1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı


)  Cənubi Azərbaycan 1905-1911ci illər Məşrutə inqilabı dövründə



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə12/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   ...   8   9   10   11   12   13   14   15   ...   34
Tarix sualları və cavabları

10) 
Cənubi Azərbaycan 1905-1911ci illər Məşrutə inqilabı dövründə 
1905-1911-ci illər Məşrutə inqilabıgedişində Cənubi Azərbaycanda sosial 
ziddiyyətlər, siyasi vəziyyət daha da gərgin idi. Xalq ədalətli quruluş 
yaradılmasını tələb edirdi. Artmaqda olan hərəkatın təzyiqi altında 1906-cı il 
avqustun 5-də Konstitusiya verilməsi haqqında Şah Fərmanı elan olundu.1906-
cı ilin sonunda Təbrizin gizli siyasi qrup və cəmiyyətləri tərəfindən əsası hələ 
1904-cü ildən qoyulmuş “İctimaiyyune-amiyyun”, yəni sosial-demokrat partiyası 
yarandı [35, s. 132]. Öz mərkəzini “Mərkəz-e qeybi” (“Gizli mərkəz”) adlandıran 
Təbriz sosial-demokratik təşkilatının başında Əli Müsyö dururdu. 1906-cı il 
sentyabrın 9-da Məclisə seçkilər keçirilməsi haqqında Əsasnaməimzalandı. 
Sentyabrın 20-də Təbriz üsyançıları öz tələblərinə saraydan müsbət cavab 
aldılar. Bu uğur xalqı daha da ruhlandırdı. Hərəkat başçıları içərisindən 20 nəfər 


ilk rəsmi siyasi əncümənin 327 (şura) əsasını qoydu və həmin əncümən rəsmən 
“Azərbaycan əyalət əncüməni” adlandırıldı. 
11) 1ci dünya müharibəsinin başlanması. Qafqaz cəbhəsində hərbi 
əməliyyatlar 
1914-cü il iyunun 19-da (avqustun 1-də) I Dünya müharibəsi başlandı. 1914-cü il 
oktyabrın 29-da türk və alman gəmiləri Sevastopol, Odessa, Novorossiysk və 
Feodosiyanı atəşə tutdu. Elə həmin gün alman “Breslau” kreyseri Kerç 
boğazından çıxış yolunu minaladı. Buna cavab olaraq, oktyabrın 31-də Rusiya 
Osmanlıya müharibə elan etdi [5, s. 179]. Batumdan Cənubi Azərbaycanda 
Urmiya gölünə qədər uzanan 100 km-dən artıq Qafqaz cəbhəsi yarandı. Ənvər 
paşanın və qərargahının hazırladığı hərbi plana görə, Qafqaz cəbhəsində rus 
qoşunlarına əsas zərbə Sarıqamış əməliyyatındaendirilməli idi. Əməliyyata 
Ənvər paşanın özü rəhbərlik edirdi. Sarıqamış əməliyyatı 1914-cü il dekabrın 4-
dən 1915-ci il yanvarın 18-nə kimi davam etdi. Osmanlı qoşunları hücuma keçib 
Batum vilayətinə, həmçinin Cənubi Azərbaycana soxuldular, müvəffəqiyyət də 
qazandılar. Lakin canlı qüvvənin və hərbi texnikanın çoxluğu, habelə almanların 
hazırladığı əməliyyat planındakı nöqsanlar rus ordusuna qələbə qazandırdı. 
Osmanlı əsgərlərinin xeyli hissəsi soyuqdan və aclıqdan öldü, 3500 nəfəri isə 
əsir götürüldü. Ümumiyyətlə, Sarıqamış əməliyyatında Osmanlı döyüşlərdə 
iştirak etmiş qüvvələrinin 86%-dən çoxunu itirmişdi 

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin