1. Ekoloji amil, növləri


Bədbəxt hadisələr iki halda yarana bilər



Yüklə 31,6 Kb.
səhifə4/5
tarix12.06.2023
ölçüsü31,6 Kb.
#128755
1   2   3   4   5
əmək əlavə suall

Bədbəxt hadisələr iki halda yarana bilər:
1. İstehsalat prosesi zamanı istehsal vasitələrinin normal işləməməsi nəticəsində, buna istehsalatlarla əlaqəli bədbəxt hadisələr deyilir.
2. İstehsalatla əlaqəsiz bədbəxt hadisələrdir ki, bu da işçinin səhlənkarlığı, səriştəsizliyi, diqqətsizliyi, bacarıqsızlığı nəticə­sində baş verir, həmçinin işçinin fizioloji durumu (sərxoş) da bura daxildir.

7.Səsin yayılması
Müxtəlif qazlarda səsin yayılma sürətini sorğu kitablarında tapmaq olar. Ən böyük sürətlə (1310 m/san) səs hidrogen mühitində yayılır. Xlor qazında səsin yayalıma sürətini 213 m/san-dir.
Mayelərdə səsin yayılma sürətini kimi müəyyən edilir. K – həcmi elastiklik moduludur. Suda və maye yana­caq­larda səs sürətini praktiki hesablamalarda 1500 m/san götürmək olar.
Bərk cisimlərdə səsin əmələ gəlməsi və yayılması sürüşmə gərginliyinin və deformasiyanın yaranması ilə xarakterikdir. Bu vaxt maye və qazlar üçün səciyyəvi olan sıxılma dalğalarından əlavə sürüşmə dalğaları da yaranır. Bərk cisimlərdə yaranan dalğalar uzununa, köndələn, dartılma-sıxılma, əyilmə, burulma və s. xarakterli və onların kombinasiyası şəklində ola bilər. Dalğanın tipindən asılı olaraq səsin yayılma sürəti müxtəlif qiymətlər alır. Misal üçün, uzununa dalğalar metallarda səsin 5000 m/san-dək sürətlə yayılmasına şərait yaradılır.
Səs dalğalarının yayıldığı fəza səs sahəsi adlanır.

8.Toztutucu aparatlar
Atmosferin sənaye tozları və dumanları ilə çirklənməsindən qorunması üçün toz və duman tutan aparat və sistemlərdən is­ti­fadə edilir. Hazırda aşağıdakı toztutan avadanlıqlar tətbiq olunur:

  1. Quru toztutan aparatlar;

  2. Yaş toztutan aparatlar.

Quru toztutucuları – burada tozun qazlardan (havadan) ayrılması üçün təsir edən qüvvə mərkəzdənqaçma qüvvəsidir. Bu qrupa siklonlar, tozçökdürən kameralar, burulğanlı siklonlar, jalyüzlər və rotasion tipli toztutucular, elektrik süzgəcləri və süzgəclər daxildir.
Nəm (yaş) toztutucuları – bu qrupa Venturi skrubberi, forsunkalı skrubberlər, köpük aparatları və s. daxildirlər.
Isti və partlayış təhlükəli olan qazların tozlardan təmizlənməsində də onlardan istifadə edilir.

Yüklə 31,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin