1. Azərbaycan multikulturalizmin əsas xüsusiyyətləri



Yüklə 87,55 Kb.
səhifə4/8
tarix24.12.2023
ölçüsü87,55 Kb.
#193584
1   2   3   4   5   6   7   8
multikulturalizm

Konfutsiçilik
Çin sivilizasiyasının mənəvi-mədəni imicini formalaşdıran iki əsas ənənəvi təlimdən biridir (digəri daosizmdir. –Red.). Uzun əsrlər boyu bu təlim Çin dövlətinin ideoloji əsaslarını təşkil etmişdir. 1911-ci ildə monarxiyanın devrilməsinə və Çin Xalq Respublikasının yaranmasına qədər Konfutsiçilik “Səma altının” dövlət ideologiyası və rəsmi dini olmuşdur. Çinlə yanaşı, Koreya, Yaponiya kimi bir sıra ölkələrin dini inanc sisteminə daxil olmuşdur. Mənəvi-mədəni fenomen olaraq Konfutsiçiliyin təbiətinə dair elm adamları arasında iki fikir mövcuddur. Bir sıra tədqiqatçılar Konfutsiçiliyi din statusunda görmürlər, əsasən etik-siyasi doktrina kimi nəzərdən keçirirlər. Ancaq bütün sinoloq-tədqiqatçılar Çin dinini “üç təlim” kimi təqdim edirlər: Konfutsiçilik, Daosizm və Buddizm. Ənənəvi olaraq, dinşünaslığa aid dərsliklər də bu prinsipə əməl edərək Konfutsiçiliyi din sahəsinə daxil edirlər. Belə ki, dünyəvi görünən xarakterinə baxmayaraq, Konfutsiçilik dini doktrinanın əsas meyarlarına tam uyğundur. Məzmun etibarilə o, insanın mənəvi fəaliyyət sahəsinə aiddir, insan həyatının daxili məzmununu harmonikləşdirən mistik təcrübəni nəzərdə tutur, Səma və əcdadlar qrupu şəklində mənəvi dünyanın varlığını təsdiqləyir, ritualların həyata keçirilməsinin, xüsusilə də, qurban vermənin zəruriliyini tanıyır. Konfutsiçilik termini Avropa mənşəlidir və təlimi formalaşmasına təsir göstərən şəxsin adından yaranmışdır. Çinin özündə isə bu təlim “ju tzya” kimi tanınır. Mənası “mütəfəkkirlərin, müdriklərin təlimi”, yaxud “alimlər məktəbi” deməkdir. Konfutsi Çin mütəfəkkiri və filosofu Kon Fu Dzının latınlaşdırılmış adıdır. O, e.ə. 551-479-cu illərdə yaşamışdır. Filosofun yaşadığı dövr böyük sosial və siyasi sarsıntılar dövrü idi – Çjou xənadanının hökmdarı Xan öz qüdrətini itirmişdi, patriarxal ənənəvi normalar sıradan çıxırdı, ümumiyyətlə, dövlət institutu dağılmaqda idi. Belə bir şəraitdə zadəganların bəzi nümayəndələri əvvəlki nüfüzunu itirərək ənənəvi Çin mətnlərini öyrətməklə, özəl dərslər vasitəsilə dolanmağa çalışırdı. Bu müəllimlərdən biri də Konfutsi olmuşdur. Mənbələrə əsasən, Konfutsi 19 yaşında evlənmiş, ancaq ailə həyatında xoşbəxtlik tapmamışdır. Onun xanımının adı bilinmir, ancaq onların bir qızı və bir oğlu olmuşdur. Konfutsinin nəslinin nümayəndələri bu gün də Tayvan ərazisində yaşayır və böyük ehtiram görürlər.
Daosizm” özündə dini və fəlsəfi elementləri birləşdirən ənənəvi Çin təlimidir. Bu termin Çin dilində “yol haqqında təlim” mənasına gələn “dao-jiao” sözündən törəmişdir. Tədqiqatçılara görə, daosizm ənənəsi eramızdan əvvəl V-III əsrlərdə formalaşmışdır. İlk daosist dini təşkilat isə bizim eranın II əsrində meydana gəlmişdir. Belə ki, həmin dövrdə dağlarda tərki-dünya həyatı yaşayan Çjan Daolin “Səmavi Ustadların Yolu” adlı dini məktəb yaratmış, bununla da ilk daosist icmanın banisi kimi tarixə düşmüşdür. Daosizmin banisi eramızdan əvvəl VI-V əsrlərdə yaşadığı iddia olunan çinli mütəfəkkir Lao-Tzu və ya Lao-Tsı (çin dilində “yaşlı körpə”, “müdrik qoca” mənasına gəlir) sayılır. Onun həyatı haqqında çox az məlumat vardır. Məşhur çin tarixçisi Sım-Tsənin “Tarixi rəvayətlər” adlı əsərində verdiyi məlumata görə, Lao-Tzu Çinin cənubunda yerləşən Çu çarlığının Xu qəzasındakı Tsüycen kəndində dünyaya gəlmişdir. O, Çjou sülaləsi dövründə dövlət kitabxanasının kitabxanaçısı və imperator arxivinin mühafizi vəzifəsində işləmişdir. Bu isə onun yüksək təhsilə malik olmasından xəbər verir. Rəvayətlərə görə, Lao-Tzu Konfutsi ilə görüşmüşdür. Bundan sonra Konfutsi şagirdlərinə belə demişdir: “Mən bilirəm ki, quş uça, balıq üzə, vəhşi heyvan isə qaça bilir. Qaçanı tələyə, üzəni tora salmaq, uçanı isə oxla vurmaq olar. Əjdahaya gəldikdə isə, mən bilmirəm, necə olur ki, o, küləyi yəhərləyib, buludları dələrək, səmaya doğru irəliləyir. Mən bu gün Lao-Tzu ilə görüşdüm, o, əjdaha kimidir!”. Əfsanəyə görə, insanları sadə və tərki-dünya həyat tərzi sürməyə dəvət edən Lao-Tzu ahıl yaşında doğma yurdunu tərk edərək qərbə tərəf getmişdir. O, Çinin son sərhəd məntəqəsinə çatdıqda sərhəd rəisi ondan öz təlimi haqqında danışmağı xahiş etmişdir. Sərhəd rəisinin xahişini yerinə yetirən Lao-Tzu “Dao de tszin” adlı kitab qələmə almişdiır. Daha sonra isə dünya həyatından tamamilə uzaqlaşaraq naməlum yerlərə getmişdir. Ona görə də Lao-Tzunun vəfat tarixi və yeri məlum deyildir. “Dao de tszin” kitabının müəllifi Lao-Tzu hesab olunsa da, bu dini-fəlsəfi əsər onun yaşadığı dövrdən sonra yazılmışdır. Tədqiqatçılar bu kitabın yazılma tarixini e.ə. III əsrə aid edirlər. Hətta bir çox araşdırmaçılar tarixdə Lao-Tzu adlı şəxsiyyətin mövcud olmadığını bildirirlər. Qeyd edək ki, daosizmin dini ənənəsinin inkişafında Yan Çju (e.ə. 440/414- 380/360 illər) adlı şəxs böyük rol oynamışdır. O, Yan Tzi və ya Yan Şen adı ilə də tanınır. Onun dünyagörüşünü bu şəkildə xülasə etmək mümkündür: “Hər kəs özü üçündür” və “Hər şeyə nifrət etmək, həyatı yüksək qiymətləndirmək”. Daosizmin inanc prinsipləri üç kitaba əsaslanır: “Dao de tszin”, “Çjuan tszı” və “Le tszı”.
Yaponların milli dini olan Sintoizmin tarixi qədim dövrlərə gedib çıxır. Çoxtanrılı din olan Sintoizm bir növ arxaik şaman kultlarının varisidir. Xalqın ruhunun təzahürü kimi ortaya çıxan bu ənənəvi yapon dini onun mentalitetinə, tarixinə, mədəniyyətinə, ölkənin siyasi və ictimai həyatına təsir göstərmişdir. Uzun əsrlər boyu yaponlar özlərinin ənənəvi inanclarını təyin etməyə ehtiyac duymamışlar. Bu ehtiyac xarici inanclar, ilk növbədə, buddizm, daosizm və konfutsiçilik kimi təlimlər Yaponiya adalarına ayaq açdıqdan sonra yaranmışdır. Məhz buddizmlə müxalifətdə “kami-no-miti” (hərfi mənada “tanrıların yolu”.- Red.) termini ortaya çıxmışdır. Bu terminin Çin dilində eyni mənaya gələn analoqu “Şen Dao” adını almışdır ki, bu da Avropa dillərinə ”sinto” şəklində keçmişdir. Adətən, dinşünaslığa aid dərsliklərdə qeyd edilir ki, bu mənəvi ənənə özündə ibtidai xalqlara xas olan bütün inanc və ibadət növlərini – totemizm, animizm, sehr, əcdadlar kultu və s. birləşdirir. Qədim yaponlar onları əhatə edən təbii hadisələri, bitki və heyvanları, ölmüş əcdadlarını ilahiləşdirir, ruhlar aləmi ilə vasitəçi rolunu oynayan sehrbazlara, maqlara, şamanlara hörmətlə yanaşırdılar. Xalq inancı yapon dilində “kami-no-miti” söz birləşməsi ilə ifadə olunur. Kami kultun obyekti sayılır: ümumi ibadətlərdə, o cümlədən ev ibadətlərində ona sitayiş edilir. Bu terminin adekvat tərcüməsini tapmaq olduqca çətindir. Tədqiqatçılar arasında sözün etimologiyasına dair vahid fikir mövcud deyil. Avropa dillərinə əsasən “tanrı” və ya “ruh” şəklində tərcümə olunur. Sintoizmə görə, insanlar, heyvanlar və daşlar kimi cansız obyektlər ruha sahibdirlər, buna görə də böyüyə bilirlər (ancaq olduqca asta). Bununla yanaşı, onlar həm də ilahi təbiətə malikdirlər, çünki dünya nizamını idarə edən və zərurət yarandıqda tarixin gedişinə müdaxilə edən Kami ilə əlaqəlidirlər.

Yüklə 87,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin