1. Riyaziyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri və funksiyaları



Yüklə 393,7 Kb.
səhifə4/48
tarix26.12.2023
ölçüsü393,7 Kb.
#197602
1   2   3   4   5   6   7   8   9   ...   48
1. Riyaziyyat n t drisi metodikas n n predmeti, m qs di, v zif l

1) Təhsil funksiyası.
Təlim prosesinin elə qurulması nəzərdə tutulur ki, o, insanın inkişafına, təşəkkülünə xidmət etsin. Belə təlimdə riyaziyyatın predmeti, onun üsulları və tətbiqləri haqqında təsəvvür yaradan riyazi biliklər sisteminə şagirdlərin yiyələnməsi nəzərdə tutulur. Təlimin bu funksiyası digər elmlərlə qarşılıqlı əlaqələri həyata keçirən anlayışların ayrılmasının, ətraf aləmə müəyyən baxışlar sisteminin formalaşmasının, tətbiqi istiqamətli məsələlər həll etmə bacarıqlarının zəruriliyini qeyd edir. Təhsil funksiyası daha çox şagirdlərin bilik, bacarıq və baxışlarının birliyinə imkan verən dünyagörüşlərin inkişafına imkan verir. Bu funksiyanın yerinə yetirilməsi şagirdlərin elmi axtarışların metodologiyası, idrak üsulları, evristikalarla tanış edilməsini nəzərdə tutur.
2) Tərbiyə funksiyası. Bu funksiyanın mahiyyəti şagirdlərdə dünyagörüşün, təfəkkürün, riyaziyyatın insan mədəniyyətinin bir hissəsi olması haqqında təsəvvürlərin, riyaziyyatın ətraf aləmi əks etdirməsinin xarakterini anlamağın formalaşmasından ibarətdir Təlimin tərbiyə funksiyasının həyata keçirilməsi şəxsiyyətin intellektual və mənəvi-etik komponentlərinin formalaşmasına istiqamətlənməsini nəzərdə tutur.
3) İnkişaf funksiyası. İdrakda psixi proseslərin və şəxsiyyətin keyfiyyətləri (diqqət, yaddaş, təfəkkür, idrak fəallığı və müstəqilliyi) və qabiliyyətlərinin şagirdlərdə formalaşmasından ibarətdir. Təlimin inkişaf funksiyasına Fikri fəaliyyətin məntiqi priyomlarının (analiz, sintez, ümumiləşdirmə, mücərrədləşdirmə və s.) formalaşması aiddir. İnkişaf funksiyası təlim prosesində bir elm kimi riyaziyyatın, xüsusən, yaradıcı riyazi fəaliyyətin xüsusiyyətləri ilə əlaqədar potensial imkanlarının açıqlanması və həyata keçirilməsinə istiqamətlənməyi nəzərdə tutur. Məhz riyaziyyatın real aləmlə əlaqəsinin xüsusiyyətləri, riyazi əsaslandırmanın, dilin, riyaziyyat tarixinin xüsusiyyətləri şəxsiyyətin mənəvi və intellektual təşəkkülü və inkişafını təyin edir.
4) Evristik funksiya. O, təlim prosesində şagirdin qabiliyyətlərinin inkişafını təmin edən şəraitin müəllim tərəfindən yaradılmasını nəzərdə tutur. Təlim prosesində şagird şəxsiyyətinin inkişafı üçün müəllimin yaratdığı şəraitin mühüm əhəmiyyəti vardır. Müxtəlif növ evristikaların, evristik priyomların, idrak metodlarının mənimsənilməsi və onların müxtəlif konkret situasiyalarda tətbiq edilməsi bacarıqlarına yiyələnmənin təmin edilməsi evristik funksiyaya aid edilir.

Yüklə 393,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin