Modemlərin iş prinsipi və xarakteristikaları



Yüklə 59,5 Kb.
səhifə3/3
tarix21.06.2023
ölçüsü59,5 Kb.
#133707
1   2   3
muh11

Modemlərin iş rejimləri. Kompüterə qoşulmuş modem aşağıdakı iki recimdən birində işləyə bilər: verilənlərin ötürülməsi recimi (modem is online) və ya əmrlər recimi. Verilənlərin ötürül­məsi recimində modem kompüterdən ona göndərilən bütün infor­masiyanı verilənlər kimi qəbul edib, onu analoq siqnalına çevirir və telefon xəttinə ötürür. Əmrlər recimi isə modemi idarə edir. Bu recimdə kompüterlər tərəfindən verilən xüsusi əmrlərdən istifadə edilir, modem özü isə sərbəst olaraq ayrıca işləyir. Modem kompüterdən simvollar sətrini aldıqda o, bunu əmrlər kimi başa düşür. Əgər bu əmr aydınlaşdırılarsa, o zaman modem bunu icra edir, əks halda isə modem onu bir səhv kimi qəbul edir.
Əmrlər reciminin bir növü zəngi gözləmək recimidir. Bu halda modem elə bir gözləmə vəziyyətini alır ki, o, istənilən anda telefon dəstəyini qaldırmaq və xəttin o biri tərəfində olan modemlə rabitə qurmaq vəziyyətinə malik olsun.
Baxmayaraq ki, modemin əmrlər toplusu onu istehsal edən firmadan və istehsal olunduğu ildən asılıdır, bütün modemlər üçün eyni olan bir sıra əmrlər də mövcuddur. Bu əmrlərə aşağıdakılar aiddir: telefon dəstəyini qaldırmaq, lazımi nömrəni yığ­maq və iş recimini əldə etmək.
Modemi qoşduqdan sonra onda əmrlər recimi işləməyə başlayır. Verilənlərin ötürülməsi recimi telefon dəstəyini qaldır­maq və lazımi nömrəni yığmaq əmri veriləndən sonra həyata keçirilir. Əks istiqamətdə bir recimdən o birisinə keçmək üçün isə xüsusi kodlar ardıcıllığından (escape-ardıcıllıq) istifadə edilir. Bu kod modem tərəfindən verilənlərin ötürülməsi recimini həyata keçirmək əmri kimi qəbul edilir.
Müasir kommunikasiya proqramları istifadəçiyə imkan verir ki, o, ardıcıllığı və miqdarı həll olunan məsələdən asılı olan modemlərin əmrlərini öyrənmək funksiyasından azad olunsun.
Lokal və global şəbəkələr haqqında məlumat
Müasir kompüterlərin multimediya imkanları onlardan maksimum istifadə şəraiti yaradıb. Yəni, kompüterlərdə audio, video, grafika mətn kimi informasiyalarla işləmək imkanları yaradıldığı üçün onlar audio-video maknitofonları, televizorları, faks aparatlarını və s. əvəz edir.
Kompüterin telekomunikasiya sistemlərində işləmək imkanları əmələ gələndən sonra o, informasiya mübadiləsi sahəsində əvəzolunmaz bir vasitəyə çevrilmişdir. Biz kompüterin faks-modem qurğusu vasitəsilə dünyanın müxtəlif qitələrində olan kompüterlərlə çoxçeşidli informasiya mübadiləsi edə bilərik. İnternet-lə işləməyi arşdırmaqdan əvvəl lokal və global şəbəkələr haqqında məlumatları nəzərdən keçirək.
Kompüterlər arasındakı məsafəyə görə şəbəkələr iki sinfə bölünürlər: lokal və qlobal şəbəkələr.
İxtiyari qlobal şəbəkəyə digər qlobal şəbəkələr, lokal şəbəkələr, həmçinin ona ayrıca qoşulan və uzaq məsafədə yerləşən kompüterlər və ya ayrıca qoşulan giriş-çıxış qurğuları qoşula bilərlər.
Qlobal şəbəkələr əsasən 4 cür olurlar: şəhər, regional, milli və transmilli. Giriş-çıxış qurğuları kimi bir-birindən müəyyən məsa­fələrdə yerləşən çap və ya surət çıxaran qurğulardan, kassalar və bank aparatlarından, displeylərdən və fakslardan istifadə oluna bilər.
Hər hansı bir idarədə 2 və daha çox kompüter varsa, onları lokal şəbəkədə birləşdirmək olar. Bunun üçün ən ucuz şəbəkə qurğusu NE 3200 və kabel almaq olar. Bu qurğunu kompüterin ana platasının üzərinə oturtub, anoloci kompüterlə kabel vasitəsilə birləşdirdikdən sonra sadə lokal şəbəkə ala bilərik. Əgər kompüterimiz WINDOWS X əməliyyat sistemləri ilə təmin olunmuşsa, yaratdığımız lokal şəbəkənin işləməsi üçün lazım olan proqram təminatı məsələsi problemsiz həll ediləcək. Lokal şəbəkəni (LAN – Local Area Network) yaratmaq ilə biz nəyə nail olacağıq?

  1. Şəbəkəyə daxil olan müxtəlif kompüterin bir Printer qurğusu ilə işləmək imkanı əmələ gələcək (yəni hər bir kompüterinöz printeri olmasa da olar).

2. Hər hansı kompüterin fayllar sistemindəki fayllarla işləmək imkanı əmələ gələcək. Yəni hər hansı faylı disketlər ilə köçürməyə ehtiyac olmayacaq.

  1. Kollektiv əmək tələb edən sistemlərdə (məsələn, müsahibat, verilənlər banklarının doldurulması və s.) optimal iş şəraiti yaranacaq.

Lokal şəbəkələr bir çox məsələləri həll etmələrinə baxmayaraq, qarşımazdakı mövcud məlumat təminatı və mübadilə problemlərini təmamilə həll etməyə qadir deyil. Bu problemləri həll etmək üçün qlobal şəbəkələr yaradılmışdır. Uzaq müraciət vasitəsilə birləşdirilmiş, ümumi bir məsələnin həll edən lokal şəbəkələr coxluğu regional və ya qlobal şəbəkələr (WAN-Wide Aria Network) əmələ gətirir. Qlobal şəbəkələrə misal olaraq İnternet, AOL (American On Line), MSN (MicroSoft Network) və s. göstərə bilərik. Bu qlobal şəbəkələrdən bir-birunə keçid olduğuna görə istədiyimiz şəbəkəyə qoşula bilərik.
YOXLAMA SUALLARI
1. Modem nədir?
2. Modulyasiya nədir?
3. Demodulyasiya nədir?
4. BOD nədir?
5. BPS nədir?
6. WAN nədir?





Yüklə 59,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin