1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   12   13   14   15   16   17   18   19   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

məntiqi,
həm də 
psixoloji
funksiya daşıyır
. Məntiqi fasilə
nitqi məna daşıyan hissələrə bölməklə, onun dəqiqliyini, düzgünlüyünü, aydınlığını 
təmin edir. Danışan bu fasilənin köməkliyi ilə ifadə edəcəyi fikri dinləyicinin 
diqqətinə çatdırır, bəzən nitqdə yaranan dolaşıqlığı aradan qaldırır. Fasilə cümlədə 
vahid məna bütövlüyündə birləşən qrupları həm ayırır, həm də birləşdirir. Buna 
görə də ona əlaqələndirici, yaxud birləşdirici fasilə də deyilir. Fasilənin birləşdirmə 
funksiyası onun ayırma funksiyasından üstündür. O, nitqə axıcılıq verir, onun təbii 
oxunaqlığını təmin edir. Bu fasilənin köməyi ilə biz sözdən nitqin məntiqi cəhətdən 
daha canlı olan digər formasına – sözlərin birləşməsinə keçirik. Fasilə bizim üçün 
fikrimizi təshih etmək, səhvlərin qarşısını almaqdan ötrü qoruyucu rolunu oynayır. 
Fasiləsiz, daha doğrusu, məntiqi aydınlığa malik olmayan nitq mənasızdır. 


Davamlıq baxımından məntiqi xarakterli fasilələr müxtəlif ölçüdə - adi (normal), 
bir qədər davamlı və adi normadan qısa olur. Həmcins üzvlər arasındakı fasilə adi 
ölçüdədir. Abzaslarda, cümlənin sonunda, nöqtədən sonra, iki və çox nöqtədə, tire 
işarəsi qoyulan yerdə, mübtəda qrupu ilə xəbər qrupu arasında böyük fasilə edilir. 
Kiçik fasilə ən çox sintaqmalar (təqtilər) arasında özünü göstərir. 
Nitqdə sintaqmanın müxtəlif qrupları mövcuddur. Bu qruplara söz birləşmələri, 
frazeoloji birləşmələr, bir məna verən nominativ adlar, mürəkkəb idarə, müəssisə, 
təşkilat adları, terminlər və s. daxildir. Onlar bir sözdən, söz birləşməsindən, bəzən 
də bir cümlədən ibarət ola bilir. Sintaqma cümlə üzvü, mürəkkəb cümlənin bir 
hissəsi, xitab, ara sözü və s. olur. 
Sintaqmaların sərhədində fasilə edildiyi halda, çox zaman durğu işarəsi 
qoyulmur. Bu cəhət ifadəli oxu və əzbər söyləmədə xüsusilə nəzərə alınmalıdır. 
Belə halın bir neçəsini göstərək: 
1. Mübtəda qrupu ilə xəbər qrupu arasında fasilə edilir, lakin durğu işarəsi 
qoyulmur. Məsələn; Birdən-birə qopmuş külək / gəmini beşik kimi yırğalamağa 
başladı
 
2. Qarşılaşdırma bildirən bağlayıcılar özündən sonra gələn sözlə müəyyən fasilə 
ilə ayrılır. Məsələn; Onlar tez-tez görüşürdülər / ancaq söhbətləri uzun çəkərdi 
(M.H.).
3. Səbəb bildirən çünki bağlayıcısından sonra fasilə edilir. Məsələn; Bu gün 
deyilsə,sabah gələcəklər , çünki / həyat özü bunu tələb edir (C.C.) 
4. Bir sıra ədat və qoşmadan sonra da fasilə edilir: 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin