1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı


) Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və tarixdə yeri



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə16/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   ...   12   13   14   15   16   17   18   19   ...   34
Tarix sualları və cavabları

4) Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və tarixdə yeri 
Bolşeviklər 2 dəfə – 1918-ci ilin dekabrında və 1919-cu ilin mayında Bakıda 
siyasi tətillər təşkil etməyə cəhd göstərdilər, lakin azərbaycanlı fəhlələrin həmin 
tətilləri boykot etməsi nəticəsində onlar tam iflasa uğradılar. Bakı bolşevikləri 
gözdən pərdə asmaq məqsədilə “müstəqil” Azərbaycan Kommunist Partiyasının 
yaradılması ideyasını irəli sürdülər. Bu RK(b)P-nin yerli təşkilatı olaraq onun 
bütün qərarlarını yerinə yetirməli idi. Uzun sürən mübahisələrdən sonra RK(b)P 
Siyasi bürosu 1920-ci il yanvarın 3- də “müstəqil” Azərbaycan Kommunist 
(bolşeviklər) Partiyasının yaradılmasına icazə verdi və fevralın 11-12-də AK(b)P-
nin Bakıda keçirilən I təsis Qurultayında Azərbaycan Kommunist Partiyası 
yaradıldı. M.D.Hüseynov AK(b)P Rəyasət Heyətinin sədri seçilsə də, “partiya”nın 
faktiki rəhbəri A.İ.Mikoyan idi. AK(b)P Sovet Rusiyasının Azərbaycandakı 
“beşinci kolonnası” idi. Azərbaycan tarixinin belə məsuliyyətli dövründə 
hökumət daxilində birliyi qoruyub saxlamaq mümkün olmadı. Sovet Rusiyasına 
münasibət məsələsində F.X.Xoyski ilə M.H.Hacınski arasında qızğın mübarizə 
başladı. F.X.Xoyski Rusiyaya münasibətdə sərt xətt tərəfdarı idi. F.X.Xoyski və 
tərəfdarları M.H.Hacınskinin 1920-ci il fevralın 18- də Daxili işlər naziri 
vəzifəsindən istefasına nail olsalar da, o, Ticarət, sənaye və ərzaq naziri kimi 
hökumətin tərkibində qala bildi və cavab zərbəsi üçün əlverişli imkan 
gözləməyə başladı. Qarabağdakı daşnak qiyamından istifadə edən Rusiya 
təmayüllü qüvvələr N.Usubbəyov hökumətini ölkədə qayda-qanun yaratmaq 
iqtidarında olmamaqda günahlandıraraq, onu istefa verməyə məcbur etdilər. 
5) Ş.M.Xiyabaninin başçılığı altında Cənubi Azərbaycanda 
demokratik və milli azadlıq hərəkatı (1917-1920) 
Xiyabani öz çıxışlarında insan hüququndan və azadlıqdan danışaraq, Təbriz 
əhalisinin dünyagörüşünü inkişaf etdirir və həmişə deyirdi: "Haqqı verməzlər, 


haqqı almaq lazımdır". Həqiqətdə Xiyabani minbəri azadlıq və demokratiyanı 
yaymaq üçün təbliğat kürsüsünə çevirmişdir. 1907–1911-ci illərdə Xiyabani İran 
totalitar və şahlıq rejimi əleyhinə hərəkatda fəal iştirak etmiş və mücahidlər 
sırasında mübarizə aparmışdır. İctimaiyyun-amiyyun sosial-demokrat partiyası 
onun elmi və ictimai cəhətdən yüksək dərəcəyə malik olmasını dərk edərək, 
Azərbaycan əyalət əncüməninə üzv seçmişdir. Xiyabani Azərbaycan tarixində ən 
ağır və böhranlı zamanda inqilabi hərəkata qoşulmuş, həm daxili irticaçı 
qüvvələr, həm də xarici dövlətlər: Rusiya, İngiltərə, Almaniya və Osmanlı 
dövlətləri əleyhinə fəal mübarizə aparmışdır. 

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin