1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   6   7   8   9   10   11   12   13   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

 
 


Mövzu :6
 
Nitqin zənginliyi, sadəliyi və təbiiliyi. 
Plan: 
1.Nitqin zənginliyinin meyarları. 
2.Nitqi zəngilləşdirən vasitələr. 
3. Nİtqdə sadəliyin mahiyəti . 
4. Nitqin sadəliyinin pozulma halları.
Nitqin zənginliyi. Bu, nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi, rəngarəngliyi 
və çoxluğudur. Nitqin zənginliyi üçün başlıca meyar danışanın (yazanın) geniş söz 
ehtiyatına malik olmasıdır.
İnsan təfəkkürünün hüdudu sonsuzdur, dildə sözlərin miqdarı bununla nisbətdə 
məhduddur. Natiq bu cəhəti nəzərə almalı, hər hansı bir mətləbi aşkarlayarkən 
daha münasib sözlərdən – sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələr 
və ibarələrdən, digər məcazlardan, intonasiya, üslubi vasitələr və sairədən 
məharətlə istifadə etməyi bacarmalıdır. Müəyyən rabitəli mətndə nə qədər çox 
müxtəlif və təkrarlanmayan söz, ifadə və cümlə işlədilərsə, həmin nitq o qədər də 
zəngin olar, maraqla dinlənilər, yaxşı təsir bağışlayar, asan dərk olunar. Söz 
ehtiyatı zəngin olan, işlətdiyi hər söz və ifadənin mənasını yaxşı anlayan adam 
həmişə öz fikirlərini çətinlik çəkmədən sərbəst şəkildə ifadə edə bilir. Lüğətin 
zənginliyi məsələsi insanın məşğul olduğu işin xarakterindən, yaşadığı mühitdən, 
mütaliəsindən, dünyagörüşündən asılıdır. Görüş dairəsi və mütaliəsi geniş, savadı 
mükəmməl adamların söz ehtiyatı da zəngin olur. Belələri öz çıxışlarında (adi 
söhbətlərində də) dilimizin söz xəzinəsindən bacarıqla istifadə edirlər.
Hər bir 
savadlı və mədəni şəxs daima öz lüğət ehtiyatının artırılması qayğısına qalmalıdır. 
Bunun üçün ən səmərəli vasitə radio və televiziya verilişlərini dinləmək və 
mütaliəni genişləndirməkdir. 
Nitqin zənginliyi və emosionallığını təmin edən amillərdən bir də intonasiyadır. Bu 
o deməkdir ki, söylənilən fikirlər, onlara münasibət insanın keçirdiyi hissi hallar 
uyğun səs tərtibatı, avazla verilə bilsin, nitq rəngarəng intonasiya çalarlarına malik 
olsun, danışan intonasiya elementlərindən (məntiqi vurğu, nitq fasiləsi, nitq tonu, 
səsin tembri və s.) düzgün istifadə etməyi bacarsın və s. Nitqin intonasiya 
baxımından zənginliyindən danışarkən sual, nida, əmr cümlələri, xitablar, ara 
sözlər, ara cümlələr və s. sintaktik quruluşların özünəmüvafiq formada, təbii 
şəkildə tələffüz olunmasının vacibliyi də diqqət mərkəzində saxlanılmalıdır. 


Nitq zənginliyinin başlıca əlamətlərindən biri də onun məzmun cəhətdən 
dolğunluğudur. Nitq o zaman maraqla dinlənilir ki, haqqında bəhs olunan məsələ 
yeni olsun, həm də hərtərəfli şəkildə, sübutlarla, dəlillərlə, həyati misallarla, 
dinləyicini qane edəcək bir formada şərh edilsin. 
Nitqin sadəliyi, təbiiliyi. “Dil nə qədər asan, sadə olsa, bir o qədər gözəl, göyçək 
və məqbul olar” (F.Köçərli). Nitqin sadəliyi onun aydınlığı, anlaşıqlı olması, asan 
qavranılmasıdır. Sadəliyi heç də fikrin məzmununun, mahiyyətinin bəsitləşməsi, 
ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi mürəkkəb cümlələrdən 
qaçmaq, məzmunun mümkün qədər sadə cümlələrlə vermək mənasında da 
anlaşılmamalıdır. Natiq danışarkən, əşya və hadisələri təsvir edərkən onların 
mahiyyətini daha aydın və dəqiq vermək üçün həm sadə, həm də mürəkkəb 
konstruksiyalardan istifadə etməlidir. Nitqin sadəliyi tələb edir ki, orada işlədilən 
bütün sözlər dinləyicilərin (auditoriyanın) ümumi səviyyəsinə və xüsusiyyətlərinə 
uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun. Sadə nitq hər cür yabançı 
pafosdan, qondarma,süni ifadələrdən, müqayisələrdən uzaqdır. Nitqin sadəliyinin 
pozulma hallarından biri sözçülük, ağır və uzun cümlələr işlətməkdir. Sözçülük, 
eyni 
fikrin 
təkrar-təkrar 
ifadəsi 
daha 
geniş 
yayılmış 
nöqsandır. 
Nitqin sadəlik və təbiiliyinin pozulması halları yazılı nitqdə özünü daha çox 
göstərir. Yazan hər bir söz, ifadə, cümlə üzərində ayrıca düşünür, onu dinləyici 
üçün maraqlı olsun deyə ifadəlilik vasitələri, atalar sözü, məsəlləri, frazeoloji 
birləşmələr və sairədən istifadə edir. lakin burada da ifrata varmaq, həmin 
ifadələrin həddindən çox işlədilməsi nitqi ağırlaşdırır, oxucunu yorur.
Nitqin sadəliyinin pozulma səbəblərindən biri də anlaşılmayan və ya az 
anlaşılan söz və terminlərin işlədilməsidir. Burada da natiq öz bilik və hazırlığının 
yüksək səviyyədə olmasını nümayiş etdirmək məqsədilə ehtiyac olmadığı halda 
terminlərdən, mürəkkəb tərkiblərdən istifadə edir. Natiq dinləyicinin başa 
düşəcəyi bir dildə danışmalı, mənası çətin anlaşılan söz və söz birləşmələrini 
işlətməkdən çəkinməlidir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin