1. Riyaziyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri və funksiyaları.
Riyaziyyatın tədrisi metodikası-tədris fənni kimi riyaziyyat haqqında və müxtəlif yaş qruplarından olan şagirdlərə riyaziyyat təlimi prosesinin qanunauyğunluqları haqqında elmdir.
RTM-in vəzifələri.
Riyaziyyat tədrisi metodikasının qarşısında aşağıdakı vəzifələr durur:
1. Riyaziyyatın öyrənilməsinin konkret məqsədlərini və orta məktəbdə tədris fənninin məzmununu müəyyən etmək;
2.Qarşıya qoyulan məqsədlərin əldə edilməsinə istiqamətlənən və rasional təlim üsulları və təşkilat formaları işləyib hazırlamaq;
3. Təlimin zəruri vasitələrini nəzərdən keçirmək və tədris praktikasında onların tətbiq edilməsinə aid tövsiyələr işləyib hazırlamaq.
Riyaziyyat təlimi metodikası; Kimi öyrədirik? Nə üçün öyrədirik? Nəyi öyrədirik? Necə öyrədirik?-suallarına cavab verməlidir.
Kimi öyrədirik?-sualına cavabda uşaqlara riyaziyyatın elementlərini, riyaziyyatın sistematik kursunun təliminə, riyaziyyat təhsilinin ixtisaslaşmasının həyata keçirilməsinə və s. başlanılacaq yaşın bilinməsi nəzərdə tutulur .
Nəyi öyrədirik?-sualı riyaziyyat təliminin məzmununu yəni, bilik, bacarıq, fəaliyyət üsulları müəyyən etməyi tələb edir.
Necə öyrədirik?-sualının cavabı riyaziyyat təliminin metodları, vasitələri, formalarının aşkar edilməsini nəzərdə tutur.
Nə üçün öyrədirik?-sualı tədqiqatçıları riyaziyyat təliminin məqsədlərini aydınlaşdırmağa istiqamətləndirir.
RTM-in predmeti.
Riyaziyyat təlimi metodikasının predmeti öz qədər mürəkkəbliyi ilə seçilir. Mürəkkəb hadisənin öyrənilməsi üçün onu komponentlərinə ayırır və onlar arasındakı əlaqələrin sistemli analizin köməkliyi ilə müəyyən edirlər. Bu əlaqələr isə öyrənilən hadisənin nəzəriyyəsini əmələ gətirir. Riyaziyyat təlimi metodikasının predmetini sistemli analiz əsasında şərh edilməsi A.M.Pışkaloya məxsusdur.
Riyaziyyat təlimi metodikasına aid tədris vəsaitlərində tədqiqatın obyekti və predmetini çox vaxt ayırmırlar. Elmin obyekti dedikdə öyrənilmə və ya tədqiqat üçün ayrılan varlığın bir hissəsi başa düşülür. Elmin predmeti obyektin ideallaşdırılması, tədqiqatçının şüurunda onun fikrən inikası kimi özünü göstərir. Riyaziyyat təlimi metodikasının obyektini riyaziyyat təhsili, təlimi və riyazi vasitələrlə tərbiyə təşkil edir. Riyaziyyat təlimi metodikasının predmetini riyaziyyat təhsilinin məqsədləri və məzmunundan, təlimin metodları, vasitələri, formalarından, şagirdin fərdiliyindən və təlimin nəticələrindən ibarət olan xüsusi metodik sistem (bu ənənəvi olaraq “riyaziyyat təlimi” adlanır) təşkil edir. Riyaziyyat təlimi metodik sisteminin fəaliyyətinə təhsilin məqsədləri, riyaziyyatın elmdə, həyatda, təhsildə yeni ideyalar kimi bir sıra faktorlar təsir göstərir. Bu təsirlərin hamısı xarici mühit adlanır.