1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə2/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   2   3   4   5   6   7   8   9   ...   115
felsefeimtahansualları

Proqnostik funksiya –fəlsəfi biliklər çərçivəsində materiya və şüurun, insan və dünyanın, inkişafının ümumi təmayülləri haqqında hipotezlər, fərziyyələr irəli sürülür –müəyyən proqnozlar verilir. Fəlsəfə elmi faktlara nə qədər çox müraciət edirsə, proqnozların gerçəkləşmə ehtimalı bir o qədər böyük olur.
Tənqidi funksiya –bu funksiya təkcə digər elmlərə deyil, elə fəlsəfənin özünə də şamil olunur. Tənqidi funksiya mövcud bilik və dəyərlərin ehkamlaşdırılmasına qarşı yönəlir.
Aksioloji funksiya –hər bir fəlsəfi təlim özündə tədqiq olunan obyektə ən müxtəlif dəyərlər nöqteyi-nəzərindən qiymətverici məqama malik olur: sosial, əxlaqi, estetik, ideoloji və s. Bu funksiya xüsusilə cəmiyyətlərin inkişafının keçid dövrlərində təzahür edir: fəaliyyət istiqamətlərinin seçim problemi yaranır, köhnə dəyərlərdən nəyi qoruyub saxlamaq, nəyi inkar etmək məsələsi aktuallaşır.
Sosial funksiya –fəlsəfənin bu funksiyası kifayət qədər çoxplanlıdır və ictimai həyatın müxtəlif aspektlərini əhatə edir. ümumi planda fəlsəfə ikili məsələni yerinə yetirir: sosial varlığı dərk etməli və onun maddi və mənəvi dəyişdirilməsinə yardımçı olmaq. Qeyd etmək lazımdır ki, ictimai həyatda sosial dəyişikliklər, eksperiment və islahatlar xüsusi dəyər və əhəmiyyətə malikdir. Ona görə də sosial dünyanı dəyişdirməyə cəhd etməzdən əvvəl ilk növbədə onu əhatəli şərh etmək lazımdır. Bu isə bilavasitə fəlsəfi tədqiqatlar sayəsində mümkün olur

2.Dünyagörüşü və onun tarixi tipləri
Dünyagörüşü –insanın ətraf dünya və orada özünün yeri haqqında ən ümumi baxışlarının məcmusudur. Hər bir fəlsəfə həm də dünyagörüşüdür. Lakin, heç də hər bir dünyagörüşü fəlsəfə deyil. Deməli, “dünyagörüşü” anlayışı “fəlsəfə” anlayışından daha genişdir.
Dünyagörüşü mürəkkəb mənəvi hadisə olub müəyyən struktura malikdir. Onun struktur elementləri: inam, ideal, məqsəd, davranış motivi, maraqlar, dəyərlər, idrak prinsipləri, əxlaqi normaları, estetik baxışlar və s. Dünyagörüşünün bütün bu elementləri məcmu halında təkcə ayrı-ayrı şəxsiyyətlərin yox, həm də sosial qrup, sinif, millət, bütövlükdə cəmiyyətin mənəvi siması və həyat mövqeyini müəyyənləşdirir.
Dünyagörüşü iki səviyyədə mövcud olur: 1) psixoloji-emosional, və yaxud, hissi səviyyə. Bu səviyyə həm də dünyaduyumu adlanır və ətraf gerçəkliyin hisslər vasitəsilə kortəbii qavranılması kimi başa düşülür; 2) rasional səviyyə. Bu səviyyə isə dünyaanlamı adlanıb ətraf gerçəkliyin hadisə və proseslərinin zəka ilə, məntiqi əsaslandırma vasitəsilə dərk olunmasını ehtiva edir. Bütövlükdə, dünyagörüşü hər iki səviyyənin vəhdəti və qarşılıqlı təsiri nəticəsində formalaşır.
Dünyagörüşünün ənənəvi olaraq bu növlərini fərqləndirirlər: mifoloji, dini, fəlsəfi.
Dünyagörüşünün tarixən ilk növü olan mifoloji dünyagörüşü cəmiyyətin inkişafının ilk mərhələlərində formalaşmışdır. Onun əsas məqsədi insanın dünyanın mənşəyi və quruluşu, insan və heyvanların əmələ gəlməsini, təbiətin kortəbii hadisələrinin səbəblərini şərh etməyə ilk cəhdidir.
Mifoloji dünyagörüşü üçün insanın özünü təbiətlə eyniləşdirməsi səciyyəvidir. Məhz bu səbəbdən ibtidai insanın fantaziyasının məhsulu olan mifik vücudlar: Tanrılar, ruhlar, əfsanəvi qəhrəmanlar insani cizgilərə malik olub, insan kimi hərəkət edirlər. Bunların taleyi də fani insan taleyinə oxşardır.
Qeyd edək ki, mifləri öyrənən elm mifologiya adlanır. Mifologiya miflərin yaranması, mahiyyəti və məqsədlərini tədqiq edir.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin