Rvs-də istifadə olunan əsas anlayışlar



Yüklə 23,31 Kb.
tarix02.01.2022
ölçüsü23,31 Kb.
#35213
§1. RVS-də istifadə olunan əsas anlayışlar


§1. RVS-də istifadə olunan əsas anlayışlar
Telekommunikasiya şəbəkələrinin növündən asılı olmayaraq şəbəkənin elementlərini birləşdirən vasitə rabitə kanalıdır.

Rabitə kanalı dedikdə siqnalın informasiya mənbəyindən onun qəbuledicisinə verilməsini təmin edən xətt və stansiya qurğularının cəmi başa düşülür. Rabitə kanalı ilə telefon, teleqraf, faksmil, səs yayımı, televiziya yayımı, teleidarə, telesiqnal, telemetrik və s. məlumat siqnallarını ötürmək olar. Rabitə kanalı ilə ötürülən məlumat növündən asılı olaraq, siqnalların elektrik parametrləri və xarakteristikası müxtəlifdir.

Məsələn, telefon siqnalının ötürülməsi üçün kanalın tezlik zolağı 3100 Hs, teleqraf siqnalları üçün 140 Hs, səs yayımı siqnalları üçün isə 10 kHs-dən az olmamalıdır.

Veriliş sistemi dedikdə, xətt traktının və veriliş kanallarının yaradılmasını təmin edən texniki vasitələrin cəmi başa düşülür.

Veriliş sisteminin xətt traktı aşağıdakı siqnalların ötürülməsini təmin edən texniki vasitələrin cəmidir:

 veriliş sisteminin hüdudu daxilində;

 tezlik zolağında;

 veriliş sisteminə xas olan nominal kanal sayına görə.

Veriliş kanalı telefon şəbəkəsinin iki stansiyası arasında müəyyən tezlik zolağında müəyyən veriliş sürətilə elektrik rabitəsi siqnallarının verilişini təmin edən texniki vəsaitlərin və yayılma sahəsinin cəmidir.

Hal-hazırda rabitə parametrləri BTI tərəfindən normalaşdırılır. Məsələn: tezlik zolağı 300-3400 Hs olan tonal tezlik kanalı, analoq kanalı. Veriliş sürəti 64 kbit/san olan rəqəm kanalı.

Kanal ilə ötürülə bilinməsi üçün, informasiyanın təsvir olunma formasına siqnal deyilir. Məlumatın emalı və verilməsi üsulundan asılı olaraq veriliş sistemləri analoq və rəqəmli kimi iki cür olurlar.

Analoq sistemlərinə aşağıdakı veriliş sistemləri aiddir:

 kanalların tezliyə görə bölünməsi. Burada xətt traktının tezlik diapazonu çərçivəsində hər veriliş kanalı üçün müəyyən fərdi tezlik zolağı ayrılır;

 kanalların zamana görə bölünməsi. Burada xətt traktında hər bir veriliş kanalı siqnalların ötürülməsi üçün müəyyən zaman intervalları ayrılır.

Rəqəm verilişi sisteminə məlumatın bütün növlərinin rəqəm siqnallarının köməyi ilə verilməsini təmin edən veriliş sistemləri daxildir.

Məlumat mənbələri, onların yaratdığı məlumatlar və bu məlumatlara uyğun gələn siqnallar kəsilməz və diskret olur. Zamanın kəsilməz funksiyası olan və müəyyən zaman intervalında istənilən qiyməti qəbul edən siqnala kəsilməz siqnal deyilir. Sonlu sayda müxtəlif qiymətlərə malik olan ayrı-ayrı elementlərdən ibarət olan siqnallara diskret siqnallar deyilir.

Məsələnin quruluşuna və zamana görə təyinatından asılı olaraq 4 siqnal növü mövcuddur:

 diskret zamana görə diskret siqnal;

 kəsilməz zamana görə diskret siqnal;

 diskret zamana görə kəsilməz siqnal;

 kəsilməz zamana görə kəsilməz siqnal.

Qeyd etmək lazımdır ki, kanalların tezliyə görə bölünməsi prinsipindən istifadə edilən sistemlər analoq siqnallarını ötürür, ona görə də bu sistemlər analoq veriliş sistemləri adlandırılır.

Kanalların zamana görə bölünməsində xətt traktında hər kanal üzrə siqnalı ötürmək üçün müəyyən zaman intervalları ayrılır.

Əgər hər kanal üzrə bu zaman intervallarında rəqəm siqnalları ötürülürsə, onda belə veriliş sisteminə rəqəm veriliş sistemi deyilir. Şəkil 1.1-də RVS-in struktur sxemi göstərilir:





Burada İM – informasiya mənbəyi, D – diskretləşdirmə, KQ – kvantlaşdırıcı qurğu, ARÇ – analoq-rəqəm çeviricisi, RAÇ – rəqəm-analoq çeviricisi, BQ – bərpa qurğusu, İQ – informasiya qəbuledicisi.
Yüklə 23,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin