1. Riyaziyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri və funksiyaları


Riyaziyyat tədrisi metodikasının digər elmlərlə əlaqəsi



Yüklə 393,7 Kb.
səhifə6/48
tarix26.12.2023
ölçüsü393,7 Kb.
#197602
1   2   3   4   5   6   7   8   9   ...   48
1. Riyaziyyat n t drisi metodikas n n predmeti, m qs di, v zif l

2. Riyaziyyat tədrisi metodikasının digər elmlərlə əlaqəsi.


Riyaziyyat təlimi metodikası fəlsəfə, riyaziyyat, psixologiya, pedaqogika, məntiq, informatika, riyaziyyat tarixi və fiziologiya kimi elmlərlə əlaqəlidir.

Fəlsəfə ilə əlaqəsi.


Fəlsəfə, xüsusən, onun tərkib hissəsi olan idrak nəzəriyyəsi metodik tədqiqatlarda və riyaziyyat təlimində istifadə olunur. Elmi idrak metodları-analogiya, ümumiləşdirmə, konkretləşdirmə, mücərrədləşdirmə və s.riyaziyyat təlimində də geniş istifadə olunur. Hətta ilk baxışda riyaziyyat təlimi metodikasından tamamilə uzaqda olan fəlsəfi müddəalar səciyyəvi riyazi fəaliyyətin əsasında durur. Fəlsəfənin “inkarı inkar qanunu” qurma məsələləri həllinə uyğundur.
Metodik problemlərin həllinə dialektik yanaşma riyazi təhsilin məqsədi və məzmunu arasındakı münasibəti müəyyən etməyə imkan verir. Fəaliyyətli yanaşma bilik böhranını aradan qaldırır. İnformasiya bilikləri fəaliyyət bilikləri tərəfindən inkar edilir. Biliklərin fəaliyyət konsepsiyası anlayışların formalaşması, isbat təlimi və məsələ həlli probleminin həllini hərəkətə gətirir.

Məntiq ilə əlaqəsi.


Riyaziyyat təlimi metodikası öz problemlərinin həllində düzgün təfəkkür qanunlarını tədqiq edən məntiqə əsaslanır. “İfadə”, “teorem”, “isbat”, “tənlik”, “çıxarış qaydası” kimi anlayışlar məntiqi anlayışlardır. Lakin nəzərə almaq lazımdır ki, məntiqdə və riyaziyyat təlimi metodikasında istifadə edilən eyni terminlər müxtəlif məzmunlu anlayışları işarə edə bilər. Məsələn, məntiqdə isbat anlayışına ənənəvi olaraq sonlu nəzəri təkliflər ardıcıllığı kimi baxılır. Bu təkliflərin hər biri ya aksiomdur, ya da hər hansı çıxarış qaydası üzrə əvvəlki təklifdən alınır. Lakin riyaziyyat təlimi metodikasında bu fenomenin başqa mənası vardır.

Fizialogiya ilə əlaqəsi


Riyaziyyat təlimi metodikası öz tədqiqatlarında fiziologiyanın dəlilləri və sübutlarının nəzərə almaya bilməz.

Pedakogika ilə əlaqəsi.


Riyaziyyat təlimi metodikasının pedaqogika ilə, xüsusən, didaktika ilə əlaqəsi daha mürəkkəbdir. Didaktikada təlimi səciyyələndirən əsas münasibət “tədris-öyrənmə”dirsə, metodikada tədris–“tədris material-öyrənmə”dir. Didaktikanın əsas münasibəti metodikanın əsas münasibətindən onunla fərqlənir ki, ümumdidaktik qanunauyğunluqlar birbaşa metodikaya köçürülə bilməz. Qeyd etmək lazımdır ki, eyni bir qanunauyğunluğun müxtəlif tədris metodikalarına təsirinin öz xüsusiyyəti olacaqdır. Öz növbəsində tədris materiallarının məzmununa nəzərən invariant olan metodik qanunauyğunluq ümumdidaktik qanunauyğunluq statusu ala bilər. Bu qeyd etdiklərimiz tərbiyə qanunlarına da aiddir. Bu baxış daha mürəkkəbdir. Məlumdur ki, tərbiyə nəzəriyyəsinə əqli tərbiyə, estetik tərbiyə və i.a. daxildir. Onların hər birinin öz qanunları vardır ki, metodik analoqlar burada pedaqoji qanunauyğunluqlardan fərqli ola bilər. Çətinlik ondan ibarətdir ki, metodikada bütün bu nəzəriyyələr sintez olunmalıdır. Bu isə metodik qanunauyğunluğun ayrılması problemini mürəkkəbləşdirir. Analoji olaraq, anlayışın məzmunu didaktikada və metodikada fərqli ola bilər. Məsələn, didaktikada təlim metodları təhsil məqsədlərinin əldə edilməsinə istiqamətlənən müəllim və şagirdlərin fəaliyyət üsullarıdır. Metodikada isə təlim metodları idrak və tərbiyə məsələlərinin həllinə istiqamətlənən tədris materialının və müəllimlə şagirdlərin qarşılıqlı əlaqəli fəaliyyət üsullarıdır.

Yüklə 393,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin