1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   7   8   9   10   11   12   13   14   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

 
 
 


Mövzu: 7
 
Nitqin orjinallığı,münasibliyi və rabitəliyi 
 
Plan: 
1.Nitqin orjinallığını göstərən cəhətlər. 
2.Nitqin orjinallığını təmin edən vasitəıər. 
3. Nitqin münasibliyi 
4. Nitqin rabitəliyini təmin edən amillər.
Nitqin orijinallığı
. Nitqin məziyyətlərindən biri onun orijinallığıdır. Bu, nitqdə 
özünəməxsusluqdur, bir şəxsin başqalarından fərqli danışması və yazmasıdır. 
Nitqin orijinallığı bir neçə cəhətdən özünü göstərir ki, bunlardan birincisi fərdi 
tələffüz tərzidir. Nitqin tələffüz baxımından fərqlənməsi, nəzərə çarpması 
aşağıdakı amillərlə daha çox bağlı olur:
1. Səslərin, sözlərin aydın diksiya ilə tələffüzü. 
2. Söz və qrammatik formaların orfoepik qaydalar əsasında tələffüzü.
3. Bir qədər ucadan, aramla danışmaq və oxumaq.
4. Bir qədər astadan danışmaq, nitq fasilələrində daha münasib sözlər fikirləşib 
tapmaq və nitqini davam etdirmək.
5. Danışıq və xüsusən oxu prosesində intonasiya çalarlarından daha bacarıqla, 
məzmuna uyğun şəkildə istifadə edə bilmək.
6. Danışanın səciyyəvi söz, ifadə, sitat, sintaktik konstruksiyalar, frazeoloji ifadələr, 
aforizmlər, atalar sözü, zərb-məsəllər və s. işlətməsi, nitqin xüsusi tərzdə 
qurulması.
İctimai yerdə çıxış edən öz məqsədini aşkarlamaq, fikirlərini dinləyicilərə 
asan, aydın, ifadəli, həm də maraqlı bir şəkildə çatdıra bilmək üçün daha münasib, 
işlədilməmiş sözlərdən, ifadələrdən istifadə etməyə, cümlələr qurmağa çalışır. Bu 
orijinallıq nitqin qurulmasında daha çox nəzərə çarpır. Nitqdə müəyyən bir 
ənənəvi forma vardır ki, natiqlər öz çıxışlarını ona uyğun qururlar: məsələnin 
vacibliyi və aktuallığı izah olunur, sonra mövzunun əsas məzmunu dinləyicilərə 
çatdırılır, daha sonra isə deyilənlərə yekun vurulur, bəzən ümumi nəticələr 
çıxarılır. Lakin natiqlərin çoxu bu ənənəni gözləməklə dinləyicilərin diqqətini cəlb 
etmək, nitqin effektliyini yüksəltmək məqsədilə yeni-yeni formalar axtarıb 
tapırlar. 


Nitqin orijinallığını təmin edən vasitələrdən biri də bədii təsvir vasitələridir. 
Bədii təsvir vasitələrindən (bura daxildir: məcazi mənada işlədilən söz və ifadələr, 
təşbeh, metafora, mübaliğə və s. müxtəlif üslubi priyomlar – sözlərin təkrarı və ya 
buraxılması, inversiya, ritorik-natiqanə suallar və s.) yerində, həm də uyarlı bir 
şəkildə istifadə nitqi təsirli,parlaq,obrazlı etməklə bərabər,ona orijinallıq da 
gətirir.Həmin vasitələrdən nitqdə istifadə bacarığına yiyələnmək üçün natiq 
müntəzəm olaraq bədii əsərləri mütaliə etməli,yazıçı və şairlərin dilindəki natiqlik 
sənəti baxımlından daha yararlı və münasib söz və ifadələrə,digər təsvir 
vasitələrinə diqqət yetirməli, onlardan yeri gəldikcə istifadə etməyə çalışmalıdır.
Volterin təbirincə desək, adamlar yaxşı yazıçıları mütaliə etdikcə yaxşı danışmağa 
vərdiş edirlər. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin