Modemlərin iş prinsipi və xarakteristikaları



Yüklə 59,5 Kb.
səhifə1/3
tarix21.06.2023
ölçüsü59,5 Kb.
#133707
  1   2   3
muh11


Modemlərin iş prinsipi və xarakteristikaları

Modem kompüter ilə telefon xətti arasında rabitə qurğusu olub, rəqəm elektrik siqnallarını analoq formasına və əksinə avtomatik çevirmək üçün tətbiq edilir. Bu onunla əlaqədardır ki, kompüter yalnız rəqəm, telefon xətti isə- analoq siqnalları ilə işləyir. Rəqəm siqnalının analoq formasına çevrilmə prosesi texnikada modulyasiya, əks istiqamətdə çevirmə isə demodulyasiya adlanır.


Adətən analoq siqnalı 3 parametrlə xarakterizə olunur: amplitud, tezlik və faza. Müasir modemlərdə hər üç xarak­teristikadan istifadə olunur. Modem kompüterdən 3 "bit" informasiya qəbul edir, sonra isə onu analoq siqnalı formasında xəttə göndərir. Bu analoq siqnalının amplitudu qəbul olunmuş birinci bitə, tezliyi ikinci bitə və fazası isə üçüncü bitə uyğun gəlir. Modem-qəbuledici bu cür informasiyanı qəbul edərək, analoq siqnalını aydınlaşdırır və onu göndərilmiş 3 "bit" şəklinə salır. İlkin analoq siqnalı aparıcı tezlikli siqnal adlanır. 1500 hs tezlikli belə siqnaldan telefon rabitə xətlərində istifadə olunur və həmin siqnal modem-ötürücü vasitəsilə lazımi çevrilməyə məruz qalır. Telefon xəttində aparıcı tezlikli siqnalın olması modemlər arasında əlaqənin yaranma əlamətinin göstəricisidir.
Modemin buraxma qabiliyyəti aşağıdakı 2 parametrlə xarakterizə olunur: informasiyanın ötürülmə sürəti və bir analoq siqnalındakı rəqəm informasiyasının tutumu. İnformasiyanın ötürülmə sürəti bodlarla ölçülür və o, modemin bir analoq siqnalından digərinə keçmək qabiliyyəti ilə təyin edilir. Belə ki, əgər modem, analoq siqnalının xarakteristikasını bir saniyədə 2400 dəfə dəyişirsə, onda onun verilənləri ötürmə sürəti 2400 bod olacaq.
Bir analoq siqnalında rəqəm informasiyasının tutumu həmin siqnallardakı bitlərin sayı ilə təyin edilir. Modemin buraxma qabiliyyəti bu 2 parametrin hasilinə bərabər olub, bps (bit/san)-lə ölçü­lür. Əgər modem 2400 bod sürətə, analoq siqnalları isə 4 bitlik informasiyaya malik olarsa, o zaman modemin buraxma qabiliyyəti 9600 bps olacaq.
Rabitəyə qoşulduqda hər 2 modem eyni bir sürətlə işləməli və eyni bir modulyasiya üsulundan istifadə etməlidir. Əks təqdirdə belə rabitəni əldə etmək mümkün olmaz. Buna görə də, hər bir modem verilənlərin ötürülməsinin standart sürətinə malik olmalıdır. Hal-hazırda əsasən 9600, 14400, 28800 və 33600 bps ötürmə sürətinə malik olan modemlərdən istifadə edilir. Ötürmə sürəti modemin modulyasiya üsulunu təyin edir. Modem lazımi maksimal sürətə malik olmaqla bərabər, həmçinin rabitənin digər tərəfindəki modemin kiçik ola bilən sürəti ilə də işləməyi bacarmalıdır. Kiçik sürətə keçmək məcburiyyəti keyfiyyətsiz telefon xətlərindən istifadə etdikdə baş verir.

Yüklə 59,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin