1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə29/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   ...   25   26   27   28   29   30   31   32   ...   37
Ekoloji təhlil mühazirələr

Civə (Hg)
Civə ətraf mühitə civə tərkibli filizlərin çıxarılması 
və əridilməsi, sulfid filizlərindən əridib əlvan metalların 
alınması, filizdən qızıl əldə edildiyi, sellülozun ağardılması, 
xlor, kaustik, vinilxlorid, elektrik avadanlıqlarının (lampa, 
müxtəlif cərəyan mənbələri), ölçü və nəzarət cihazlarının 
(termometr, monometr), civətərkibli tibb preparatlarının, 
sementin istehsalı, civətərkibli pestisidlərin istifadəsi, daş kömür 
və mazutun yandırılması zamanı daxil olur. Tullantıların 
yandırılması zamanı da ətraf mühitə xeyli miqdarda civə daxil 
olur.
Civə atmosfer havasında əksərən qazşəkilli formada olur. 
Civənin torpaqda toplanması üzvi karbon və kükürdün miqdar 
səviyyəsinə görə təyin edilir. Civənin torpaqla ana süxurdan 
irsən keçmiş təbii halda miqdarı 0,02-dən 03 mq/kq arasında 
tərəddüd edir, orta hesabla 0,06 mq/kq təşkil edib torpaq 
tipindən asılıdır. Şəhərlərdə torpaqda civənin miqdarı çoxlu 
miqdarda müxtəlif tullantıların olması ilə əlaqədar bir qədər çox 
olur. Civə suda üzvi və qeyri-üzvi vəziyyətdə ola bilər. İçməli 
suda civənin əsas mənbəyi çirkab suları ilə çirklənmiş su 


mənbələri (məsələn, xlor-qələvi istehsalı), atmosfer və su 
hazırlığında istifadə edilən reagentlər hesab olunur. Quyu suları 
bilavasitə quyu nasosları vasitəsilə də çirklənə bilər.
Civənin sağlamlığa təsiri.
. Atmosfer havasından insan orta 
hesabla sutka ərzində təxminən 1 mkq civə udur. Udulan civə 
buxarının 80%-ə qədəri ağciyərlərdə saxlanılır və qana daxil 
olaraq tez oksidləşir. Orqanizmə daxil olan civənin hamısı 
praktiki olaraq tez ionlaşır. İçməli su ilə və qida məhsulları ilə 
orqanizmə daxil olan civənin üzvi birləşmələri daha təhlükəli 
hesab olunur. Sutkada qəbul edilən su ilə orqanizmə 0,4 mkq-
dan az civə daxil olur. İstehsalatda civə ilə təmasda olmayan 
civənin əsas mənbəyi qida, başlıca olaraq balıq və balıq 
məhsulları sayılır. Yüksək çirklənməyə məruz qalmış rayonlarda 
bu məhsullarda civənin sutkalıq qəbulu 300 mkq-a çata bilər, bu 
isə metil civə ilə zəhərlənməyə səbəb olur. Südverən anaların 
südündə civə birləşmələri toplana bilir, odur ki, balaca uşaqların 
qanında civə aşkar edilir. onun əsas «deposu» böyrəklər sayılır, 
bunun nəticəsində böyrək çatışmazlığı inkişaf edir. Civə həm də 
iliyə daxil olur və sinir sistemini zədələyir. Bundan başqa, 
Civənin daima təsiri immunitet çatışmazlığının inkişafına aparır. 
Civə ilə təmasda olan işçilərdə, klinikalarda peşə xəstəliyi kimi 
nevrasteniya, aqressivlik, baş ağrıları, yuxu və yaddaş 
pozğunluğu üstünlük təşkil edir.
Civənin təsirindən baş verən xəstəliklər.
Əhalinin metilcivə ilə 
ilk kütləvi xroniki zəhərlənməsi 1950-ci illərdə Yaponiyada 
qeydə alınmışdır. «Çisso» kompaniyasının tərkibində civə olan 
çirkab sularının Minamata buxtasına atılması civənin 
metilcivəyə transformasiyasına səbəb olmuş və bunun 
nəticəsində orada riqidnostu, yüksək emosiyanın oyanması aşkar 


edilmişdir. Zərərçəkmiş adamların hamısı Minamata körfəzində 
tutulmuş balıq və molyuskalarla qidalanmışdır. Hərəkət 
koordinasiyasının pozulması pişik və quşlarda da müşahidə 
olunmuşdur. Onlarla insan ölmüş, bir çoxları sinir sistemində 
ağır zədələr almışdır. 1955- 1959-cu illərdə Minamatada 
doğulan hər üç uşaqdan birində mərkəzi sinir sisteminin 
pozulması, fiziki və əqli inkiaşfın kənara çıxması müşahidə 
olunmuşdur.
Civə ilə çirklənmiş artmosfer havasının təsiri civətərkibli 
lampalar istehsal olunan Saranski şəhərinin yaxınlığında 
yaşayan uşaqlarda xəstəliklərin artmasına və civə istehsal olunan 
dünyada nəhəng sayılan Nikitov zavodunun (Ukrayna) yanında 
yaşayan qadınlarda reproduktiv sağlamlığın pozulmasına səbəb 
olmuşdur.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin