1. Ekoloji amil, növləri



Yüklə 31,6 Kb.
səhifə1/5
tarix12.06.2023
ölçüsü31,6 Kb.
#128755
  1   2   3   4   5
əmək əlavə suall


1.Ekoloji amil, növləri
Ekoloji amil elə bir mühit şəraitidir ki, orqanizm həmin mühitə uyğunlaşma reaksiyası verir. Ekoloji amillər abiotik (cansız) və biotik (canlı) olurlar.
Abiotik amillər – hava (işıq, hərarət, nəmlik, havanın hərəkəti, təzyiq); edafik (mexaniki tərkib, sıxlıq, rütübət tutumu, torpağın havakeçiriciliyi); oroqrafik (relyef, dəniz səviyyəsindən yüksəklik); kimyəvi (havanın qaz tərkibi, suyun duzluluq tərkibi, torpağın turşuluğu).
Biotik amillərə - fitogen (bitkinin təsiri); zoogen (heyvanat aləminin təsiri); mikrobiogen; antropogen (insanın fəaliyyəti) daxildir. Canlı orqanizm bu amillərin müəyyən qiymətlərində yaşaya bilər. Bu amillərin dəyişmə intervalları nə qədər geniş olarsa, orqanizmin yaşaması üçün əlverişli şərait yaranır.
2.Statistik üsul - tezlik və ağırlıq düsturları
1. Statistik üsul – bu üsul qeydiyyatdan keçmiş bədbəxt hadisələrin analizinə əsaslanır. Bu üsul istənilən istehsalat müəssisəsində travmatizmin səviyyəsini xarakterizə edir.
Statistik üsul müəssisənin ayrı-ayrı bölmələrində (sexlərində) bədbəxt hadisə­lərin baş verməsinin xarakterini və səbəbini müəyyən etməyə imkan verir. Yalnız bədbəxt hadisələrin sayına görə müəssisənin texniki təhlükəsizliyini dəqiqləş­dirmək mümkün deyil, orada çalışan işçilərin sayı və iş günlərinin sayını da nəzərə almaq lazımdır. Ona görə də, müqayisəli nəticələri əldə etmək üçün zədələnmələrin tezlik və ağırlıq kimi nisbi göstə­ri­cilərini təyin etmək lazımdır.
Zədələnmənin tezlik göstəricisi (Kt) hesabat dövründə hər 1000 nəfər işçiyə düşən zədələnmənin sayı ilə müəyyən edilir:
, (1)
A – hesabat zamanı müəyyən zaman kəsiyində baş vermiş zədələnmənin sayı;
B – hesabat dövründə işçilərin orta sayıdır.
Zədələnmənin tezlik göstəricisi hər bir zədələnməyə müvafiq olan itirilmiş iş günlərinin sayı ilə müəyyən edilir
, (2)
 - hesabat dövründə işçinin iş qabiliyyətini itirdiyi iş günlərinin sayı;
A – həmin dövrdə zədələnmənin sayıdır.



Yüklə 31,6 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin