1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar


Mövzu: 5 Nitqin təmizliyi,düzgünlüyü



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   4   5   6   7   8   9   10   11   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

Mövzu: 5
Nitqin təmizliyi,düzgünlüyü. 
Plan: 
1.Dilin təmizliyinini qorumaq üçün lazım olan tələblər. 
2. Dilin təmizliyini korlayan amillər. 
3.Düzgünlüyün mahiyyəti. 
4.Nitqin düzgünlüyü üçün başlıca şərtlər . 
Nitqin təmizliyi. Mədəni nitqə verilən əsas tələblərdən biri də onun təmizliyidir. 
Bu o deməkdir ki, ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidləri (sözlər, 
ifadələr, frazeologizmlər, cümlələr və s.) nitqdə işlədilməməlidir. Nitqin təmizliyi 
digər mədəni keyfiyyətlər kimi, danışanın təhsili, mədəniyyəti və tərbiyəsi ilə 
bilavasitə əlaqədardır. Dilin təmizliyini qoruyub saxlamaq üçün aşağıdakılara əməl 
olunmalıdır:
1) Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol 
verilməməlidir: 
2) Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir. Bəzi hallarda natiqlər heç bir 
ehtiyac olmadan nitqlərini çətin, mənası çoxları üçün aydın olmayan terminlərlə 
doldururlar ki, nəzərdə tutulan fikir, məzmun bu terminlərin kölgəsində itib-batır, 
mətləb dinləyici üçün aydın olmur. 
3) Tüfeyli sözlərlə bağlı qüsurlar aradan
4) Jarqon sözlərin və ifadələrin işlədilməsi (məsələn; znaçit, voobşe, tem bolli, 
mejdu proçim, niçeqo sebe, kakraz, toçno və s. kimi) nitqin təmizliyinə xələl 
gətirir, onun keyfiyyətini aşağı salır.
5) Mədəni danışıqda başqasını təhqir etmək, heysiyyətinə toxunmaq məqsədini 
daşıyan söyüş və qarğışlara, ədəbsiz, təhqiramiz, qeyri-etik sözlərə, ifadələrə 
(anqırmaq, bağırmaq, soxuşdurmaq, xosunlaşmaq, donqullanmaq, burcutmaq, 
qatıqlamaq, qanmaq, tülkü, ayı, eşşək, qoduq, heyvərə, alçaq, tupoy, qanmaz, 
gəbərtmək, qırıldamaq, burnunu söxmaq, kəllən haqqı, çərənləmək, başı 
girməyən yerə bədənini soxmaq, hırıllamaq, hürkmək, xoruzlaşmaq və s.) yer 
verilməməlidir. aldırılmalıdır 
Son zamanlar illərlə işlətdiyimiz, hamı tərəfindən anlaşılan sözlərin ehtiyac 
olmadan başqa söz və ifadələrlə əvəz edilməsinə tez-tez təsadüf olunur. Məsələn; 
yaşam (həyat), mesaj (sifariş), yolçu (sərnişin), yapmaq (etmək), uçaq (təyyarə), 


yazar (yazıçı), oba (vətən), düzənləmək (keçirmək, təşkil etmək), toplantı 
(yığıncaq), baş yazar (baş redaktor) və.s Dil dəniz kimidir. Zaman keçdikcə o, öz-
özünü təmizləyir, işləklik dairəsi daralmış sözləri arxaik fonda keçirir, yenilərini 
qəbul edir. Bu proses əksər hallarda köhnəlmiş və yeni sözlərin bir müddət dildə 
paralel işlənməsindən sonra baş verir” 
Çox zaman bir sıra əşyanın (eləcə də hadisənin) dilimizdə uyarlı adı olduğui 
halda, o, alınma sözlərlə adlandırılır. Məsələn, xolodilnik (soyuducu), pılesos 
(tozsoran), lineyka (xətkeş), kley (yapışqan) və s. Danışıqda yenə də keçmiş adlar 
işlədilir. Məsələn: Nizami küçəsi – torqovli, hökümət evi – domsovet, 8-ci kilometr 
– vosmoy, Şamaxı yolu – Şamaxinka, 6-cı Mikrorayon – şestoy, dəniz limanı - 
morvağzal, M.Nağıyev adına xəstəxana – Semaşko, Zeynalabdin Tağıyev qəsəbəsi-
Nasosnı və s. kimi adlandırılır. 
Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan 
Respublikası prezidentinin 2 yanvar 2003-cü il tarixli fərmanında göstərilir ki, 
zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) 
dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə 
Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan 
dilindəki yazıdan sonra gəlməlidir Şəhərimizin reklam örtüyündə qanunun bu 
tələbinə lazımı dərəcədə əməl olunmaması millətin ən böyük sərvətinə göstərilən 
bu sayğısızlıq, biganəlik hər bir kəsi ciddi şəkildə düşündürməlidir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin