1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   2   3   4   5   6   7   8   9   ...   37
Ekoloji təhlil mühazirələr

Mühit amilləri 
Bütün mühit amillərinin orqanizmə təsiri eyni dərəcədə deyildir. 
Bəziləri orqanizmlərin həyat fəaliyyətinə təzir edir, digərləri isə 
təsir etmir. Buna əsaslanaraq onları 2 qrupa bölürlər. 


1.Neytral amillər-bu mühitin o, amilləridir ki, orqanizmə təsir 
etmir. 
2.Ekoloji amillər- bu amillər canlı orqanizmlərə birbaşa və 
bilavasitə təsir edir. Və onda xarakterik uyğunlaşma 
reaksiyalarını yaradır. Təbiətdə orqanizmi əhatə edən və ona 
təsir göstərən bütün mühüt komponentləri ekoloji amillər 
adlanır. Ekoloji amillər orqanizmlərə təsiri əhəmiyyətinə görə 2 
qrupa bölünür: 
1. 1-ci dərəcəli amillər. Bu amillərsiz orqanizm mövcud ola 
bilmir. Bu amillərdən birinin olmaması orqanizmin məhvinə 
səbəb olur.
2.2- ci dərəcəli amillər. Bu amillərin bir elə də həyat üçün 
əhəmiyyəti yoxdur. Ancaq orqanizmin mövcud olmasının 
şəklini dəyişdirə bilər, yəni yaxşılaşdıra və pisləşdirə bilər.
Orqanizmlərə təsir edən ayrı-ayrı mühitin özəllikləri və 
elementləri 
ekoloji faktorlar 
adlanır

Mühitin çoxlu faktorları 
vardır. Onlar canlılar üçün zərərli və ya zəruri ola bilərlər; 
onların varlığına, artımlarının çoxalmasına ya da azalmasına 
təsir edə bilərlər. 
Mühit amillərini yaranmasına görə 3 böyük qrupa və hər bir 
böyük qrupu isə yarımqruplara bölürlər.
I.Abiotik amillər
.-cansız təbiətin amilləri olub, birbaşa və 
dolayı yolla orqanizmə təsir göstərir. Onu da 4 yarım qrupa 
ayırırlar: 
a) İqlim amilləri: işıq, temperatur,rütubət, atmosfer, təzyiq, su, 
külək 
b)Edafik və ya torpaq faktorları- torpaqda yaşayan orqanizmlərə 
təsir göstərən torpağın və dağ süxurlarının məcmusudur. Bu da 
fiziki, kimyəvi və mexaniki xassələrə ayrılır. Kimyəvi xassə 


dedikdə turşuluğu, mineral tərkibi, çürüntülərin tərkibi nəzərdə 
tutulur. 
Fiziki və mexaniki xassə dedikdə mexaniki tərkib, kəsəklilik 
yəni hamar olmamaq, məsaməlilik, hava, su keçirmək 
qabiliyyəti, hava və suyu tutma qabiliyyəti, sıxlığı, rəngi və s. 
nəzərdə tutulur.
v)Relyef və ya topoqrafik amillər- yaşadığı yerin dənizdən 
hündürlüyü, yaşadığı yerin ekvatora görə genişliyi , üfüqə görə 
canlının yaşadığı yerin əyilmə bucağı, işığın tərəflərinə görə 
yerləşməsi. 
q) hidrofizioloji amillər- bu suyun bütün hallarda (maye, qaz, 
bərk) 
və 
mühitin 
fiziki 
amillərinin 
(səs, 
titrəyiş, 
qravitasiya(cazibə) , maqnit və elektromaqnit sahəsinin, 
ionlaşmış şüaların) orqanizmə təsiridir. 
Abiotik faktorlar təsir etmə mexanizminə görə 2 yerə 
bölünür:düz və dolayı yolla. Düz faktorlar orqanizmə birbaşa 
təsir edir. Məs.,havanın , torpağın rütubətliyi, temperatur, işıq, 
torpağın məhsuldarlığı, suyun axma sürəti,suyun mineral 
elementləri və s.
Dolayı yolla təsir edən faktorlar orqanizmə düz faktorlar 
vasitəsilə təsir edir. Məs., suyun şəffaflığı, torpağın dənəvərliyi, 
yerin dənizdən hündürlüyü. Torpağın dənəvərliyi bitkilərə və 
heyvanlara qida elementlərinin dinamikası və rütubətlik 
formaları bilavasitə təsir edir. 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin