1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   2   3   4   5   6   7   8   9   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

əqli çox olan 
adamın sözü az olar; hər bir adam öz dilinin altında gizlənir; danışanın 
özünə yox, sözünə daha çox diqqət et,: ölç, biç sonra kəs; düşün, daşın, sonra 
danış
; Şərq dünyasının böyük alimi Əbu Əli ibn Sina ritorika elmi, onun 
qanunauyğunluqları, söz sənəti, gözəl danışmağın insan cəmiyyətindəki rolu və s. 
ilə bağlı dəyərli fikirlər söyləmişdir .Firdövsi ,Əbu Reyhan Biruni Mahmud Kaşqarlı, 
Sədi Şirazi və b. öz əsərlərində sözə yüksək qiymət vermiş, danışıq qabiliyyətinin, 
sözdən istifadə bacarığının insan ləyaqəti ilə üzvi bağlı olduğunu həkimanə 
sözlərlə, ifadələrlə oxucularına çatdırmışlar. Sədi Şirazi deyirdi:
Nədir dil ağızda, ey ağlı olan?
Hünər xəzinəsinə açardır – inan!
Tələsik söyləmə sözünü bir dəm,
Fikrini kamil de, gec olsa nə qəm... 
Azərbaycanda da natiqlik sənətinin yaranması tarixi qədimdir. Bu sənət 
xalqın ədəbi-estetik fikri ilə bağlı qədim və orta əsrlərdə yazıçı və şairlərin 
əsərlərində yaranmış, təşəkkül tapmış, həmin mənbələrdə sözün qüdrəti ilə bağlı 
dəyərli fikirlər söylənilmişdir. 


 Azərbaycan şifahi xalq ədəbiyyatında söz, gözəl danışmaq qabiliyyəti bəşəriyyətin 
təməl daşı kimi qiymətləndirilmiş, xilqətin əzəlinin söz olduğu təlqin edilmişdir. 
Ulu əcdadlarımız sözün real gücünü, təbii qüdrətini həmişə yüksək 
dəyərləndirmişlər. Orta əsrlər dövrünün ən görkəmli alimlərindən biri olan 
Nəsrəddin Tusi özünün “Əxlaqi-Nasiri”, əsərlərində sözün qüdrətinə, natiqlik 
sənətinə yüksək qiymət vermişdir.Azərbaycan ədəbiyyatı tarixində nitqin, 
danışığın gözəlliyinə yüksək qiymət verənlər çox olmuşdur. Fələki Şirvani, İzzəddin 
Şirvani, Nizami Gəncəvi, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, 
Sahib Təbrizi, Molla Pənah Vaqif, Qətran Təbrizi, Şah İsmayıl Xətai, və b. böyük 
natiqlər olmuşlar.. Nizami Gəncəvi “Sirlər xəzinəsi” əsərində şair sözlə bağlı 
“Sözün qüdrəti” ayrıca fəsil vermiş sözün şəninə ləyaqətli sözlər işlətmişdir. 
Sözün qanadları var quş kimi incə incə 
Dünyada söz olmasa,nəyə gərək düşüncə 
Böyük Füzulidə sözə,nitqə böyük qiymət vermiş ,söz qəzəlindədə öz fikirlərini 
ifadə edir. 
Şah İsmayıl Xətai azadlığı dilin mövcudluöunda görürdü.XIX əsrdə Azərbaycanda 
Vaze,Axundov,Qasım bəy Zakir,Bakıxanov öz əsərlərində dilin əhəmiyyətini xüsusi 
vuruluyub. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin