1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   ...   26   27   28   29   30   31   32   33   ...   37
Ekoloji təhlil mühazirələr

Kadmium (Cd) 
O, ətraf mühitə metallurgiya istehsalının 
tullantıları ilə, qalvanik istehsalının çirkab suları ilə 
(kadmiumlamadan sonra), kadmium tərkibli stabilizatorlar
piqmentlər, boyalar istifadə olunan istehsal sahələrindən və 
fosfat gübrələrindən istifadə edilməsi nəticəsində daxil olur. 
Bundan başqa, kadmium iri şəhərlərin havasında təkərlərin 
sürtülməsi, bəzi plastik məmulatların, boyaların və yapışdırıcı 
materialların eroziyası nəticəsində mövcuddur. Orqanizmə daxil 
olan əlavə kadmium mənbəyi siqaret çəkilməsi sayılır. Bir 
siqaretin tərkibində 1-2 mkq kadmium olur və onun 10%-ə 
qədəri tənəffüs orqanlarına daxil olur.
İçməli suya kadmium istehsalat tullantıları ilə çirklənmiş su 
mənbələrindən, 
suhazırlığı 
mərhələsində 
reagentlərdən, 
həmçinin su kəməri konstruksiyalarının miqrasiyası nəticəsində 
daxil olur. Su ilə orqanizmə daxil olan kadmiumun payı ümumi 


sutkalıq dozanın 5-10%-i təşkil edir. Atmosfer havasında 
kadmiumun normativi 0,3 mkq/m-3, su mənbələri suyunda 
0,001 mq/l, torpaqda – qumlu və qumluca turş və neytral 
torpaqlarda uyğun olaraq 0,5, 1,0 və 2 mq/kq təşkil edir. ÜST-
nin tövsiyəsinə əsasən kadmiumun YVS (yol verilən səviyyəsi) 
həftə ərzində bədən kütləsinin 7 mkq/kq təşkil edir. Kadmiumla 
çirklənmə mənbələri yerləşən ərazilərdə, onun çirklənmiş 
sahələrdə becərilən kənd təsərrüfatı məhsullarından izafi daxil 
olma ehtimalını nəzərə almaq lazımdır.
Kadmiumun sağlamlığa təsiri.
Orqanizmdə kadmiumun 
saxlanmasına insanın yaşı təsir göstərir. Uşaq və yeniyetmələrdə 
onun sorulma dərəcəsi böyüklərdə olduğundan 5 dəfə yüksəkdir. 
Kadmium ağciyər və mədə- bağırsaq traktından absorbsiya 
olunaraq bir neçə dəqiqədən sonra qanda müəyyən edilir, lakin 
onun səviyyəsi ilk sutkalar ərzində tez azalır. O, kanserogen (2A 
qrupu), qonadotrop, embriotrop, mutagen və nefrotoksiki təsirə 
malikdir.. İşçi zonasında yüksək konsentrasiyalı kadmiumla qısa 
kontaktda olduqda yüngül fibroza, ağciyər və qaraciyərin 
funksiyasının davamlı pozulmasına səbəb olur. Orqanizmə 
inhalyasiya (nəfəsalma) yolu ilə daxil olan kadmiumun 50%-ə 
qədəri ağciyərlərdə çökür. Kadmiumun hədəf orqanları 
qaraciyər, böyrəklər, ilik, sperma, boruvari sümüklər və qismən 
dalaq hesab olunur. Kadmium əsasən qaraciyərdə toplanır, onun 
orqanizmdə olan ümumi miqdarının 30%-ni təşkil edir.
Kadmiumla xroniki zəhərlənmənin ən ağır forması İtay-İtay 
xəstəliyi sayılır. Bu xəstəlik ilk dəfə Yaponiyada aşkar 
olunmuşdur. Uzun illərdən bəri əhali mədəndən kadmium düşən 
çayın suyu ilə suvarılan tarlada becərilən düyü ilə qidalanırdı. 
Burada becərilən düyünün tərkibində kadmiumun miqdarı 1 


mkq/q-a çataraq, orqanizmdə 300 mkq-ı keçir. Vitaminin və 
kalsiumun çatışmazlığı, həmçinin hamiləlik dövründə zəifləməsi 
ilə əlaqədar yaşı 45-i keçmiş qadınlarda bu xəstəliyin əmələ 
gəlməsinə patogenetik faktor səbəb olmuşdur. İtay-itay xəstəliyi 
skeletin deformasiyası ilə boyun qısalması, beldə və ayaq 
əzələlərində ağrılar, xəstələrdə «ördək yerişi» ilə xarakterizə 
olunur. Kadmiumun kanserogen effekti bu metalın istehsalı ilə 
məşğul olan fəhlələrdə xərçəng xəstəliyinin əmələ gəlməsində 
təzahür olunur.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin