1. Fəlsəfənin predmeti və sosial funksiyaları “Fəlsəfə


Dördüncü: Bu yolun aşkarlanması, və yaxud, şərhidir. Nirvanaya –Böyük azadlığa aparan yol səkkiz mərhələlidir (Səkkizli yol)



Yüklə 340,51 Kb.
səhifə14/115
tarix04.06.2022
ölçüsü340,51 Kb.
#60619
1   ...   10   11   12   13   14   15   16   17   ...   115
felsefeimtahansualları

Dördüncü: Bu yolun aşkarlanması, və yaxud, şərhidir. Nirvanaya –Böyük azadlığa aparan yol səkkiz mərhələlidir (Səkkizli yol)
1) düzgün baxış –buddizmin əsaslarını və həyatda öz yolunu anlama;
2) düzgün fikir –insanın həyatı onun fikirlərindən asılıdır, fikirlərin dəyişməsi
(düzgün olmayandan düzgünə, nəcibə) ilə həyat da dəyişir;
3) düzgün nitq –insanın sözü, nitqi qəlbinə, xarakterinə təsir göstərir;
4) düzgün fəaliyyət –özü və digərləri ilə razılıqda yaşamaq, heç kimə xətər yetirməmək;
5) düzgün həyat tərzi –hər bir hərəkətdə buddizmin ehkamlarına əməl etmək;
6) düzgün bacarıq –ciddi-cəhd və əməksevərlik;
7)düzgün diqqət –öz fikirlərinə nəzarət, belə ki, fikirlər sonrakı həyatı törədir;
8)düzgün fikrini cəmləmə –kosmosla əlaqəni gerçəkləşdirən müntəzəm meditasiyalar.
Buddizmin beş əsas ehkamı: öldürmə, oğurlama, müdrik ol, yalan danışma, məstedici vasitələrdən istifadə etmə.

6.Qədim Çində fəlsəfə

Qədim Çində fəlsəfi ənənələrin meydana gəlməsi və formalaşması təqribən m.ö. I minilliyin ortalarına təsadüf edir.
Çin fəlsəfəsinin əsas səciyyəvi xüsusiyyəti bu regionda yaşayan mütəfəkkirlərin düşüncələri üçün nəzəri baza kimi çıxış edən müəyyən kanonik kitablar toplusuna əsaslanmasıdır.
Ümumiyyətlə bu kitablar Çin intellektual ənənəsinin təməli hesab edilir. Kanonlaşdırılmış kitablar qədim tarixə malik olmuş, sonralar, təq. m.ö. II-I əsrlərdə tərtib edilərək “U tszin” (“Beş kanon” və yaxud “Beşkitab”) adlandırılmışdır. “U tszin”ə daxil olan kitablar bunlardır: “Şi tszin” (“Mahnılar kitabı”), “Şu tszin(“Tarix kitabı”), “İ tszin(“Dəyişikliklər kitabı”), “Li tszin” (“Ayinlər kitabı”) və “Lyuy şi çun tsyu” (“Cənab Lyuyun bahar və payızları”).
Dövrün fəlsəfi məktəblərinin ilk təsnifatı m.ö. II əsrdə Sım Tan tərəfindən verilmişdir. Bu məqsədlə o, “altı təlim adlı” traktat da yazmışdır. Sım Tanın təsnifatına görə Qədim Çin fəlsəfəsi əsas etibarilə altı məktəbi əhatə edir: 1)“in və yan” –naturfəlsəfə; 2)konfusiçilik; 3)moizm; 4)“adlar məktəbi” 5) “qanunçular məktəbi” –legizm; 6) “Yol və kəramət məktəbi” –daosizm.

Yüklə 340,51 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin