1. Təsviri sənət və onun xüsusi məktəblərdə tədrisi metodikası fənninin məzmunu,məqsədi və xüsusi təhsildə yeri



Yüklə 165,89 Kb.
səhifə21/42
tarix09.01.2022
ölçüsü165,89 Kb.
#51129
1   ...   17   18   19   20   21   22   23   24   ...   42
təsviri incəsənət imtahan cavabı (1)-1

Memarlıq insanların həyat və fəaliyyəti üçün məkan mühitini formalaşdırır. Məhz bu, Memarlığı - Sənət – İncəsənət edir. Həmçinin memarlıq da hər bir incəsənət növü kimi, cəmiyyətin həyatı, onun tarixi, baxışları və ideologiyası ilə sıx bağlıdır. Memarlıq sənəti – həqiqətən də ictimai bir sənətdir . Təsadüf deyil ki, böyük sivilizasiyaları yalnız müharibələr və ya ticarətinə görə deyil, hər şeydən əvvəl, vaxtilə tikilmiş memarlıq abidələrinə əsasən xatırlanır. Memarlıq – bir şəhərin, dövlətin və bütovlükdə bir dövrün xüsusi "vizit kartıdır"!

Tarix boyu xalq memarlığı inkişaf etmişdir. Hər bir xalqın və dövlətin onun yaşam tərzini və ənənələrini əks etdirən memarlıq tarixi vardır. Mənsub olduğu xalqın həyat tərzini və estetik görüşlərini əks etdirən xalq memarlığı monumental memarlıq üçün tükənməz yaradıcılıq mənbəyi olub.

Hər tikili konkret təyinata malikdir və buna görə də onun zahiri görünüşü insanların həyat tərzini büruzə verir. Memarların cəsarətli ideya və təşəbbüsləri qədim dövrdə materialların müxtəlifliyi və ideyaların parlaqlığı ilə seçilən qədim roman üslubu və ya zidd barokko üslublarını, renessans, müasir dövrdə isə modern və hay-tek (high-tech) kimi üslubların yaranmasına gətirib çıxartdı.

Müasir dövrdə şəhərlərin və ya ölkənin xüsusi simvolları sayılan qədim evlər, abidələr, qəsrlər və saraylar heç vaxt öz cazibədarlığını itirmir.

Memarlıq tarixinin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət, Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misaldır.

Azərbaycanda Qobustanda aşkar edilmiş ən qədim yaşayış yerləri (mağaralar, müxtəlif primitiv sığınacaqlar və s.) ilə yanaşı, meqalit memarlıq abidələri - kromlexlər, menhirlər (çoban daşı), dolmenlər və siklop tikililəri geniş yayılıb. Hündür daşlardan quraşdırılmış bu qurğular el arasında "qalaça", yaxud "hörükdaş" adlanır. Naxçıvan şəhərinin yaxınlığındakı Çalxanqala (Tunc dövrü) və Arpaçay sahilindəki Qaratəpə divarındakı Oğlanqala (e.ə. II-I minilliklər) müdafiə tikililəri siklop tikililərə aid edilir. Güney Azərbaycanın ərazisində, Araz yaxınlığında da qala tikililəri (Bastam, Danalı, Qalaoğlu və s.) aşkar edilib.

Azərbaycan ərazisində e.ə. IX-VII əsrlərdə şəhərlər əmələ gəlib, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. Həsənli rayonunda abidələr kompleksi, Urmiya gölü sahilindəki qayalarda çapılmış sərdabələrin tədqiqi göstərir ki, Azərbaycanda VII əsrdən eyvanlı mənzil tipi təşəkkül tapmışdır. Həmin dövrün digər memarlıq qurğularından yeganə dini tikili olan od mehrabları dövrümüzə kimi gəlib çatmışdır. 

Ərəb xilafətinin yüksəlişi dövründə Azərbaycan memarlığının inkişaf mərkəzi Bərdə şəhəri olub. Bərdədə geniş tikinti işləri aparılıb, çoxlu məscid və başqa dini binalar, karvansara, bazar, hamam tikilib.

Azərbaycan şəhərlərində hamam binaları geniş yayılmışdır. Azərbaycan hamamlarının ən yaxşı örnəkləri Abşeronun Nardaran kəndində (1388, memar Kəştasif Musa oğlu), Bakının İçərişəhər bölməsində (Qasımbəy hamamı, XIV əsr), Basqalda (XVII əsr), Gəncədə ("Çökək hamam", XVII əsr), Şuşada ("Merdinli" məhəlləsinin hamamı), Qubada ("Çuxur hamam"XIX əsr), Ağdamda (Abdal Gülablı kəndinin hamamı 1900, memar Kərbalayi Səfixan Qarabaği) qalmışdır.

XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi Əsgəran qalası (sonra İbrahim xan tərəfindən genişləndirilmişdir) bu dövrün ən iri müdafiə tikilisidir. Qarqar çayının sağ və sol sahillərində salınan Əsgəran qalası iki istehkamdan ibarətdir.

Bu dövrdə Azərbaycanda xəstəxanalar və kiçik tibb müəssisələri də tikilib. 1860-cı illərdə Salyanda memar Q.Hacıbababəyovun layihəsi ilə tikilmiş xəstəxana XX yüzilin əvvəllərinədək fəaliyyət göstərib.

Qarabağ zonasında Avropa memarlığı dərin kök sala bilməmiş, XIX yüzilin ortalarında Qarabağda özünəməxsus memarlıq məktəbi yaranmış və onun ən görkəmli nümayəndəsi Kərbəlayı Səfixan Qarabaği olmuşdur. Kərbəlayi Səfixan Bərdədə İmamzadə kompleksini yenidən qurmuş (1868), Ağdamda məscid (1868-70), Şuşada Aşağı məscid (1874-75), Yuxarı məscid, yaxud Cümə məscidi (1883), indiki Füzuli şəhərində Hacı Ələkbər məscidi (1890), həmin rayonun Horadiz (1891-1908) və Qoçəhmədli (1906) kənd məscidləri və s. binalar tikmişdir.

Sovet dövrü Azərbaycan memarlığının ilk mərhələsi Bakı ətrafında fəhlə qəsəbələrinin (Binəqədi, Bakıxanov, Montin, Məmmədyarov) salınması ilə əlaqədar olub. Fabrik, zavod, anbar binaları, liman, körpü, vağzal və s. tikililər Azərbaycanda sənaye-nəqliyyat qurğuları memarlığının yaranmasına səbəb olmuşdur.

20-ci illərin başlanğıcından Bakıda yaşıllaşdırma və bağ-park memarlığı sahəsində mühüm işlər görülməyə başlamışdır. 

1929-cu ildə Azərbaycan Politexnik İnstitutu inşaat fakültəsinin ilk buraxılışı olmuşdur. Məzunlardan memarlar S.Dadaşov və M.Hüseynov qısa müddət ərzində bir çox binaların layihəsini hazırlamışlar. Bunlardan Bayıldakı fabrik-mətbəx (indiki doğum evi), Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) yeni tədris korpusu (1932), İncəsənət İşçiləri Evi, bir sıra yaşayış binaları kompleksi, Qazaxdakı Pedoqoji Texnikumunun binasını (hamısı 1933) göstərmək olar. S.Dadaşov və M.Hüseynovun layihələri ilə tikilmiş "Nizami" kinoteatrı və Yeyinti Sənayesi Nazirliyinin keçmiş binası (hər ikisi 1937-39), Hökumət evi, Azərbaycan Dövlət Musiqi Akademiyası (1937-39, M.Hüseynov, S.Dadaşov) həcm-məkan quruluşuna və monumental tikililərin memarlıq həllinə görə diqqəti cəlb edir. S Dadaşov və M.Hüseynov burada antik yunan və intibah memarlığı üçün xarakterik olan üsul və formalardan yaradıcı şəkildə istifadə etmişlər. 

1933-1936-cı illərdə Bakıda və respublikanın başqa şəhərlərində geniş miqyasda məktəb tikintisi işləri aparılmışdır.

Müstəqillik qazanandan sonra da, Bakının ən görkəmli yerlərində gözəl memarlıq ansamblları yaradılmış, şəhərin simasını müəyyən edən müasir binalar, göydələnlər tikilmişdir: Azərbaycan Respublikası Ali Məhkəməsinin klassik üslublu yeni binası (memar Vüqar Həsənov), Uniplaza (memar Nəriman İmaməliyev), Heydər Əliyev Mərkəzi (memar Zaha Hadid) və s.

39. Azərbaycan xalq rəssamıT.Nərimanbəyovun həyat və yaradıcılığı

Toğrul Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulmuşdur. Əslən şuşalıdır. 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirmişdir. XX əsrin 50-ci illərindən etibarən yaradıcılığa başlamışdır.Yaradıcılığının ilk dövrünə aid əsərlərdən "Bayıl mənzərəsi", "Fırtınadan da güclü", "Səadət", "Sevinc", "Həyat naminə", "İşıqlı gələcək uğrunda" və başqalarını qeyd etmək olar.1955-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilib. Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnmişdir. Fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinə xas rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlı olmuşdur. İnsanların daxili aləminin ən incə çalarlarınadək təsvirini verən portretləri bu janrda yaradılmış əsərlər içərisində öz orijinallığı, bədii forma kamilliyi və novatorluğu ilə seçilmişdir. Təzad və şərtiliyi, ənənəvilik və müasirlik kimi müxtəlif yanaşmaları öz əsərlərində harmonik şəkildə əks etdirmişdir. Ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaratmışdır. Monumental boyakarlıq və divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək böyük estetik təsir qüvvəsinə malikdir.Rəssamın "Emalatxanada", "Kafedə", "Qız Qalası", "Talış dağlarında", "Yaylaqda", "Çoban ailəsi", "Məhsul bayramı", "Bağda çayxana", "Bakıda bazar" və s. əsərlərinin hər biri, haqqında geniş söz açılmağa layiq sənət nümunələridir. Belə tablolara rəğbətini gizlətməyən S. Bəhlulzadənin "Toğrulun əsərləri bərəkətli bir süfrəni xatırladır. Bu süfrədə hər cür nemət var. Özü də bu, doğma Azərbaycan torpağının nemətləridir! Toğrulun əsərlərindən torpağımızın ətri gəlir…" fikrini söyləməsi də həmin əsərlərin sənətkarlıqla yaradıldığını təsdiqləyir. T.Nərimanbəyov eyni zamanda gözəl səs tembrinə malik olub. O, Azərbaycanın və dünya vokal sənətinin şah əsərlərini ifa etməkdən yorulmurdu. Rəssam televiziya çıxışlarının birində etiraf etmişdi: "Muğamı çox sevirəm, lakin ifa edə bilmirəm, ifa olunarkən gözlərimdən yaş axır. T.Nərimanbəyov Abdulla Şaiq adına Dövlət Kukla Teatrının, Milli Məclisin binasının və keçmiş "Moskva" mehmanxanasının foyelərini bənzərsiz rəssam təxəyyülünün şahanə fantaziyası ilə qədim incəsənətimizdən gələn ənənələrə tapınmaqla, misilsiz sənət inciləri ilə bəzəyib. Portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri olaraq dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.

2 iyun 2013-cü ildə Parisdəki hospitallardan birində vəfat etmişdir[3]. Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında[4] dəfn olunmuşdur.

40. Dekorativ-tətbiqi sənət,onun spesifikliyi.

24cü sual cavabı

41. Dekorativ rəsmdərslərinin tədrisi metodikası

Dekorativ rəsm, applikasiva məşğələləri uşaqlarda bədii zövqün inkişafına təsir edir. 3-4 yaşlarından başlayaraq uşaqlara dekorativ fəaliyyətdə əvvəlcə sadə ritmik təkrarlanan elementlər (qırıq xətlər), daha sonra sadə lakin, müxtəlif elementlərin bir-birini əvəz etməklə təkrarlanması (qırıq xətt və nöqtə) mənimsodilir. Getdikcə, təlim məsələsi mürəkkəbləşir və 4-5 yaşlı uşaqlara naxış elementlərini məh-

dud sahə daxilində ritmik (zolaq daxilində) ardınca simmetrik (düzbucaq kvadrat) yerləşdirmə bacarığını mənimsədilir.

Böyük və məktəbəhazırlıq qruplarında, yaş səviyyəsi vəqavrama qabiliyyətinə uyğun olaraq naxış elementlərinin təsviri mürəkkəbləşir. Nəbati naxışlar (yarpaqlar, güllər) və meyvələr naxış elementi kimi verilir

Məktəbəhazırlıq qrupunda uşaqlara milli naxış elementlərini: (qoşbuynuzu, buta, və s.) mənimsətməklə yanaşı milli sərvətimiz olan neft buruqlarını, milli məşğuliyyətimiz olan pambıq, zəfəran, üzüm salxımları, həmçinin Qarabağ atları naxış elementi kimi tədris edilir.Rəng anlayışında əsas rənglərlə bərabər daha incə rəng çalarları mənimsədilir. Uşaqlar akvarel boyalarla işləyərək açıq

tünd boyalar alırlar. Applikasiya məşğələsində uşaqlar əvvəlcə

eyni formalı, daha sonra müxtəlif formada, böyüklükdə və rəngdə olan hazır formalar (məhdud sahə daxilində) yapışdırırlar.Dekorativ yapmanın təlimində, dekorativ incəsənət əsərlərindən istifadə edilir. Baxış zamanı uşaqların diqqəti əşyanın gözəlliyinə zəngin, zövq oxşayıcı tərtib üsuluna yönəlir. Uşaqlara dekorativ incəsənət əsərlərində əsas ifadə vasitələrini görmək və ayırmaq zəngin və kompozisiyanın uyğunluğunu dərk elməklə yanaşı verilmiş naxış elementlərini və onların yerləşdirilməsini qavramaq və seçmək bacarığı mənimsədilir.

Dekorativ rəsmə daha çox yer verilir. Uşaqlar məhdud sahə daxilində ilk öncə zolaq daxilində nöqtələr və yaxmalardan iİbarət olan naxış tərtib etməyi mənimsəyirlər. Naxış tərtibi ilk dəfə mənimsədilərkən təsvir üçün bir rəng boyadan istifadə olunur. Növbəti məşğələlərdə (naxış elementindən asılı olaraq) iki və daha artıq boyadan istifadə olunur. Rəng çatarlarının uyğunluğunu tərbiyəçi seçməlidir ki, təsvir zövq oxşasın. Dekorativ Rəsm işlərinin dalıa səliqəli və zövq oxşayan olması üçün tərbiyəçi hədiyyə məqsədi ilə kvadratdan kəsilmiş hazır zolaqlar (əl-Focin). Düzbucaq (dəsmal), kvadrat (süfrə) formaları daxilində kanar (“qaz ayağı”, “nərdivani”, “dəvə boynu”, “siçan dişi”) və nəbatı ( gül ləçəkləri, yarpaqlar və s.) naxış elementləri tərtib etmək təklif edilir və uşaqlar daha maraq və həvəslə işə başlayırlar. Məşğələ vftksək səviyyədə keçir və yüksək nəticə əldə edilir.

Böyük qrupda süjet üzrə rosnı məşğələlərinin mövzusu uşaqların arzusu ilə seçilir. İşə başlamazdan öncə öz işlərini planlaşdırmağa, fikirlərini yoldaşları və tərbiyəçi ilə bölüşdürməyə çalışırlar. Bü növ məşğələlərdə uşaqlar ətraf aləmdə baş verən hadisələri, bayram və tədbirləri, arzu və istəklərini təsvir etməyə çalışırlar.

Dekorativ rəsm məşğələlərində milli qablarımız: kasa, dolça

üzərində nəbati naxışlan təsvir etmək (gil çubuğundan istifadə

etməklə) mənimsədilir. Dekorativ rəsm məşğələsində uşaqlar milli sərvətimiz mövzusunda Neft buruğunu naxış elementi kimi verirlər. Milli məşğuliyyətlər: atçılıq, pambıqçılıq, üzümçülük və s təsvirlərdən istifadə etməklə naxış kompozisiyası qurulur.

Uşaqlar daha sərbəst olur, mövzuya uyğun işlərini öncədən düşünərək planlaşdırırlar.

Dekorativ rəsm məşğələlərində uşaqlar tumurcuqlanmış budağı, gülləri naxış elementi kimi verirlər

42. Monumental boyakarlıq haqqında məlumat.

BOYAKARLIQ təsviri sənətin növlərindən biridir. Boyakarlıq əsərinin başlıca təsvir vasitələri rəsm və rənglərdən ibarətdir. Onu müxtəlif növlərə ayırmaq olar. Boyakarlığın ən qədim, ibtidai forması divar rəsmləridir. Onlar ibtidai dövrdə mağaralarda çəkilən heyvan və insan təsvirlərindən tutmuş ən müasir ictimai binaların monumental təsvirlərini əhatə edir. Qədim dövrlərdə dini tikililər – məbədləri, məscidləri və kilsələri bəzəyən təsvirlər dini ideyaların təbliğinə yönəlirdi. Müasir dövrdə elm, mədəniyyət ocaqları, ictimai mərkəzlər onların ideyalarını bədii şəkildə təbliğ edən təsvirlərlə bəzənir.Monumental boyakarlıq Qədim Misir, Çin, Hindistan, Yunanıstan və Roma incəsənətində mühüm yer tutmuşdur. Bizans və Qədim Rus incəsənətində təsviri sənətin ən geniş yayılmış növü monumental boyakarlıq olmuşdur. Monumental boyakarlığın çiçəklənmə dövrü XIV–XVI əsrlərə təsadüf edir. İtaliyada Renessans dövrünün görkəmli rəssamlarının (Cotto, Rafael, Leonardo da Vinçi, Mikelancelo, Veronoze və b.) yaradıcılığında özünün yüksək inkişaf səviyyəsinə çatmışdı. Monumental boyakarlıq orta əsrlərdə Şərq ölkələrində də geniş yayılmışdı (Hindistanda Acanta, Orta Asiyada Pəncikənd və s.). Kapitalizm dövründə, xüsusilə XIX–XX əsrin əvvəllərində monumental boyakarlıq tənəzzülə uğramışdır. Müasir dövrdə monumental boyakarlıq Avropanın və Latın Amerikasının bir çox ölkəsində (xüsusilə Meksikada Dieqo Rivera, Xose Klemente Orosko, Xose David Alfaro Sikeyros və başqalarının yaradıcılığında) geniş yayılmışdır.

İslam dininin məhdudlaşdırıcı təsirinə baxmayaraq, Azərbaycanda da monumental boyakarlıq əsərləri yaradılmışdı (Şəki xanları sarayının divar rəsmləri və s.). SSRİ hakimiyyəti dövründə Azərbaycanda monumental boyakarlıq yenidən inkişaf etmişdir. 1980-ci illərdə yaradılan böyük memarlıq komplekslərinin, mədəniyyət saraylarının, klubların, dəmiryol və metro stansiyalarıın, mehmanxana və istirahət ocaqlarının memarlıq və bədii-estetik həllində monumental boyakarlıq əsərlərindən geniş istifadə olunur

43. Xüsusi məktəblərdə dekorativ rəsmin mahiyyəti və metodikaları

44. Hansı rəsm əsərlərinə miniatür deyilir və Azərbaycan miniatür rəssamları haqqında məlumat

Cavbı sual 26

45. Yapma məşğələlərinin tədrisi metodikası

Yapma - yumşaq prastik materiallardan, dartma, uzatma, sıxlaşdırma, hamarlama və s. bu kimi üsullarla sadə heykəltəraşlıq təsvirinin yaradılması prosesidir.Bir çox fənn müəllimləri və tədqiqatçılar yapma drslərinin şagirdlərin bədii yardıcılq qabiliyyətinin inkişafında çox böyük əhəmiyyətli rol oynadığını xüsusi qeyd edirlər. Bu dərslərdə şagirdlər əsasən gil, plastilin və s. bu kimi plastik materiallardan istifadə etməklə sadə və mürəkkəb formalı fiqurlar hazırlayırlar. Başqa sözlə, yapma prosesionlardan müəyyən fiziki güc tətbiq etməklə, müxtəlif formaları yaratmağı, hazırlamağı tələb edir.

Yuxarda qeyd olunanlar nəzərə olmaqla, fann müəllimləri ibtidai siniflərdə bu dərslər üçün mövzu seçərkən, şagirdlərin yaş xüsusiyyətlərinə, onların fiziki hazırlığına uyğun mövzuları düzgün müəyyənləşdirməlidirlər. Beləki, yapma dərslərində şagirdlər fiziki güc tətbiq etməklə, yumşaq materiallardan, həcmli və relyef formalı əşyalar hazırlayırlar ki, bu zaman praktik işlərin ardıcıllığında, məşğələlərin taşkilində və keçrilməsində ən səmərəli metodlardan və üsullardan məqsədyönlü istifadə eldilməlidir.Belə məşğələlərdə işləniləcək mövzuların kompozisiyası, konstruksiyası, quruluşu, forması, xarakterik xüsusiyyətləri, hərəkət vəziyyəti və s. nəzərə aiınmalıdır.Digər təsviri incəsənət dərlərindən fərdu olaraq şagirdlər yapma dərslərindəpraktik işi yerinə yetirərkən hər iki əlin hərəkətlərindən istifadə edirlər. Bu prosesdəbəzən əllərin hərəkəti sinxron xarakter daşıyır və onlar hazfladıqları əşyanı muxtəlif tərfdərdən müşahidə edə bilirlər. Başqa sözlə, digər məşğələlərdən fərqli olaraq yapmaməşğələlərində şagirdlər sadə və mürəkkəb formaları hazırlayarkən 3 ölçülü görməvərdişlərinə (öndən, yandan, yuxarıdan görünür və s.) və müxtəlif əl vərdişlərinəyiyələnirlər.Bildiyimiz kimi, orta ümumtahsil maktəblərində yapma məşğalələrində əsasəngildən və plastilindən istifadə olunur ki, bu materialların tərkibi və onların işə hazırlan-ması aşağıdakı qeyd olunmuşdur.


Yüklə 165,89 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin