (2020, Bakı) qəbirüstü abidələri vardır. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir. Bu qabildən olan «Qızım Lalənin portreti», «Oğlum Müslümun portreti», «Analıq» , «İlin dörd fəslı», «Bacılar» əsərləri şair Nəsiri Xosrovun və yazıçı Rabindranat Taqorun heykəl portretləri müxtəlif vaxtlarda nüfuzlu respublika və beynəlxalq sərgilərdə uğurla nümayini etdirilmişdir


Yüklə 165,89 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin