Bu metod oyun-tapmaca formasında keçirilir və şagirdlərdə yüksək fəallıq yaradır.Müəllim lövhədə dairəvi kart asır, Onun arxasında şagirdlərdən tələb olunan anlayışı yazır. Kartın Yazı olmayan tərəfini şagirdlərə göstərir və gizlədilmiş anlayışların xüsusiyyətlərinə aid 2 və ya 3 yönəldici söz sadalayır və ya Yazır. Şagirdlər həmin xüsusiyyətlərə uyğun olaraq gizlədilmiş Anlayışı tapırlar. Əgər şagirdlər anlayışı tapmaqda çətinlik çəksələr, müəllim əlavə olaraq yeni xüsusiyyətlər sadalayır.
Problemli vəziyyət :
Bu metod tənqidi təfəkkürü, təhliletmə və ümumiləşdirmə Vərdişlərini inkişaf etdirir. Müəllim əvvəlcədən problemi və müzakirə üçün sualları Hazırlayır. Şagirdlər 4-5 nəfərlik qruplara bölünür. Problemli vəziyyət əks olunmuş iş vərəqləri uşaqlara paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir və onun həlli Yolunu göstərir. Qruplar öz işlərini bitirdikdən sonra sinifdə Ümumi müzakirə aparılır.
Beyin həmləsi :
Bu metoda bəzən əqli hücum da deyilir. Beyin həmləsi Şagirdlərin tamamilə fikir sərbəstliyini təmin edir. Bu zaman Bütün qrup hər hansı bir problemin həllinə cəlb edilir və qısa vaxt ərzində bütün fikir və təkliflər qeyd edilir. Müəllim sualla müraciət edirsə, sualı açıq qoymalıdır. Söylənilən fikirlərin hamısı qəbul olunur, bu fikirlər nə tənqid olunur, nə də qiymətləndirilir, yerinə yetirilmiş işin nəticəsində bütün deyilən fikirlər təhlil və düzəliş edilir. Əsas məqsəd beyin həmləsi zamanı mümkün qədər çox fikir toplamağa nail olmaqdır.
Auksion :Keyfiyyətcə eyni fikirlər , ortaq əlamətlər qruplaşdırılır. Ən doğru fikir söyləyən və ya daha dolğun fikir ifadə edənlər önə çıxarılır
24. Təlim fəaliyyətinin planlaşdırılması. Planlaşdırmanın növləri.
Kurikulum islahatında təlimin müasir tələblərə uyğun Planlaşdırılması və təşkilinə geniş yer verilir. Təlim-tərbiyə işini planlaşdırmağın iki əsas növü vardır:
İllik və cari planlaşdırma. İllik planlaşdırmada tədris vahidinin nə zaman və hansı Ardıcıllıqla tədris ediləcəyi göstərilir. Fənnin planlaşdırılması aşağıdakı ardıcıllıqla aparılır: