1. Ekoloji amil, növləri


Atmosferi çirkləndirən mənbələr, sənaye sahələri



Yüklə 31,6 Kb.
səhifə2/5
tarix12.06.2023
ölçüsü31,6 Kb.
#128755
1   2   3   4   5
əmək əlavə suall

3.Atmosferi çirkləndirən mənbələr, sənaye sahələri
Atmosfer təbii və antropogen mənbələrdən ayrılan müəyyən komponentlərlə çirkləndirilir.
Təbii mənbələrə misal olaraq vulkan və kosmik mənşəli toz­lar, yer səthindən ayrılan tozları, dəniz duzlarının hissələri, du­man, meşə və səhralarda baş vermiş yanğınların tüstülərini, vul­kan mənşəli qazları, bitki, heyvanat aləmi və mikrobioloji mən­şə­li maddələri göstərmək olar. Adətən, təbii mənbələrlə atmosferin çirklənməsi fon səviyyəsi adlanır və zamandan asılı olaraq az dəyişir.
Antropogen mənbələr insanın həyat fəaliyyəti ilə əlaqədərdır və növlərinin, mənbələrinin çoxluğu ilə səciyyələnir. Məsələn, ağır və nadir metalların aerozolları, sintetik birləşmələr, radio­aktiv, kanserogen, bakteroloji maddələr və s. Sənayenin inkişafı ilə yanaşı belə mənbələrdən ayrılan tullantılar artır. Xüsusi ilə sənaye istehsalının, energetikanın və nəqliyyatın sürətlə inkişafı ilə əlaqədər olaraq bu problem daha kəskin xarakter daşıyır.
Ölkəmizdə atmosferin çirklənməsi əsasən aşağıdakı sənaye sahələrinin hesabına baş verir:

  • istilik energetikası – 30%;

  • qara və əlvan metallurgiya, neft və qaz çıxarılması və neft kimyası; tikinti materialları müəssisələri, kimya sənayesi – 30%;

  • avtonəqliyyat – 40%.

Atmosferi ən çox çirkləndirən maddələr aşağıdakılardir:

  • karbon oksidi CO – 45%;

  • kükürd anhidridi SO2 – 18%;

  • azot oksidləri N0x (əsasən NO2) – 10%;

  • karbohidrogenlər CnHm – 15%;

  • tozlar – 12%.



4.Qlobal ekoloji problemlər
Planetin qlobal fəlakətlərinə aşağıdakıları daxil etmək olar:

  1. İqlim fəlakəti, yəni atmosferin troposfer qatında CO2-karbon qazının və ozonun miqdarının artması və ya istixana effekti;

  2. Turşulu yağışlar problemi;

  3. Stratosfer qatında ozon qatının məhv edilməsi, yəni ozon dəliklərinin əmələ gəlməsi;

  4. Fasiləsiz olaraq artan sənaye, kənd təsərrüfatı və məişət tullantılarının katastrofik sürətlə artması;

  5. Planetin “ciyərləri” olan meşələrin məhvi;

  6. Demoqrafik partlayış (əhalinin kəskin sürətlə artması) və urbanizasiya (cəmiyyətin inkişafında şəhərlərin artması prosesi).



Yüklə 31,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin