1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı


) Azərbaycalı hərbiçilər 1ci dünya mübaribəsi cəbhələrində



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə13/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   ...   9   10   11   12   13   14   15   16   ...   34
Tarix sualları və cavabları

12) Azərbaycalı hərbiçilər 1ci dünya mübaribəsi cəbhələrində 
Azərbaycan zəngin və mühüm geosiyasi bir region olaraq İran, Osmanlı və 
Rusiya dövlətləri ilə həmsərhəd idi. Şərqdə – Xəzər, Qərbdə – Gürcüstanla 
əhatə olunan Azərbaycanın beynəlxalq yükdaşımaları həyata keçirmək üçün 
Bakı kimi əlverişli dəniz limanı var idi. Azərbaycan əlverişli coğrafı şəraiti, 
xammal ehtiyatları və mühüm geostrateji mövqeyi ilə seçilən bir ölkə idi. 
Azərbaycan Avropa dövlətləri ilə Şərq ölkələri arasında körpü rolunu oynamaqla 
dünyanın mühüm ticarət yollarının kəsişməsində yerləşirdi. Şimali 
Azərbaycanda Bakı-Novorossiysk, Bakı-Batum, Cənubi Azərbaycanda isə Təbriz-
Bursa-İstanbul və s. kimi ticarət yolları beynəlxalq iqtisadi əlaqələrin arteriyasını 
təşkil edirdi. Azərbaycan həm də Cənubi Qafqazın əsas energetika bazası idi. 
Oktyabr çevrilişinə qədər Bakı nefti Rusiyanın əsas enerji mənbəyi olduğundan 
bolşeviklər onun itirilməsi faktı ilə heç cür razılaşmaq istəmirdi. Digər tərəfdən 
başqa güclü dövlətlər də ciddi-cəhdlə Bakı neftini ələ keçirməyə çalışırdı. 
Oktyabr çevrilişindən sonra Birinci Dünya müharibəsində iştirak edən 


dövlətlərin planında Bakı neftini ələ keçirmək başlıca məqsəd daşıyırdı. Eyni 
zamanda, Azərbaycan Rusiya, İran, Osmanlı ilə yanaşı, digər güclü dövlətlər 
üçün hərbi-siyasi əhəmiyyətə malik bir region idi. Azərbaycan ərazisi Yaxın və 
Orta Asiyaya çıxmaq üçün əlverişli çoğrafı imkanları ilə yanaşı, həmçinin 
müdafiə xarakterli əhəmiyyət kəsb edirdi. 
13) Azərbaycan Rusiyada Fevral inqilabı və Oktyabr çevrilişi 
dövründə 
BUNUN BAŞINI BURAXIN 
14) Azərbaycanlıların 1918ci il mart soyqırımı 
1918-ci il mart soyqırımı. Müsavatın sosial bazasını məhv etmək, Azərbaycan 
milli hərəkatına divan tutmaq üçün bolşeviklər milli qırğından istifadə etdilər. 
Bakı Sovetinin 1918-ci il martın 15- də keçirilən iclasında S.Şaumyan 
azərbaycanlıların soyqırımına göstəriş verdi. H.Z.Tağıyevin Lənkəranda xidmət 
edən və təsadüfən öz əlindəki silahdan açılan atəş nəticəsində həlak olan oğlu 
Məhəmməd Tağıyevin dəfn mərasimindən sonra “Evelina” gəmisinin müsəlman 
alayının zabitləri gəmi ilə Lənkərana qayıtmalı oldular. Əlverişli məqamın 
yetişdiyini görən ermənilər Rus Milli Şurası, Xəzər matrosları, eser və menşevik 
partiyaları arasında belə bir şayiə yaydılar ki, guya “Evelina” ilə gedən zabitlər 
tapşırıq almışlar ki, Lənkəranda olan müsəlman hərbi dəstələri ilə birlikdə 
Muğandakı rus-malakan kəndlərini məhv etsinlər [377]. Martın 30- da yaradılan 
Bakı şəhəri mədən-zavod rayonlarının İnqilabi Müdafiə Komitəsinin təşəbbüsü 
ilə “Evelina”nın Lənkərana yola düşməsi dayandırıldı və gəmidəki zabitlər 
tərksilah edildi. Şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin 
tərk-silah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Müsəlman əhalisi 
məscidlərə toplanaraq silahların qaytarılmasını tələb etdi. Daşnaksütyun 
Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin