1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə37/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   ...   29   30   31   32   33   34   35   36   37
Ekoloji təhlil mühazirələr

Səsin yuxuya təsiri. 
Yuxu prosesində insan orqanizminin bütün sistemi 
bərpa olunur. Səsin daim təsiri zamanı belə funksiyalar, yəni beynin 
aktivlik funksiyası və yuxu zamanı ürək-damar sistemi üçün dinclik 
dövrünün təmin olunması pozulur. Yuxunun keyfiyyətinin aşağı düşməsi 
gündüz vaxtı insanın fəaliyyətinə pis təsir göstərə bilər. Məişət səsi 
yuxunu xeyli pozur. Fasiləli və qəflətən olan səslər, xüsusən axşam və 
gecə saatlarında hələ təzə yuxuya getmiş adamlara səs olduqca pis təsir 
göstərir. Bu, təzə yuxuya gedən adamın «hipnoz» fazası vəziyyətində 
olması ilə izah edilir. Yuxu vaxtı qəflətən olan səs (yük maşınının 
gurultusu, radionun ucadan səsi) çox vaxt, xüsusən, uşaq və xəstələrdə 
qorxu yaradır. Səs yuxunun davamiyyətini və dərinliyini azaldır.
Səs yuxunun müxtəlif mərhələlərinə təsir göstərir. Belə ki, yuxunun 
yuxugörmə ilə müşayiət olunan paradoksal mərhələsi, ümumi yuxu 
dövrünün 20%-dən az olmur; yuxunun bu mərhələsinin qısalması əsəb 
sisteminin və zehni fəaliyyətin ciddi pozulmasına səbəb olur. Dərin yuxu 
mərhələsinin qısalması hormonal pozuntulara, depressiyaya və digər 
psixi pozuntulara səbəb olur. 50 dBA intensivlikli səsin təsirindən 
yuxuya getmə müddəti bir saat və daha çox uzanır, yuxu çox səthi (ötəri) 
olur, oyandıqdan sonra isə adam özünü yorğun hiss edir, başı ağrıyır, 
çox vaxt isə ürəyi döyünür. Əmək günündən sonra normal istirahət 
olmadıqda, işdən sonra olan yorğunluq aradan götürülmür, tədricən 
xroniki süstlüyə keçir və bir sıra xəstəliklərin (əsəb sisteminin 
pozulması, hipertoniya xəstəliyi) əmələ gəlməsinə səbəb olur. • Səsdən 
mühafizənin əsas istiqamətləri. Ətraf mühitin akustika çirklənməsini 
aşağı salmaq məqsədilə aşağıdakılardan istifadə edilir: • Çoxsəsli 
mənbələr texnologiyası azsəslilərlə əvəz olunmalıdır; 350 • Səs mənbəyi 
şüalanmasının istiqamətinin dəyişdirilməsi; • Mənbəyindən başlayaraq 
mühafizə olunduğu yerə qədər səsin yayıldığı yolda intensivliyinin 
azaldılması; • Səs aqreqatlarında, nəqliyyatda səsdən mühafizə olunması 
üçün kompleks tədbirlərin görülməsi; • Yaşayış tikintilərində arxitektur-
planlaşdırma işləri; • Təşkilati tədbirlər; • Qəbul edilən səsin 


keyfiyyətinin yaxşılaşdırılması; • Yeni akustik texnologiyanın tətbiqi; 
Göstərilən tədbirlərin «Mühəndis ekologiyası və ekoloji menedcet» (M. 
«Loqos», 2004) kitabında ətraflı izahı verilir. 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin