1. Heydər Əliyevin Azərbaycan dilinin inkişafında rolu. Heydər Əliyevin Azərbaycan dili haqqında verdiyi sərəncam və qərarlar


Nitq mədəniyyəti,onun pridmeti,məqsəd və vəzifələri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/62
tarix07.01.2024
ölçüsü5,01 Kb.
#202965
1   2   3   4   5   6   7   8   9   ...   62
Azərbaycan dili və nitq mədəniyyəti (Mühazirələr)

Nitq mədəniyyəti,onun pridmeti,məqsəd və vəzifələri.
 
Plan: 
1. Nitq mədəniyyətinin pridmeti 
2. Nitq mədəniyyətinin məqsədi
3. Nitq mədəniyyətinin vəzifələri 
Nitq mədəniyyəti insanlara məxsus ümumi mədəniyyətin ən vacib vəaparıcı 
tərkib hissələrindən biridir. Bu anlayışa danışıq mədəniyyəti ilə yanaşı, yazı 
mədəniyyəti də daxildir.
Mədəniyyət sözü dilimizə ərəb dilindən keçmişdir.”Şəhər 
“mənasında olan Mədinə Sözündəndər.Mədəni sözüdə şəhərli mənasındadır

Nitq mədəniyyəti danışıq və yazı zamanı orfoqrafik və orfoepik qaydalara
qrammatik qayda-qanunlara, üslub normalarına əməl etmək, zəngin söz 
ehtiyatına malik olmaq, nitqin etik normalarını gözləməkdir. Nitq mədəniyyəti 
dilçiliyin praktik sahəsi olub, dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını 
öyrənir. Nitq mədəniyyətinə yaxşı yiyələnmək üçün dilin fonetik (orfoepik və 
orfoqrafik),leksik və qrammatik qayda -qanunlarını bilmək və nitq zamanı onlara 
əməl etmək zərruridir. 
Nitq mədəniyyəti
fənninin məqsədi
tələbələrə müasir Azərbaycan ədəbi 
dilinin fonetik sistemi, lüğət tərkibi və qrammatik quruluşu, orfoepiya və 
orfoqrafiyası, dilin normaları və üslubları haqqında müəyyən elmi-nəzəri biliklə 
yanaşı əməli işə yardımçı olacaq praktik fəaliyyət vərdişləri də aşılayır. 
Çünkü,dilimizin yazılı və şifahi normalarına yiyələnmək nitq mədəniyyəti üçün əsas 
şərt sayılır. 
Nitq mədəniyyəti fənninin vəzifəsi
nitq mədəniyyətinin normalarını 
şagirdlərə,tələbələrə 
ümümlikdə 
gənc 
nəsilə 
düzgün 
çatdirmaqdır.
Nitq mədəniyyətinin mövzusuna 
mədəni nitqin əsas keyfiyyətləri ilə bağlı 
məsələlər-ədəbi dil və onun normaları, eləcə də nitq istisnaları, özləşmə meylləri, 
natiqlik sənətinin sahələri və nitq etiketləri daxildir.
Hər hansı bir xalqın milli mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir. 
Gözəl nitq üçün, əsasən, iki şərt tələb olunur: 
1.
Dilin özünün ifadə imkanlarının genişliyi, yəni hər hansı bir fikri ifadə etmək 
imkanının olması. 
2.
Bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə imkanlarından düzgün 
şəkildə istifadə etməsi. 


Nitqin gözəlliyi xüsusən ziyalılar,Yazıçılar, müəllimlər, aktyorlar, radio və televiziya 
işçiləri, jurnalistlər,bədii söz ustaları nitqinin təsirliliyi, obrazlılığı, ifadəliliyi, 
məntiqliyi, zənginliyi ilə fərqlənməli, başqaları onların danışığından, oxusundan, 
yazdıqlarındannümunə götürməlidirlər.Ümumiyyətlə bütün insanlar yüksək nitq 
mədəniyyətinə yiyələnlidir.Hər bir vətəndaş öz nitqinin zənginliyi və qeydinə 
qalmaıdır.Onun geyim davranışı ile yanaşı nitqidə yüksək səviyyədə olmalıdır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin