1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə36/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   ...   29   30   31   32   33   34   35   36   37
Ekoloji təhlil mühazirələr

Alkoqolizm
spirli içkilərin tez-tez və həddindən artıq istifadə 
edilməsi və onlara hədsiz hərislik nəticəsində başlayan 
xəstəlikdir. Alkoqol narkotik zəhərlərə aiddir. Bir kq kütləyə 
7-8 qram təmiz alkoqol dozası insan üçün ölüm deməkdir. 
Xroniki alkoqolizm bir sıra fiziki və psixi vəziyyətin davamlı 
dəyişikliklərlə əsəb elementlərinin degenerasiyası, qaraciyər 
və böyrək pozuntuları ilə müşayiət olunur, çox vaxt psixi 
deqradasiyaya – yaddaşın və iş qabiliyyətinin aşağı 


düşməsinə, öz vəzifəsinin, məsuliyyətinin itirilməsinə, bəzən 
psixi xəstəliklərə – sayıqlama və qarabasma («belaya 
qoryaçka»), psixoza, içki düşkünlüyünə (zapoy) səbəb olur. 
Alkoqolun qəbul edilməsinə görə Rusiya tanınmış lider olan 
Fransanı ötərək, dünyada birinci yeri tutur. 1960-cı ildən 
sonra Fransada alkoqol içkilərdən istifadə tədricən azaldıldı. 
Rusiyanın alkoqol içkilər üzrə Fransanı ötməsi, aşağı 
keyfiyyətli içkilər, arağın şərabdan üstünlüyü hesabına olur, 
həm də ruslar içkini bir oturuma, yüksək doza ilə, fransızlara 
nisbətən keyfiyyətsiz və az «qəlyanaltı» ilə qəbul edirlər. 
 
15.Ətraf mühitin akustik (səs) çirklənməsi və 
sağlamlığa təsiri 
Səs tezliyi 20 hs-lə 20000 hs arasında olan və ixtiyari elastik mühitdə 
yayılan mexaniki dalğadır. Tezliyi 20 hs-dən aşağı olan səs infrasəs
20000 hs-dən yuxarı olan səs ultrasəs, 109 -1013 hs olan səs hipersəs 
adlanır. Səsin əsas xarakteristikası onun spektridir. Spektrdə əsas tezlik 
səsin ucalığını, harmonik toplananlar çoxluğu səsin tembrini təyin edir.
Müasir ekologiyanın qlobal problemləri arasında akustik (səs) 
çirklənməsi ən həyəcanlı problemlərdən sayılır, çünki insanlara digər 
faktordan, məsələn, ozon qatının dağılması, turşulu yağışlardan az təsir 
göstərmir. Əlverişsiz akustik təsiri planetimizdə bu və ya digər dərəcədə 
hər iki adamdan biri hiss edir. Sənayeyə yeni intensiv texnologiyanın 
geniş tətbiqi, avadanlıqların gücü və sürəti, bir sıra yer, hava və su 
nəqliyyatından geniş istifadə olunması, müxtəlif elektrikləşdirilmiş 
məişət avadanlıqlarının hər yerdə tətbiqi insanın işdə, məişətdə, istirahət 
yerlərində, hərəkət etdikdə və s.-də insan bir çox zərərli səslərin təsirinə 
məruz qalır. Səsin akustik tərəddüdünün (titrəyişinin) intensivliyi, 
loqarifmik şkala üzrə destiballarla (dBA) ölçülür. O (sıfır) dBA-ı 
küləksiz havada qışda meşə yaradır. 1 dBA-lı səs çox yaxşı eşitmə 


qabiliyyətinə malik olan adam tərəifndən çətinliklə eşidilir. İnsanın 
normal tənəffüsündən yaranan səs 10dBA ilə qiymətləndirilir. Səsin belə 
səviyyəsi normal eşitmə qabiliyyəti olan adamların hamısı tərəfindən 
eşidilir. Pıçıltı 20 dBA səs yaradır. 25-30 dBA intensivlikli səsdə 
istirahət və yuxu mükəmməl sayılır. Müəssisə və idarələrdə səs 40-60 
dBA-ya qədər yüksəlir. Bəzi səsli müəssisələrdə adamlar 70 dBA səsdə 
işləyir. Həddindən yüksək səs zərərlidir. Ağrı həddi adətən 120-130 
dBA arasında olur, bundan sonra bilavasitə eşitmə aparatı zədələnə bilər. 
Səhiyyə normalarına uyğun olaraq binalar arasında gündüz saatlarında 
səsin səviyyəsi 55 dBA-nı, gecə (saat 23-dən səhər 7-yə kimi) – 45; 
mənzillərdə uyğun olaraq 40 və 30 dBA-nı keçməməlidir.
İsveçrə tədqiqatçılarının məlumatına görə «səs çirklənməsi» hazırda 
bütün şəhərlərə xasdır və burada insanların ömrünü 10-12 il qısaldır. 
Təcrübələr göstərir ki, yüksək səs bitkinin inkişafına da əlverişsiz təsir 
göstərir. İri şəhərlərin əhalisi (60%-dən çoxu) akustik çirklənmə 
şəraitində yaşayır, çirklənmə parametri yol verilən həddi keçir.
Yeniyetmələr üçün pleyerlər və diskotekalar xüsusilə təhlükə yaradır. 
Skandinaviya alimləri belə nəticəyə gəlmişlər ki, hər beşinci yeniyetmə 
ağır eşidir, lakin çox vaxt bunun səbəbini anlamır. Səbəbi isə 
pleyerlərdən sui istifadə və diskotekalardakı səs-küydür. Fransız 
mütəxəssislərinə görə, pleyer təsrində eşitmənin pozulması gənclərdə 
müşahidə olunur və pleyerdən sonra bu adamlar eşitmə aparatına 
keçməlidir. Bakının şadlıq evlərində musiqi səsinin səviyyəsi demək 
olar ki, diskotekalardakı səsin səviyyəsinə yaxındır. Burada eşitmənin 
pisləşməsinin ilk simptomunu «toy» effekti adlandırmaq olar. Çoxsaylı 
insanların toy məclisində gur səsin təsirindən yanında əyləşən ayrı-ayrı 
məclis iştirakçılarının danışıq səsini və nitqini qarışıq salırsan, bilmirsən 
kim nədən söhbət edir, nə üçün gülür, pis vəziyyətdə qalırsan. Toydan 
çıxanda elə bil başın şişir, süstləşirsən, o gecəni yata bilmirsən, səhər isə 
iştahan olmur, əzgin halda durub evdən çıxmağa çalışırsan. Sonralar isə 
çoxsaylı görüşlərdən kənarlaşmağa çalışırsan, bu isə insanı sosial təcrid 
olunmağa, təklənməyə aparır. Musiqinin səsi ucaldıqca orqanizmdə 
çoxlu miqdarda stres hormonları, məsələn adrenalin yaranır. Bu zaman 


qan damarları daralır, bağırsağın fəaliyyəti ləngiyir. Sonralar isə bütün 
bunlar ürəyin və qan dövranının fəaliyyətini də pozur. Bu həddindən 
artıq yüklənmə infarkta səbəb ola bilər.
Səs, ümumi bioloji qıcıqlandırıcı olub insan orqanizminin bütün 
orqanlarına və sisteminə təsir göstərərək müxtəlif fizioloji dəyişkənliklər 
əmələ gətirir. Bu təsir həm spesifik xarakter (eşitmənin dəyişməsi) 
daşıyır, həm də qeyri spesifik hadisələr (qan təzyiqinin yüksəlməsi, 
diqqətin və yaddaşın zəifləməsi, gözlərin yorğunluğu), psixi-fizioloji 
göstəricilərin (qıcıqlanmanın artması, yuxunun pozulması, həmçinin 
məktəbə hazırlığın aşağı düşməsi) pozulması şəklində özünü göstərə 
bilər.
. Bəzi adamlar səsə qarşı xüsusi hissiyata malikdir. Səs ürək-damar 
sistemi stresinin potensial faktoru sayılır. Aviasiya və nəqliyyat səsi həm 
gündüz, həs də gecə vaxtları bütün dünyada qəbul edildiyi kimi, qan 
təzyiqinə təsir göstərir. Magistral nəqliyyatının və aeroportun yüksək 
səviyyədə səsinin təsiri nəticəsində uşaqlarda sistoloji və diostoloji qan
təzyiqinin yüksəlməsi müəyyən edilmişdir. Bir sıra mənbələrdən 
yaranan səsin gündəlik təsiri fizioloji sistemlər bərpa olunduğu istirahət 
dövründə əhalinin sağlamlığına pis təsir göstərə bilər. Fasiləsiz yüksək 
səs qan təzyiqinin qalxmasına, ürək döyüntüsünün qısalmasına, qan 
damarlarının daralmasına, qanın əzələlərə, beyinə və digər orqanlara 
verilməsinin güclənməsinə səbəb olur. Səsin təsiri nəticəsində beyin 
maddələrində adrenalinin və noradrenalinin ayrılması arta bilər. Məlum 
olduğu kimi, adrenalin ürəyin fəaliyyətinə təsir göstərir, sərbəst turşu və 
qanın ayrılmasına şərait yaradır. Beyin qabığına daxil olan səs zamanı 
qıcıqlanma orada gedən əsəb proseslərini dəyişdirir. Əgər səs çox güclü 
olarsa və ya uzun müddət təsir göstərərsə, beyin qabığının 
hüceyrələrində həddindən artıq həyəcan başlayır. Bu zaman əsəb 
hüceyrələrinin iş fəaliyyətinin hüdudu pozulur və bu hüceyrələrin 
qıcıqlandırmaya cavab reaksiyasının xarakteri dəyişir. Zehni əməklə 
məşğul olan adamlarda məişət səslərinin təsirindən qan təzyiqi yüksəlir.
Hətta ana bətnində olan körpə də səsin zərərli təsirindən mühafizə oluna 
bilmir. Nəzarət olunmayan səs insanın dərk etmə fəaliyyətinə böyük 


ziyan vura bilər, onun həyəcanını artırar, vəzifəsini yerinə yetirərkən 
strategiyasını dəyişə bilər, ona diqqəti azalar. •

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin