1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   2   3   4   5   6   7   8   9   ...   37
Ekoloji təhlil mühazirələr

II. Biotik faktorlar.
Canlı orqanizmlərin bir-birinə təsir 
formasıdır. Hər bir orqanizm daim digər canlının təsirinə məruz 
qalır, onlardan asılı olur və onlara təsir göstərir: 
-Bitkilərə heyvanların təsiri ( tozlanma ) 
-bitkilərə göbələklərin təsiri(mikoriza, parazitlik) 
-bitkilərə bakteriyaların təsiri


-bitkilərə virusların təsiri 
-heyvanlara yırtıcıların təsiri 
-heyvanlara mikroorqanizmlərin təsiri 
Biotik faktorlar 2 qrupa bölünür: a) növdaxili yəni eyni növlər 
arasında baş verən təsir . məs.,dovşanın-dovşana,küknarın-
küknara b) növlər arası amillər- müxtəlif növlər arasında baş 
verən təsirdir. Canavarın-dovşana, arının-bitkilərə, küknarın-
çinara. 
Biotik faktorlar 4 qrupa bölünür: 
1.
Fitogen amillər-bitkilərin orqanizmlərə təsiri. 
2.
Zoogen amillər-heyvanların orqanizmlərə təsiri. 
3.Mikrobiogen 
amillər- 
mikroorqanizmlərin, 
virusların, 
bakteriyaların orqanizmlərə təsiri. 
4.Mikogen faktorlar- göbələklərin orqanizmlərə təsiri. 
Biotik faktorlar 3 əsas istiqamətdə inkişaf edir: 
1)qida əlaqəsi-yırtıcı növ öz qurbanına hücum edir və qidalanır. 
2)sahə əlaqəsi 
3)reproduktiv əlaqə-nəsil vermək üçün yaranan əlaqə. 
Ekoloji baxımdan biotik əlaqələr canlıların bir-birinə qarşı 
münasibətində 
həyat 
uğrunda 
mübarizə 
kimi 
qiymətləndirilməlidir. Qida əlaqələrində hər hansı bir 
iştirakçının zəifləməsi sonrakı heyvanların qida əlaqələrini 
dəyişə bilər. Bu mühüm ekoloji əlaqə elə qurulmuşdur ki, eyni 
ərazidən eyni vaxtda istifadə edən heyvanlar çox da üz-üzə 
gəlmirlər. Qida rəqabətini təbiət özü tənzim edir. Məs., gündüz 


heyvanlarında gecələr fəal olmaq kimi yeni həyat tərzi 
yaranmışdır. 
Heyvanlar qidalanma vaxtını və onun qaydasını dəyişməklə 
rəqabətdən qaçırlar. Məs., qaranquş və yarasa hər ikisi gündüz 
heyvanı olmuşlar. Onlar havadan həşərat ovlamışlar. Qaranquş 
sürətlə uçduğundan onun həşərat ovlaması effektli olmuşdur
qalib gəlib gündüz fəallığını saxlamışdır. Yarasa zəif uçduğu 
üçün ac qalıb məhv olmalı ya da gecələr ova çıxmalı olmuşdur. 
Ona görə də gecə heyvanı olmuşdur. 
Təbiətdə formalaşan sahə əlaqələri növ daxilində çox təsirli, 
növlər arasında isə az təsirlidir. Çünki , eyni sahədə bu və ya 
digər növün fərdləri həddindən artıq çoxaldıqda, onların 
arasında rəqabət güclənir,yaşama effekti aşağı düşür. 
Konkret bir sahədə hər bir bioloji növün özünəməxsus tələbatı 
var. Məs.,eyni çəməndə dəvənin, atın, inəyin, qoyunun, 
qurbağanın, siçanın və s. heyvanların hərəsinin öz yeri, öz 
qidası, özünəməxsus qidalanma, nəsil vermə, dincəlmə və 
gecələmə yerləri olduğu üçün onlar bir-birinə maneçilik 
etmirlər. 
Reproduktiv əlaqələr (nəsil vermək üçün yaranan əlaqələr) növ 
daxilində yəni eyni növlərin fərdləri arasında daha çox 
təsirlidir. Növlər arasında reproduktiv əlaqələr çox az olur. Ali 
heyvanların növləri arasında cütləşmə olmur, olsa da nəsil 
vermirlər. Nəsil alınsa da dölsüz olurlar. Məs., at ilə eşşəyin 
cütləşməsindən alınan qatır dölsüzdür. 
Orqanizmlər qruplaşmalar əmələ gətirir. Burada onlar qida 
resursları, ərazi uğrunda mübarizə edir, yəni bir-birlərilə rəqabət 
mübarizəsinə girir. Bu zaman növdaxili, həm də xüsusilə 
növarası səviyyələrdə yırtıcılıq, parazitlik və digər mürrəkəb 
qarşılıqlı əlaqələr yaranır.


Növlər arasında olan Mümkün kombinasiya tipləri qarşılıqlı 
əlaqələrin müxtəlif növlərini əks etdirir: - neytralizm – hər iki 
növ müstəqildir (sərbəstdir) və bir-birinə heç bir təsir göstərmir; 
- rəqabət – növlərdən hər biri digər növə əlverişsiz (mənfi, pis) 
təsir göstərir; - mutalizm – növlər bir-birindən ayrıldıqda yaşaya 
(mövcud ola) bilməz; - protokooperasiya (həmrəylik) – hər iki 
növ qruplaşma əmələ gətirir, qruplaşma onlar üçün faydalı olsa 
da, onlar ayrıldıqda da yaşaya (mövcud ola) bilər; - 
kommensalizm – növün biri kommensal olub, bir yerdə yaşadığı 
başqa növdən fayda alır, digər növ isə sahib olub, heç bir fayda 
götürmür (qarşılıqlı dözüm); - amensalizm – növün biri amensal 
olub digər növ onun böyümə və çoxalmasına təzyiq göstərir; - 
parazitlik – parazit növ öz sahibinin böyümə və çoxalmasını 
ləngidir və hətta onu məhv edə bilər; - yırtıcılıq – yırtıcı növ öz 
«qurbanına» (şikarına) hücum edir və onunla qidalanır. Növarası 
əlaqələr biotik qruplaşmaların (biosenozların) mövcudluğu 
əsasında yaranır.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin