1. Riyaziyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri və funksiyaları


) Bilik, bacarıq və vərdişlərin yoxlanılması dərsi



Yüklə 393,7 Kb.
səhifə36/48
tarix26.12.2023
ölçüsü393,7 Kb.
#197602
1   ...   32   33   34   35   36   37   38   39   ...   48
1. Riyaziyyat n t drisi metodikas n n predmeti, m qs di, v zif l

3) Bilik, bacarıq və vərdişlərin yoxlanılması dərsi;
4)Öyrənilən materialın sistemləşdirilməsi və ümumiləşdirilməsi dərsi.


23.Fəal təlim üsulları: Venn diaqramı, Klaster, BİBÖ, Anlayışın çıxarılması, Problemli vəziyyət, Beyin həmləsi və Auksion.


Təhsil proqramında (kurikulumda) müəyyənləşdirirlmiş Standartlara uyğun bilik və bacarıqların formalaşdırılması üçün Riyaziyyat təlimində ənənəvi təlim metodları ilə yanaşı, aşağıdakı fəal(interaktiv) üsulların geniş istifadə olunur :

Venn diaqramı :


Venn diaqramı kəsişən iki və ya daha artıq çevrə üzərində Qurulur. Çevrələrin üst-üstə düşdüyü hissədə yazmaq üçün kifayət qədər yer olmalıdır. Həmin hissədə sözü gedən məsələnin əks, yaxud ümumi cəhətləri qeyd olunur. Tutaq ki, şagirdlər riyaziyyatdan trapesiya ilə paraleloqramı müqayisə edirlər. Venn diqramı vasitəsi ilə oxşar və fərqli cəhətləri vermək olar. Diaqramın kənar hissələrində (çevrələrin) fərqli cəhətlər, üst-Üstə düşən hissədə isə oxşar cəhətlər yazılır. Venn diaqramından Həm öyrədici, inkişafetdirici, həm də ümumiləşdirici dərsdə İstifadə etmək olar.

Klaster (şaxələndirmə):


Klaster hər hansı mövzunun açılmasına, şagirdlərin bu ətrafda sərbəst düşünməsinə şərait yaradan metoddur. Bu metodun tətbiqi zamanı fikirdən fikir, mövzudan mövzu doğur. Klaster metodu həm fərdi, cütlərdə, həm də qrupla həyata keçirilə bilər. Onun tətbiqi çox sadə və yadda qalandır. Şaxələndirməni həyata keçirmək üçün:
1. İri kağız götürülür.
2. Kağızın mərkəzində söz, fənnə aid termin yazılır.
3. Həmin sözdən şaxələr ayrılır və yeni fikirlər yazılır.

BİBÖ– Bildiklərimiz. İstəyirik bilək.


Öyrəndiklərimiz.BİBÖ aşağıdakı mərhələlər üzrə aparılır:
1. Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir: Bilirəm . İstəyirəm bilim. Öyrəndim.
2. Problem müəllim tərəfindən elan edilir.
3. Şagirdlər problemlə bağlı bildiklərini söyləyir və cavablar birinci sütunda qeyd olunur.
4. Həmin məsələ ilə bağlı bilmək istədikləri isə ikinci sütuna yazılır.
5. Dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mövzu ilə bağlı öyrəndikləri üçüncü sütunda qeyd edilir.

Yüklə 393,7 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin