1. Riyaziyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri və funksiyaları


Fəal dərsin mərhələləri. Fəal dərsin motivasiya, problemin qoyulması və tədqiqatın aparılmasmərhələləri



Yüklə 393,7 Kb.
səhifə32/48
tarix26.12.2023
ölçüsü393,7 Kb.
#197602
1   ...   28   29   30   31   32   33   34   35   ...   48
1. Riyaziyyat n t drisi metodikas n n predmeti, m qs di, v zif l

21. Fəal dərsin mərhələləri.

Fəal dərsin motivasiya, problemin qoyulması və tədqiqatın aparılmasmərhələləri.


Bu mərhələlər aşağıda qeyd olunub.
Motiviasiya, problemin qoyulması. Motivasiya–hər hansı fəaliyyətin mexanizmini işə salan qüvvədir. Ona görə də, tədqiqata başlamazdan əvvəl müəllim təfəkkür prosesini hərəkətə gətirmək, şagirdlərin bilikləri əsasında özləri tərəfindən tədqiqat sualının formalaşdırılması üçün motivasiyadan istifadə edir. Hər hansı tədqiqat işinə başlamaq üçün tədqiq olunacaq problemin qoyulması vacib olduğundan, ilk növbədə sual formalaşdırılır və fərziyyələr irəli sürülür
Tədqiqatın aparılması. Suallar və fərziyyələr dəqiqləşdirildikdən sonra tədqiqat işi başlanılır. Tədqiqat müxtəlif formalarda–bütün siniflə birgə, kiçik qruplarla, cütlüklər və fərdi şəkildə aparıla bilər.


Fəal dərsin informasiya mübadiləsi, müzakirəsi və təşkili mərhələləri.


İnformasiya mübadiləsi. Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıları, yeni informasiyanın mübadiləsini aparırlar. Qoyulmuş suala cavab tapmaq üçün bütün iştirakçılar bir-birinin təqdimatını fəal dinləməli olurlar.
Natamam və xaotik xarakter daşıyan yeni bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.

İnformasiyanın müzakirəsi və təşkili. Bu mərhələ ən mürəkkəb xarakterlidir. Belə ki, bu mərhələ, bilik, bacarıq və vərdişlərin təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir. Müəllim fasilitasiya funksiyasını yerinə yetirərək (yönəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş faktların müzakirəsinə və onların sistemləşdirilməsinə kömək edir. Nəticədə tədqiqat sualının cavabı sxem, qrafik, cədvəl və təsnifat formasında təşkil oluna bilər.






Fəal dərsin nəticə və ümumiləşdirmə, tətbiqetmə mərhələləri.


Nəticə və ümumiləşdirmə. Bu mərhələdə şagird nəinki
əldə olunan bilikləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə və irəli sürülmüş fərziyyələrlə müstəqil olaraq tutuşdurmalıdır.

Yaradıcı tətbiqetmə. Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir. Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini şagirdə açıb göstərir. Bu mərhələdə müəllim şagirdlərə, onların kəşf etdikləri biliklərin yaradıcı surətdə tətbiqinə dair çalışma verməklə, həmin biliyin həmişəlik onların yaddaşlarında həkk olunmasına nail ola bilər. Bu iş bir dərsə ayrılmış vaxtla məhdudlaşmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür
Bu mərhələdə həmçinin Azərbaycanda geniş yayılmış sərbəst iş forması–dərsdə alınmış bilik bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini nəzərdə tutan ev tapşırıqlarına da münasibət bildirilməlidir :

  1. Ev tapşırıqlarının xarakteri tədqiqat və yaradıcı elemenləri (müxtəlif yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar, Modelləşdirmə və s.) ilə zənginləşdirilməlidir

  2. Lazım olan hallarda müstəqil mənimsənilmək üçün fərdi maraqları və tələbləri nəzərə alan proqramlarin tərtib edilməsi və tədbiqini genişləndirmək lazımdır.

  3. Şagirdlər yuxarı siniflərə keçdikcə müstəqil iş üçün ayrılan dərs vaxtının faizi artırılmalıdır



Yüklə 393,7 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin