1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Qədim Hindistanda fəlsəfə



Yüklə 340,51 Kb.
səhifə7/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   2   3   4   5   6   7   8   9   10   ...   115
felsefeimtahansualları

5.Qədim Hindistanda fəlsəfə
Hind fəlsəfəsi öz başlanğıcını qədim hindlilərin müqəddəs saydıqları və yaranması təqribən m.ö.II minilliyin ortalarına təsadüf edən Vedalardan götürmüşdür. Sanskrit dilindən tərcümədə “bilik”, “təlim” mənasını verən Vedalar bütövlükdə hind mədəniyyətinin nüvəsini təşkil edir.
Vedaların ən qədim hissəsi dörd topluda (samhitlər) əksini tapmışdır:
1)Riqveda –Tanrıların şəninə himnlər; 2)Yacurveda –qurban vermə ayin və himnləri; 3)Samaveda –dini nəğmələr; 4)Atharvaveda –lənətlər.
Sonralar samhitlərin təfsiri və şərhi nəticəsində Vedalara aid edilən çoxsaylı ədəbi nümunələr yaranmışdır. Onlara: Brahmanlar –ilahiyyat traktatları; Aranyaklar (“meşə kitabları”) –zahidlər üçün nəzərdə tutulurdu; Upanişadlar –dini və fəlsəfi mətnlər aiddir.
Vedalarda əksini tapmış və hind fəlsəfəsinin inkişafına təkan vermiş əsas ideyalar bunlardır: məkanlı-zamanlı dünyanın nəhəngliyi; ümumi vəhdət və onun əsasında dayanan əbədi mahiyyət (brahman) haqqında təlim; kainatın əxlaqi nizama malik olmasına inam (rita); Tanrılara, insanlara, səma cisimlərinə və bütün mövcudluğa aid olan ədalət qanuni (karma); təkrarlanan doğuluşun dövranı kimi başa düşülən sansara anlayışı; fərdin azadlığı, dünyadan asılılığını dəf etməsi kimi başa düşülən mokşa; insan həyatının son məqsədinin mütləq mənəvi başlanğıcla qovuşması kimi başa düşülməsi və buna aparan praktik yolların tapılması.
Vedalara olan münasibətinə görə hind fəlsəfi sistemləri iki böyük qrupa ayrılır. Vedaların avtoritetini etiraf edən təlimlər: ortodoksal fəlsəfi sistemlər –astika; Vedaların avtoritetini etiraf etməyən qeyri-ortodoksal fəlsəfi təlimlər –nastika.
Ortodoksal fəlsəfi sistemlər: nyaya, vayşeşika, sankhya, yoqa, mimansa, vedanta.
Qeyri-ortodoksal fəlsəfi sistemlər: çarvak-lokoyata, caynizm, Buddizm.
Bu təlimlərin hər birini ayrıca nəzərdən keçirəcəyik.
2) Ortodoksal fəlsəfi sistemlər.
a)Nyaya. Nyaya fəlsəfi sisteminin banisi böyük müdrik Hotoma hesab olunur. Bu təlimin tədqiq etdiyi əsas məsələ idrak problemləridir. “Nyaya” sözü hərfən qayda, metod, nəticə ümumiyyətlə məntiq mənası verir. Lakin məntiq məsələləri bu fəlsəfi sistemin yeganə və son məqsədi deyil. Əslində idrak problemlərinin öyrənilməsi vasitədir. Əsas məqsəd isə insanın hər bir əzab vəiztirabdan mütləq qurtuluşu, yəni azadlığa yetişməsidir. Nyaya fəlsəfi sisteminin idrak nəzəriyyəsinə görə həqiqi idrakın dörd müstəqil mənbəyi var: qavrayış, nəticə və yaxud sonuc, müqayisə, şəhadət və yaxud sübut.
Qavrayış –obyektlərin bizim hiss üzvlərimizlə birbaşa əlaqəsi nəticəsində dərk olunmasıdır. Əgər dərketmə görmə, və yaxud eşitmə kimi hiss üzvləri vasitəsilə gerçəkləşirsə zahiri, ağıl vasitəsilə gerçəkləşirsə daxili səciyyə daşıyır.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin