1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   ...   4   5   6   7   8   9   10   11   ...   37
Ekoloji təhlil mühazirələr

pirofitlər
bitir. Pirofitlərin meyvə və toxumları qalın, 
çox vaxt ağaclaşmış örtüyə malik olur, odun (alovun) təsirindən 
çatlayır. Uzaq Şərq və Sibir meşələrində üstünlük təşkil edən 
qaraşam da yanğına dözümlüdür. Bu meşələrdə gövdəsi oda 
məruz qalmayan ağac tapmaq çətindir.


Bitkilərdən fərqli olaraq heyvanlar əzələyə malik olub daha çox 
daxili istilik yaradır. Əzələlər güclü və aktiv olduqca heyvanlar 
daha çox istilik toplayır. Bitkilərdən fərqli olaraq heyvanlar 
olduqca müxtəlif imkanlarla daima və ya müvəqqəti olaraq şəxsi 
bədənlərində temperaturu nizamlayır. Heyvanların temperatura 
adaptasiya olunması aşağıdakı yollarla baş verir:
1. Kimyəvi termonizamlanma. Ətraf mühitdə temperaturun 
aşağı düşməsinə cavab olaraq istilik məhsulunun aktiv artması;
2. Fiziki termonizamlanma – istilikvermə səviyyəsinin 
dəyişməsi, istiliyi saxlamaq və ya əksinə izafi istiliyi qovmaq 
(kənarlaşdırmaq). Fiziki termonizamlanma heyvanların xüsusi 
anatomik və morfoloji quruluşları ilə yerinə yetirilir: tük və lələk 
örtükləri, qan damarları sisteminin quruluşu, piy ehtiyanın 
paylanması, buxarlanma ilə istilik buraxma imkanı və s.
3. Orqanizmin davranışı. Yerini dəyişməklə və ya daha 
mürəkkəb davranışı ilə heyvanlar hüdud temperaturdan aktiv 
surətdə uzaqlaşa bilər. Bir çox heyvanlar üçün davranış istilik 
balansını saxlamaq üçün yeganə və olduqca effektiv üsul sayılır. 
İstiqanlı heyvanlar yüksək kimyəvi termonizamlanmaya 
qabildir. Onlar yüksək intensiv maddələr mübadiləsi ilə 
fərqlənərək böyük miqdarda istilik hasil edir. Fiziki 
termonizamlanma ekoloji baxımdan daha sərfəlidir, belə ki, 
soyuğa qarşı adaptasiya əlavə istilik hasil etmək hesabına deyil, 
heyvanın bədənindəki istiliyi saxlamaq hesabına yerinə yetirilir.
Məməlilərin xəz örtüyü, quşların lələk örtüyü bədən ətrafında 
hava qatının temperaturunu heyvan bədəninin temperaturuna 
yaxın saxlamağa imkan verir, bununla da xarici mühitə istiliyin 
ayrılmasını zəiflədir.
Soyuq iqlim heyvanlarda dərialtı piy birləşdirici toxuma qatı 
bütün bədəndə paylanır, belə ki, piy-yaxşı istilik izolyatoru 
hesab olunur. İsti iqlim heyvanlarında piy ehtiyatlarının belə 
paylanması izafi istiliyin xaric oluna bilməməsi ilə əlaqədar 
bədənin hədsiz qızması ölümə səbəb olardı. Odur ki, bu 


heyvanlarda piy ehtiyatı bədənin ayrı-ayrı hissəsində yerləşərək 
ümumi səthdən istiliyin xaric olunmasına mane olmur.
Bitkilər aşağı temperatura morfoloji cəhətdən uyğunlaşaraq 
həyati formalar yaradır. Məsələn, epifitlər – ayrı bitkilərin 
üzərində bitərək torpaqda kökləri olmur; fanerofitlər (ağac, kol, 
lianlar) tumurcuqları qarın səthində qalır və pulcuqlu örtüklə 
mühafizə olunur; kriofitlər – çoxillik ot bitkiləri olub, bərpa 
tumurcuqları kökümsovlarda, kök yumrularında, soğanaqlarda 
yerləşir və torpağın (geofitlər) altında olur; terofitlər – birillik 
bitkilər, əlverişsiz mövsümün başlanğıcında məhv olur, onların 
yalnız toxum və sporları ölmür.
Heyvanların həyatında fizioloji adaptasiya daha böyük 
əhəmiyyət daşıyır, onlardan ən sadəsi akklimatizasiya 
(iqliməuyğunlaşma), yəni istiyə və ya soyuğa dözümlülüyə 
fizioloji uyğunlaşma hesab olunur.
Soyuqdan qorunmaq üçün daha radikal mühafizə forması 
mövcuddur: isti ölkələrə miqrasiya (quşların köçməsi, yüksək 
dağ keçisi qışda aşağı yüksəkliklərə enir və s.), qışlama – qış 
dövründə yuxuya gedir (marmot, dələ, boz ayı, yarasa-bunlar 
bədənlərinin temperaturunu sıfır dərəcəyə qədər endirərək 
metabolizmi və bununla da qida maddələrindən istifadəni 
ləngidir). Heyvanların əksəriyyəti isə inkişafını dayandıraraq 
hərəkətsiz olur. Bu hadisə diapauza adlanır və həşəratların 
müxtəlif inkişaf mərhələsində (yumurta, sürfə, barama, hətta 
kəpənək) baş verir, lakin mülayim enliyin bir çox orqanizmləri 
(canavar, maral, dovşan və s.) bu dövrdə daha aktiv həyat 
fəaliyyətində olur, bəziləri isə hətta çoxalır (şahzadə pinqvini). 
Beləliklə, temperatur mühüm limitləşdirici faktor olub orqanizm 
və populyasiyalarda adaptasiya proseslərinə əhəmiyyətli 
dərəcədə təsir göstərir. 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin