1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   ...   27   28   29   30   31   32   33   34   ...   37
Ekoloji təhlil mühazirələr

4.Arsen (As) 
. Arsen ətraf mühitə atıntılar, çirkab suları və metallurgiya 
istehsalı tullantıları (xüsusilə mis və qızıl ərintilərindən), dəri və 
azot gübrələri zavodlarından, həmçinin arsentərkibli kömürün 
yandırılmasından, insektofunqisidlərin istehsalı və istifadəsi 
zamanı atılır. Müəyyən şəraitlərdə o, dib çöküntülərindən maye 
fazaya miqrasiya edərək, səthi su mənbələrini çirkləndirir.
Arsenin sağlamlığa təsiri
. Arsen birləşmələrinin toksikliyinin 
neticesi-əsəb, mədə-bağırsaq, kardiovaskulyar və respirator 
pozuntuları, hemolit kənarlaşma, dəri zədələnməsi, qaraciyər və 
böyrəklərin funksional pozulması. Arsen birinci, ən təhlükəli 
kanserogen maddələr qrupuna aiddir. Arsenin 10-100 mkq/m-3 
dərəcəsində xroniki təsiri (1 ildən artıq) ağciyərdə xərçəng 
xəstəliyinin baş vermə tezliyini artırır. Bu hala metallurgiya 
zavodları və arsentərkibli pestisidlər istehsal edən müəssisələrin 
işçilərində daha çox rast gəlinir. Siqaretçəkmə arsenin 
kanserogen effektini dərinləşdirir.
Tayvan adasında dəridə xərçəng xəstəliyinin yayılması ilə quyu 
suyunda arsenin miqdarında müəyyən asılılıq aşkar edilmişdir. 
Məhz, bu adanın sakinlərində «qara ayaq» və ya «qara daban» 


xəstəliyi peyda olmuşdur. Bu, 400-600 mkq/l səviyyəsində olan 
sudan istifadə olunması ilə bağlıdır. Qanq körfəzində 
(Hindistan) dərin olmayan artezian quyularından çıxan 
tərkibində yüksək konsentrasiyalı arsen olan içməli sudan 
istifadə edən əhalidə qaraciyər və dalağın böyüməsi, dərinin 
hiperpiqmentasiyası aşkar edilmişdir, bu arsenlə zəhərlənmə 
üçün səciyyəvidir. Müəyyən edilmişdir ki, bu xəstəliyin 
yayılması insanın yaşı artdıqca çoxalır və uzun müddət arsenlə 
çirklənmiş sudan istifadə olunması ilə müəyyənləşdirilir. «Qara 
ayaq» xəstəliyi içməli suda arsenin miqdarı 600 mq/l olan 
Şimali Çilidə qeydə alınmışdır. Əhali bu sudan 15 ildir ki, 
istifadə edirdi. Banqladeşdə tərkibində 10000 mkq/l olan içməli 
sudan istifadə olunması ilə əlaqədar daxili səbəblərdən törəyən 
abortların, ölü doğulmuş uşaqların və qadınlar arasında 
vaxtından qabaq doğumla bağlı ölkələrin sayı artmışdır. Sidikdə 
və saçlarda arsenin konsentrasiyasının öyrənilməsi diaqnostik 
əhəmiyyətə malikdir. Orqanizmə daxil olan arsen saçın 
strukturuna daxil olur, onun yüksək dərəcədə toplanmasını 
saçlarda olan keratinin miqdarının çox olması təsdiq edir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin