1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   11   12   13   14   15   16   17   18   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

Məntiqi vurğu.
Məntiqi vurğu cümlədə hər dəfə yeni söz üzərində düşəndə 
xüsusi məna çaları əmələ gəlir. Məntiqi vurğuya riayət etməyin natiqin ifadəli 
oxusu, danışığı, mühazirə və söhbətlərində praktik əhəmiyyəti böyükdür. Məntiqi 
vurğu nitqdə məna dəqiqliyi, məqsədin anlaşılması, danışanın çatdırmaq istədiyi 
fikir deməkdir.
Həyəcanlı vurğu.
Nitqin emosionallığını artıran vasitələrdən biri də həyəcanlı 
(emfatik) vurğudur. Sait-samit quruluşlu sözlərdə sonda gələn samit və sait güclü 
(iki-üç qat şiddətli) deyilməklə həyəcanlı vurğu yaranır, sözün məna sferasında 
danışanın bəhs etdiyi əşya və ya hadisəyə münasibətinə uyğun dəyişmə baş verir. 
Məsələn; of, ay, uf və s. nidalar yazıldığı kimi tələffüz edildikdə həyəcan, hiss 
bildirir, lakin samitlər qoşalaşdırıldıqda, üçləşdirildikdə əmələ gələn, dərk edilən 
məna artıq sadəcə nida deyil, həyəcanlı vurğunun oyatdığı təəssüratdır. Bu daha 
dərin, güclü və təsirlidir. Həmin sözləri ayrılıqda və cümlədə həyəcanlı vurğu ilə 
söyləməklə sözlərin şifahi nitqdə nə qədər yeni-yeni əlamətlər qazandığının şahidi 
oluruq. 


Mövzu:9 Nitq fasiləsi 
Plan: 
1.Nitq fasiləsinin funksiyaları 
2.Fasilənin mahiyyəti 
3.Məntiqi fasilə 
4.Psixoloji fasilə 
Nitq fasiləsi.
İntonasiyanın digər ünsürü fasilədir. Nitq müəyyən dayanacağa 
malikdir. Tənəffüs məqsədilə danışıq və oxu prosesində edilən bu dayanacaq fasilə 
(pauza) adlanır. 
Tələffüz prosesində nəfəs və səsin düzgün tənzim edilməsi mühüm 
şərtlərdəndir. Xüsusən, nəfəsalmaya düzgün əməl olunmaması nitq zamanı 
darıxmaya, təngnəfəsliyə, diksiyanın pozulmasına və s. kimi hallara gətirib çıxarır. 
Nitq prosesində normal tənəffüsün rolu böyükdür. Tənəffüs iki funksiyanı 
yerinə yetirir: o həm insan həyatı üçün zəruri şərt, həm də nitqi yaradan başlıca 
vasitədir. Həyat üçün lazım olan tənəffüs aşağıdakı ardıcıllığa malikdir, nəfəsalma, 
nəfəsvermə və fasilə. Nəfəsalma (ciyərlərin oksigenlə doldurulması) tənəffüsdə ən 
aktiv, şüurdan asılı olmayan prosesdir. 
Danışanın məqsədindən, daha doğrusu, nitqin məzmunundan asılı olaraq 
tənəffüsün, xüsusən nəfəsvermənin adi ritmi pozulur, nəfəsvermə nəfəsalmadan 
xeyli uzun sürür. Nəfəsvermə və nəfəsalma arasındakı dövretmənin nəticəsində 
nitqdə uzun və qısa fasilələr əmələ gəlir. 
Nitq fasiləsi həm 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin