1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı


) Azərbaycanda siyasi partiya və təşkilatların yaranması



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə11/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   ...   7   8   9   10   11   12   13   14   ...   34
Tarix sualları və cavabları

8) Azərbaycanda siyasi partiya və təşkilatların yaranması 
İlk siyasi təşkilatlar. XX əsrin başlanğıcında milli azadlıq mübarizəsinin siyasi 
cəhətdən təşkil edilməsi olduqca vacib idi. İlk siyasi təşkilat 1902-ci ildə 
Məhəmməd Əmin Rəsulzadə tərəfindən yaradılan Müsəlman Gənclik Təşkilatı 
oldu. Onun əsas məqsədi müstəmləkə əsarətinə qarşı mübarizə aparmaq idi. 
1904-cü ildə Hümmət adlı yeni bir siyasi təşkilat meydana çıxdı. Təşkilat 
Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, bir qrup Azərbaycan ziyalısı 
tərəfindən yaradılmışdı. O zamana qədər Bakıda fəaliyyət göstərən sosial-
demokrat - bolşevik təşkilatının əsas sosial bazasını qeyri-azərbaycanlı fəhlələr 


təşkil edirdilər. Lakin Bakı fəhlələrinin yarısı azərbaycanlılardan ibarət idi. Ona 
görə də Hümmət təşkilatı azərbaycanlı fəhlələr içərisində siyasi iş aparmağı 
qarşısına məqsəd qoymuşdu. 
9) Rusiya Dövlət Dumalarında azərbaycanlı debutatların fəaliyyəti
11 dekabr 1905 — Çar II Nikolay Rusiya Dövlət Dumasına seçkilər barədə 
fərman verib. 27 aprel 1906 — Sankt-Peterburqda Rusiya imperiyasının 
parlamenti — I Dövlət Duması fəaliyyətə başlayıb. Azərbaycan da seçkilər bir 
qədər gec, may ayında keçirildiyi üçün azərbaycanlı deputatlar Dumanın işinə 
sonradan qoşuldular. 31 may 1906 — Cənubi Qafqazın müsəlman-azərbaycanlı 
əhalisi arasında Rusiya imperiyasının I Dövlət Dumasına seçkilər keçirilib. İlk 
dəfə olaraq imperiyanın müsəlman əhalisi seçki prosesinə cəlb edilib. Bakı, 
Yelizavetpol, İrəvan, Tiflis quberniyalarını əhatə edən seçkidə Dumaya beş 
azərbaycanlı deputat (Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, 
Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy 
Muradxanov) seçilmişdi. Müsəlman fraksiyasına Ə. Topçubaşov rəhbərlik edirdi. 
20 fevral 1907 — Çar Rusiyasının II Dövlət Duması fəaliyyətə başlayıb. Birinci 
Dumada (1906 ) olduğu kimi, ikinci Dumanın tərkibində də 5 azərbaycanlı 
deputat (Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, 
Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov) vardı. İkinci Dumanın ömrü 
daha qısa oldu və iyunda çar II Nikolayın fərmanı ilə buraxıldı. 1907 — Çar 
Rusiyasının III Dövlət Duması fəaliyyətə başlayıb III Dumada Cənubi Qafqaz ın 
müsəlman əhalisini yalnız bir deputat, azərbaycanlı Xəlil bəy Xasməmmədov 
təmsil edirdi. Öncəki 2 Dumadan fərqli olaraq, III Duma 5 illik səlahiyyət 
müddətini sonadək (iyun 1912) işlədi.

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin