1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə9/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   5   6   7   8   9   10   11   12   ...   115
felsefeimtahansualları

Fəaliyyət hərəkətdir, keyfiyyət kimi o da yalnız substansiyalara xasdır. Hərəkətin beş növü mövcuddur: qalxma, enmə, sıxılma, genişlənmə və gəzişmə.
Ümumilik. Bütün atlar hansısa ümumi təbiətə malikdirlər və onlar bir sinifdə qruplaşdırılırlar. Bu “atlılıq”adlandırılır və ümumiliyi bildirir. “Atlılıq” nə
hansısa atın doğuluşu ilə yaranır, nə də ki, hansısa birinin ölməsi ilə məhv olur, o əbədidir. Beləliklə ümumilik verilmiş sinfə daxil olan fərdlərin hamısı üçün ümumi olan əbədi mahiyyətdir.
Xüsusi şeylərin ilkin fərqinin əsasıdır. O eyni zamanda dünyada mövcud olan əbədi mahiyyətlərin fərdiliyini, bənzərliyini bildirir. Bu kateqoriya (vişeşa) müstəsna əhəmiyyət daşıyır, təlimin adı da ondan götürülüb.
Xasolma tamı hissəsi ilə; keyfiyyət və yaxud fəaliyyəti substansiya ilə; ümumini xüsusi ilə əlaqələndirən daimi, əbədi əlaqədir. Məsələn parça vahid kimi həmişə saplarda mövcuddur; “yaşıl”, “şirin” kimi keyfiyyətlər və müxtəlif növ hərəkətlər substansiyada mövcud olur.
Heçlik bütün inkari faktları bildirir. Məsələn, “Burada pişik yoxdur”, “Bu çiçək qırmızı deyil” - bu cümlələr pişiyin, qırmızılığın yoxluğundan xəbər verir. Vayşeşika təlimində Tanrı və fərdi canın azadolması haqqında müddəalar mahiyyətcə nyaya sistemində olduğu kimidir.
c)Sankhya. Banisi müdrik Kapila olan sankhya ən qədim fəlsəfi təlimlərdəndir. “Sankhya” sözü birmənalı təfsir edilmir. Bəziləri onun rəqəm anlamı verdiyini iddia edir. Çünki bu sistem idrakın əsas obyektlərinin sadalanması yolu ilə gerçəkliyin öyrənilməsini ön plana çıxarır. Lakin ikinci variant daha ağılabatan hesab edilir: sankhya kamil bilik deməkdir. Nyaya və vayşeşika təlimlərində olduğu kimi sankhya təlimi də dünyanı praktik məqsədlər: bütün iztirab və bədbəxtliklərə son qoymaq üçün dərkinə cəhd edir.
Sankhya təlimi bir-birindən asılı olmayan iki ilkin gerçəkliyi qəbul edir: puruşa və prakriti. Puruşa zəkalı başlanğıcdır, şüur isə onun atributu yox əsl mahiyyətidir. Puruşa bədən, hiss və ağıldan tam fərqli olan “Mən”dir.
Prakriti dünyanın ilk səbəbidir. Bu əbədi şüursuz başlanğıc olub həmişə dəyişərək “Mənin” tələblərinin ödənilməsinə xidmət edir.
Dünyanın təkamülü pruşanın prakriti ilə birləşməsindən başlayır. Bu prakritinin ilkin tarazlıq halını pozaraq onu fəaliyyətə təhrik edir. Təkamül bu yolla baş verir: prakritidən nəhəng kainatın böyük nüvəsi yaranır. Onda “Mənin” şüuru əksini tapır, bu isə onu şüurlu edir. Kainat təbiətin kosmik yuxudan oyanmasını və fikrin ilk təzahürünü əks etdirir, elə bu səbəbdən də o həm də intellekt adlanır. Bu yaradıcı fikir dünyanın inkişafını təmin edir. İntellektin sonrakı transformasiyası ikinci dərəcəli məhsulu -axankaranı yaradır.
Axankaradan idrakın beş orqanı, fəaliyyətin beş orqanı, idrak və fəaliyyət orqanı olan ağıl yaranır.
ç)Yoqa. Yoqa fəlsəfi təlimi müdrik Patancali tərəfindən yaradılıb. Yoqa sözü hərfən birləşmə, toparlanma anlamını verir. Bu təlimin xüsusi maraq doğuran cəhəti yoqa praktikasıdır. Bu praktikanın məqsədi viveka-cnyananın –daha doğrusu azadolmanın vacib şərti olacaq idrakın məhdudlaşdırılma vasitəsinin əldə edilməsidir. Bu təlimə görə yoqa ağılın bütün funksiyalarının dayandırılmasını birləşdirir. Ağılın funksiyalarının isə beş pilləsi mövcuddur.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin