Modemlərin iş prinsipi və xarakteristikaları


İnformasiyanın sıxlaşdırılması



Yüklə 59,5 Kb.
səhifə2/3
tarix21.06.2023
ölçüsü59,5 Kb.
#133707
1   2   3
muh11

İnformasiyanın sıxlaşdırılması. Rabitə xəttinə informasiyanı ötürməmişdən əvvəl daha böyük miqdarda informasiyanı ötürmək üçün mütləq həmin informasiyanı sıxlaşdırmaq lazım­dır. Sıxlaşdırma prinsiplərindən biri ondan ibarətdir ki, təkrar olunan simvol və kodlar ardıcıllığı daha qısa şəkildə yazılmış kodla əvəz edilir. Məs, AAAAAVVVVSSSSSS = 5A4V6S.
Sıxlaşdırmanın digər bir üsulu qısaldılmış baytlardan istifadə edilməsidir. Aydındır ki, bayt özü 8 bitdən ibarətdir, amma 5 bitdən ibarət olan informasiya qrupu bir baytda başlayıb, digər bayt­da qurtara bilər. Bu cür qısaldılmış bayt birləşmələrinin uzun­luğu müx­təlif ola bilər. Əksər hallarda ən çox rast gəlinən simvollar bitlərin qısaldılmış ardıcıllığı ilə kodlaşdırıla bilərlər. Hal-hazırda informasiya sıxlaşdırılmasının mürəkkəb alqoritm­ləri əsasında işləyən külli miqdarda proqram-arxivatorlar işlənib hazırlanmışdır. Qeyd etmək lazımdır ki, ən kiçik sıxlaşdırma vahidi informasiyanın tipindən asılı olaraq, informasiya blokudur. Ən geniş yayılmış proqram-arxivatorlardan - Arc və Zip proqramlarını göstərmək olar.
Verilənlərin sıxlaşdırılmasını modemin daxilində yerləş­diril­miş sıxlaşdırma protokolu (MNR5), həmçinin verilənlərin ötürül­mə kanallarının özü həyata keçirirlər.
Səhvlərin tapılması və təshihi. Növbəti informasiya blokunu göndərdikdən sonra modem, rabitə xəttinin digər tərəfində olan modem tərəfindən bu informasiya blokunun düzgün qəbulu haqqında təsdiq cavabını gözləyir. Əgər informasiya səhv qəbul olunubsa, bu halda qəbuledici modem göndərilən blokun təkrarən göndərilməsi üçün siqnal göndərir. Səhvlərin bu təshih üsulu ARQ (Automatic Repeat reQuest-təkrarın avtomatik üsulu) adlanır. Bəzi rabitə kanalları informasiya ötürülməsi zamanı əmələ gələ bilən səhvlərin müəyyən miqdardan kənara çıxmamasına nəzarət edir. Əks halda, modem-qəbuledici modem-vericiyə təklif edir ki, daha alçaq sürətə keçsin və ya ötürülən blokların sayını azaltsın.
Ötürülən informasiyaya nəzarət üçün hər bir informasiya bloku müəyyən nəzarət cəmi ilə təmin olunur. Bu cəmi əldə etmək üçün ötürülən blokun bütün bitlərinin üzərində müəyyən hesab əməli aparılır. Bu rəqəmin tapılma alqoritmi elə qurul­malıdır ki, istənilən bitin təhrif olunması nəzarət cəminin dəyiş­məsinə səbəb olsun. Modem-qəbuledici, növbəti informasiya blokunu qəbul et­dik­dən sonra göstərilən alqoritm üzrə nəzarət cəmini tapır və onu ca­ri alınmış cəm ilə müqayisə edir. cəmlər bir-birilə üst-üstə düş­dükdə, blokun düzgün ötürülməsi təsdiq edilir. cəmlər bir-birinin üstünə düşmədikdə, bu ötürmə zamanı səhvə yol verildiyini gös­tərir və bu barədə modem-qəbuledici həmin blokun tək­rarən göndərilməsi üçün siqnal göndərir. Səhv alınmış nəzarət cəminin təhrif olunmuş verilənlərə uyğunluq ehtimalı çox kiçikdir.
Səhvlərin təshihi modem daxilində olan səhvlərin təshih aparat protokolu (MNP4), həmçinin faylların ötürülmə proto­ko­lunu formalaşdıran kommunikasiya protokolu (məs, Xmodem) vasitəsilə də həyata keçirilə bilər.

Yüklə 59,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin