1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   ...   5   6   7   8   9   10   11   12   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

Nitqin düzgünlüyü.
Nitqin bu keyfiyyətindən bəhs olunarkən çox zaman 
göstərilir ki, düzgünlük həm yazılı, həm də şifahi nitqdə qrammatik qaydalara əməl 
etməkdir. Düzgün nitqə yiyələnmək üçün qrammatikanın qaydalarını bilməkdən 
əlavə, ədəbi dilin digər normalarına da riayət etmək lazımdır. Bunun üçün 
cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, oradakı fikirlər aydın olmalı, 
münasib sözlər seçilməli, həmin sözlər düzgün tələffüz edilməli, canlı sözün təsir 
gücünü artıran vasitələrdən yerində və məqsədəuyğun istifadə olunmalıdır. Nitqin 
düzgünlüyü üçün başlıca şərtlərdən biri ifadə edilən fikrin reallıqla bağlılığı, 
gerçəkliyin hadisə və predmetlərini olduğu şəkildə əks etdirməsidir.Reallıqdan 
uzaq, ona söykənməyən nitq hansı mövzuda olursa-olsun maraqsızdır, təsirsizdir. 
Nitqə verilən tələblərdən biri də onun səmimiliyidir. Natiq öz çıxışı ilə onu 
dinləyənləri inandıra, onların ürəyinə yol tapa bilməlidir. Bu o zaman mümkün 
olur ki, nitq həyat həqiqətləri, real hadisələr əsasında, qarşı tərəfin mənafeyinə 
uyğun qurulsun, onu razı salsın.Nitqdə reallıqdan uzaqlaşma, əsasən, iki səbəbdən 
irəli gəlir: birincisi, mühazirəçinin bilərəkdən faktları, hadisələri, onların səbəb və 
nəticələrini təhrif olunmuş şəkildə şərh etməsi. Nitqdə reallıqdan uzaqlaşmanın 
digər səbəbi danışanın nitq predmeti haqqında səthi məlumata sahib olmasıdır. 


Nümunəvi nitqin mühüm şərtlərindən biri də cümlələrin düzgün qurulmasıdır. 
Bu cəhətdən natiqin nitqi başqalarından fərqlənməlidir. O, dinləyicilərlə ünsiyyətin 
bütün formalarında fikrini dolğun, sanballı, aydın və təsirli cümlələrlə ifadə etməyi 
bacarmalıdır. Danışıq prosesində yaxşı cümlə qurmaq məqsədilə fikirləşmək və 
nümunəvi cümlələr düzəltmək mümkün deyildir və buna ehtiyac da yoxdur. Belə 
bacarıq xüsusilə natiqlərdə möhkəm nitq vərdişinə çevrilməli, nəzərdə tutulan fikir 
özünəmüvafiq forma ilə verilməlidir.
Natiqin nitqi, hər şeydən əvvəl, bədii təsvir vasitələri - sinonimlər, frazeoloji 
birləşmələr, atalar sözləri, zərbi-məsəllər, həkimanə sözlər, aforizmlər və s. ilə 
zəngin olmalıdır.Danışan bu vasitələrlə ən incə mətləbləri dinləyicilərinə çatdıra 
bilməlidir. 
Belə obrazlı ifadələr yerində, məqamında işləndikdə nitq xoşagəlimli olur, 
onun bədiiliyi, təsir gücü artır.
Natiq öz cümlələrində şey, zad, uje, mejdu proçim və s. kimi artıq sözlər 
işlətməkdən çəkinməlidir. Eləcə də deməli, haradasa, mənə belə gəlir, elə bil ki, 49 
məsələ burasındadır ki, təbii ki, göründüyü kimi söz və ifadələr təkrar-təkrar 
işləndikdə nitq ağırlaşır, dinləyicinin diqqəti fikrin məzmunundan yayınır. Belə 
danışıq 
tərzi 
çox 
vaxt 
rişxəndə 
və 
gülüşə 
səbəb 
olur 
Auditoriyada, ictimai yerlərdə, rəsmi məclislərdə nitqin daha dəbdəbəli, 
təmtəraqlı olması üçün çox zaman qəlib xarakterli, çeynənmiş sözlərdən, 
cümlələrdən istifadə olunur. məqsədyönlü iş, görkəmli nailiyyətlər qazanmaq
yüksək əmək nümunələri göstərmək, yüksək nəticələrə nail olmaq, önəmli addım, 
təşkil etmək, diqqəti çəkən məsələ, qısa zaman kəşiyində, prizmadan baxmaq
dəstəkləmək, yeni münasibətlər müstəvisində, bu istiqamətdə fəaliyyət və s. tipli 
ifadələrin tez-tez işlədilməsi nitqə quruluq gətirir, onu canlılıqdan məhrum edir. 
Şifahi nitqin (eləcə də yazılı nitqin) qüsurlarından biri də cümlələrin məntiqi
qrammatik baxımdan düzgün qurulmamasıdır. 
Cümlə qurmaqla bağlı qüsurun bir səbəbi də nitqdə, xüsusən məruzə və 
mülahizələrdə həcmcə böyük cümlələrin işlədilməsidir, Belə cümlələr çox zaman 
nitqi ağırlaşdırır, məzmunun dinləyiciyə çatmasını çətinləşdirir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin