1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı


) Azərbaycan xalq cümhuriyyətində dövlət quruculuğu və sosial



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə15/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   ...   11   12   13   14   15   16   17   18   ...   34
Tarix sualları və cavabları

2) Azərbaycan xalq cümhuriyyətində dövlət quruculuğu və sosial 
iqtisadi tədbirlər 
1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclasından sonra gürcü 
nümayəndələri seymdən çıxıb öz müstəqilliklərini elan etdilər. Səhəri gün 
bölgədə yaranmış mürəkkəb vəziyyəti müzakirə etmək məqsədilə keçmiş 


seymin müsəlmanlardan ibarət üzvləri Tiflisdə toplandılar. Burada Nəsib bəy 
Yusifbəylinin geniş məruzəsi dinlənildi. Hərtərəfli müzakirədən sonra onlar Şərqi 
Zaqafqaziyanın idarə olunmasını üzərlərinə götürmək üçün Zaqafqaziya 
müsəlmanlarının Müvəqqəti Milli Şurasını elan etdilər. Müvəqqəti Milli Şuranın 
yaradılması və onun vəzifələri haqqında məlumat vermək üçün N.Yusifbəyli, 
Ş.Rüstəmbəyov və X.Sultanovdan ibarət nümayəndə heyəti Tiflisdən Gəncəyə 
göndərildi. 1918-ci il mayın 28-də Tiflisdə Qafqaz canişininin iqamətgahında 
doktor Həsən bəy Ağayevin sədrliyi ilə Milli Şuranın ilk iclası keçirildi. Uzun və 
hərtərəfli müzakirədən sonra Azərbaycanın Müstəqil Xalq Cümhuriyyəti kimi 
elanı barədə "İstiqlal Bəyannaməsi" qəbul edildi. Bəyannamənin 4-cü bəndində 
deyilirdi ki, "Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, məslək və cins 
fərqi gözləmədən qəməlrounda (hüdudları daxilində) yaşayan bütün 
vətəndaşlarına hüquqi siyasiyyə və vətəniyyə təmin eylər". Mayın 30-da isə 
Azərbaycanın müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi 
mərkəzlərinə məlumatlar verildi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması 
ölkəmizin çoxəsrlik tarixinin, sosial-iqtisadi və mədəni inkişafının, əsrin 
əvvəllərində başlanan, Rusiya imperiyasının süqutu ilə daha da genişlənən milli 
azadlıq mübarizəsinin məntiqi yekunu oldu. 
3) Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq vəziyyəti və xarici 
siyasəti 
Milliyyətindən və dini etiqadından asılı olmayaraq qonşu dövlətlərlə mehriban 
münasibətlər azərbaycan diplomatiyasının aparıcı istiqaməti olub, onun çıxış 
nöqtəsini təşkil edirdi. Böyük dünya siyasəti baxımından Azərbaycan Xalq 
Cümhuriyyətinin xarici siyasətini üç dövrə bölmək olar:Türkiyə oriyentasiyası 
dövrü (1918-ci il may-oktyabr); Qərb oriyentasiyası dövrü (1918-ci il noyabr-
1920-ci il yanvar); geniş və hərtərəfli dünya əməkdaşlığına daxil olmaq uğrunda 
mübarizə dövrü - (1920-ci il yanvar-aprel). XX əsrin əvvəllərindən Azərbaycanda 
genişlenen milli-azadlıq mübarizəsində onun öncülləri Osmanli dövletinə boyük 
ümid bəsləyirdilər. Əsrin əvvəllərindəki təlatümlü hadisələr Azərbaycanin türk-
müsəlman əhalisinin həyatında milliyyətçilik ideyasının geniş yayılmasına və 
İnkişafina ciddi təkan verdi. Bu mərhələdə Azərbaycan -Türkiyə 
münasibətlərinin hüquqi əsasını 4 iyunda imzalanmış Batum müqaviləsi təşkil 
edirdi. Müqavilədə göstərilirdi: "Bir tərəfdən, Osmanlı imperator hökməti, digər 
tərəfdən isə müstəqilliyin elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti höküməti 
öz ölkələri arasında siyasi, hüquqi, iqtisadi və intellektual zəmində mehriban 
dostluq münasibətləri bərqərar etməklə qarşılıqlı surətdə razılığa gəlirlər". İyun 


müqaviləsi və iyunun ortalarında imzalanan çoxtərəfli sazişlər Azərbaycan -
Türkiyə münasibətlərinin bütün sahələrini əhatə edən ilk dövlətlərarası 
sənədlər idi. Hələ Batumda olan Məhəmməd Əmin Rəsulzadə və 
Məmmədhəsən Hacınski xarici hərbi müdaxiləyə son qoymaq və daxili asayişi 
qorumaq məqsədilə 4 iyun müqaviləsi əsasında hərbi yardım göstərilməsi 
barədə Türkiyəyə müraciət etdilər. Həmin müraciəti qəbul edən Osmanli 
dövləti elə etmək istəyirdi ki, Azərbaycana ordu göndərilməsi Cənubi Qafqazda 
möhkəmlənməyə çalışan Almaniyanın etirazına səbəb olmasın. Ona görə 
qarşılıqlı razılıq əsasında osmanlı hərbi hissələri və Azərbaycan könüllülərindən 
ibarət Qafqaz İslam Ordusu yaradıldı. 

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin