1. Azərbaycan multikulturalizmin əsas xüsusiyyətləri


Multikulturalizm və media



Yüklə 87,55 Kb.
səhifə7/8
tarix24.12.2023
ölçüsü87,55 Kb.
#193584
1   2   3   4   5   6   7   8
multikulturalizm

4.Multikulturalizm və media
Media ətrafda baş verənləri cəmiyyətə çatdıran, yeri gəldikdə izah edən, ictimai rəyi formalaşdıran, dövlətin beynəlxalq münasibətlərdəki yerini və rolunu əks etdirən bir vasitədir. Bu günkü şəraitdə mediaya həm də multikulturalizmin öyrənilməsi üçün bir mənbə kimi müraciət edilə bilər. Ona görə də mediamultikulturalizm münasibətləri ilkin mərhələdə sadəcə informasiya mübadiləsi, yaxud bir-biri üçün ötürücü vasitə xarakteri daşıyır. Amma sonrakı mərhələdə bunun xaosa çevrilməsi də mümkündür. Buna görə də, media-multikulturalizm münasibətləri elə nizamlanmalıdır ki, mövzu cəmiyyətə düzgün təqdim olunsun. Çünki multikulturalizm elə bir mövzudur ki, onu təqdim edən media nümayəndəsi öz işində həmin məsələyə sistemli yanaşmırsa, adekvat münasibət göstərmirsə, xaotik vəziyyət yaranır. Belə vəziyyət isə sağlam düşüncəyə zərər vurur. Nəticədə, media mövzu ilə bağlı sağlam düşüncəni çatdırmağa çətinlik çəkir. Məlumatla tanış olan auditoriya isə konkret məqamda nəyin doğru olub olmadığını, nəyin subyektiv fikri ifadə etdiyini, nəyinsə həqiqəti əks etdirdiyini müəyyənləşdirə bilmir. Bu mənada jurnalistlərin özlərinin də multikulturalizm və tolerantlıq kimi mövzularda maariflənməsinə ehtiyac var.
Media bu mövzuya necə yanaşır: onun üçün bu mövzu sadəcə özünüreklamdır, yoxsa media bu mövzunu bir baxış, bir dəyər kimi təqdim edə bilir? Bu suallar akademik şəkildə cavablandırılmalıdır. Mövzu ilə bağlı sadəcə Azərbaycan təcrübəsi üzərində ümumiləşdirilmiş fikir yürütmək doğru deyil. Dünya təcrübəsiylə paralel şəkildə müqayisələr aparmaq və analiz etmək daha məqsədəuyğundur. Araşdırmalar göstərir ki, media multikulturalizm və tolerantlıq mövzularında ikili münasibət nümayiş etdirir. Bəzən o, məsələni mediatikləşdirir. Bu zaman mövzunun mahiyyətindən əsər-əlamət qalmır. Bəzən isə medianın özünü təqdimatı prosesində istifadə etdiyi mənbə həqiqi dəyərlərə əsaslanır. Bu zaman dini müxtəlifliklər, çox mədəniyyətlilik mövzuları da düzgün təqdim olunur. Əks halda vəziyyət acınacaqlı xarakter ala bilər. Populyarlıq naminə mənbə düzgün seçilməzsə, mövzu qarışıq və anlaşılmaz tərzdə təqdim olunacaq. Nəticədə isə informasiya istehlakçısı da bu münasibətlərdə nəyin doğru, nəyin yanlış olduğunu anlamayacaq. Bu proses xüsusi düşünülmüş konsepsiya əsasında aparıla, yaxud, xaotik tərzdə də təqdim oluna bilər. Multikulturalizm və tolerantlıq kimi mövzular çox vaxt ayrı-ayrı məqsədə xidmət edən qrupların, yaxud ictimai fəal fərdlərin öz şəxsi maraqları üzərindən media vasitəsilə cəmiyyətə təqdim olunur. Bu mənada multikulturalizm-media münasibətləri mövzusunda mürəkkəb məqamlar mövcuddur. Bütün belə məqamlar araşdırılmalı və öyrənilməlidir. Bununla əlaqədar olaraq müxtəlif mədəniyyətlilik, tolerantlıq - dözümsüzlük nisbətini müəyyən etmək üçün media vasitələrinin qurduğu informasiya məkanının öyrənilməsinə ehtiyac yaranır. Bu problem xüsusilə 2000- ci illərin əvvəllərində daha fəal araşdırılmışdır. Son zamanlarda «Cəmiyyətdə tolerant münasibətlərin formalaşmasında medianın iştirakı” mövzusuna ictimaiyyətin marağı 2000-ci illə müqayisədə ciddi şəkildə azalmışdır. KİV rəhbərləri və bəzi jurnalistlərlə tolerantlıq və multikulturalizm mövzusunda söhbət açarkən əvvəlki coşğu əvəzinə, gizli qıcıq hissi ortaya çıxır. Tolerantlığın formalaşması üçün ən vacib şərt subyektlər (fərdlər, qruplar, sosial institutlar və dövlətlər) arasındakı qarşılıqlı münasibətlərdə onların bir-birinə olan qarşılıqlı etimadıdır. Öz növbəsində, bu etimad subyektlərin kifayət qədər qarşılıqlı məlumatlandırılmasına və informasiya açıqlığının prezumpsiyasına (hələ əksinin sübut olunmadığı, etibarlı hesab edilən ehtimal) əsaslanır. Sonuncu isə subyektlərin istənilən vaxt bir-birinin plan və fəaliyyəti barədə lazımi məlumatları əldə etməsinə imkan yaradır. Bütün bunlar bizə aşağıdakı konseptual zənciri qurmağa yardım edir:
informasiya açıqlığı – etibar – multikultural və tolerant mühit - sosial tərəfdaşlıq - qüvvələrin birləşməsi – problemin effektiv həlli - davamlı inkişafı.
Beləliklə, ictimai-sosial əhəmiyyət daşıyan məlumatlara açıq və maneəsiz giriş yalnız ədalətli idarəetmə və azad bir cəmiyyətin zəmanəti deyil, həm də multikulturalizmin və tolerantlıq münasibətlərinin formalaşması üçün ən mühüm şərtlərindəndir. Bu, öz növbəsində, sosial tərəfdaşlıq mühitinin yaradılmasına və cəmiyyətin davamlı inkişafı üçün müxtəlif subyektlərin səylərini birləşdirməyə kömək edir. Dövlətin real informasiya açıqlığı özünü universal bir alət kimi göstərə bilir. Bütün bunlar ictimai fikrin inkişafı, açıq cəmiyyət, siyasi və kommunikasiya mədəniyyəti dəyərlərinin formalaşdırılması məsələlərini gündəmə gətirir. Son illərdə mediada şiddətin kütləvi şəkildə əks olunması problemi ilə bağlı aparılan tədqiqatlar göstərdi ki, KİV-də şiddətin səviyyəsi ilə cəmiyyətdə şiddət səviyyəsi arasında bir əlaqə mövcuddur. Media vasitələri zorakılıq aktları iştirakçılarının bir-birinə qarşı göstərdiyi qəddarlığı detallarına qədər təsvir edir. Bu isə kütləvi şüurun zorakılıqla mübarizəyə meylini azaldır, nəticədə, onu həyatın təbii elementi olaraq qəbul etməyə, hətta şiddətə və təcavüzkarlara heyranlıq da nümayiş etdirməyə başlayır. Müasir media müxtəlif təsir metodlarından geniş istifadə edərək, mif, stereotip və əsassız məlumatlar vasitəsilə tamaşaçıların hadisələrə münasibətini formalaşdırır. Bu isə yönəldilmiş məzmunun müəyyən bir obrazla formalaşmasına gətirib çıxarır. Qeyd olunan məzmun da öz növbəsində reallığın qeyri-adekvat obrazlarını - media obrazlarını yaradır. Nəticədə, auditoriya ətraf mühitlə əlaqələrini daha çox həqiqətin özü əsasında deyil, media vasitəsilə təqdim olunan şərh əsasında qurur. Bu zaman əksər hallarda məhz medianın səyi hesabına əsl reallığın KİV-in təqdim etdiyi reallıqla əvəzlənməsini kimsə anlamır. Müasir dövrdə multikulturalizm və tolerantlıq münasibətlərin formalaşmasında medianın rolu məsələsinə bir neçə yanaşma mövcuddur. Birinci yanaşma: media məlumatlandıran, maarifləndirən və təbliğ edən fəaliyyətin aktual subyektidir. Bəzi jurnalistlər və kütləvi informasiya vasitələri auditoriyanın şüurunun və davranışın idarə olunmasına yönələn təbliğat-təşviqat kampaniyalarında fəal iştirak edirlər.
Bu yanaşma bir-birinə bağlı iki versiyada həyata keçirilir. Birinci versiyanın tərəfdarları mətbuatın cəmiyyəti idarə edən bir qurum olduğuna səmimi şəkildə inanırlar. Onlar medianı gərəksiz məqamlara diqqət ayırmaqda, daha önəmli olan idarəetmə rolunu zəif yerinə yetirməkdə günahlandırırlar. İdarəetmə yanaşmasının digər fərqli versiyasının tərəfdarları isə mediadan ona görə narazıdırlar ki, onlar bəzi daxili və ya xarici düşmənlərinin mənfi iradəsinə tabe olaraq, milli mədəniyyəti, milli ruhu və mənəviyyatı bilərəkdən məhv etməyə calışırlar. Nəticədə isə bütövlükdə, cəmiyyət laqeydləşir və ruhsuzlaşır. İkinci yanaşmaya görə, mətbuat həyatda baş verənləri əks etdirən bir aynadır: bəzən çox yüksək keyfiyyətli, bəzən çirkli olsa da. Həyat isə necə varsa, elədir. Nəticə etibarilə, mətbuatı yalnız 2 məqama görə günahlandırmaq olar:
1. Bütün baş verənləri əks etdirməyə zamanın yetməməsi ilə. Bu əsasən, kanalların gücü və maddi problemlərə bağlıdır;
2. Baş verənlərin keyfiyyətsiz əks olunması ilə. Bu isə jurnalistlərin peşəkarlıq səviyyəsi ilə əlaqədardır. (amma son nəticə, yenə də maddi məsələlərə gedib çıxır.)
Üçüncü yanaşma: redaksiyaların dəhlizlərində üstünlük təşkil edən bu yanaşmaya əsasən, müasir dövrdə mediaya adi bir biznes sahəsi kimi baxılır. Onlar istehlakçıların görmək istədikləri məhsulu hazırlayıb təqdim edirlər. Bu məhsullar tamaşaçılara “satılır”, tamaşaçı audioriyası isə, nə qədər kobud səslənsə də, reklam verənə. Bu yanaşmada reallığın əks olunmasının təsiri və ya adekvatlığı məsələsi artıq öz əhəmiyyətini itirir. Dördüncü yanaşma bəzi alimlər tərəfindən hazırlanaraq təklif olunur. Bu yanaşmaya əsasən, mətbuatın əsas vəzifəsi müxtəlif sosial qüvvələr arasında dialoqun təşkil olunmasıdır. Ancaq media yalnız münasibətlərə aydınlıq gətirmək istəyən müxtəlif sosial qrup və elita nümayəndələrinin görüşdüyü bir meydan, yaxud platforma deyildir. KİV müzakirələr təşkil edən, hər hansı bir səbəbdən (məsələn, anadangəlmə, dillə bağlı) düşüncələrini yetərincə düzgün çatdıra bilməyənlərə öz fikirlərini dəqiq ifadə etməyə kömək edən peşəkar moderatordur. Media danışıq aparan tərəflərin ortaq razılığa gəlməsinə kömək etməyə çalışmalıdır. Bu yanaşmanın tərəfdarları hesab edirlər ki, mətbuatın, hər şeydən əvvəl, təbliğat, maarifləndirmə, mənəvi dəyərləri formalaşdıran vasitə olduğu dövrlər artıq geridə qalıb. Zövqlər və ağıllar üçün vahid standartların mövcud olduğu dövr artıq bitib. Dövr də, tələblər də, vəzifələr də dəyişib. Hər kəs öz baxışlarını ifadə etmək, dəstəkləmək və dialoqlara qatılmaq hüququna malikdir. Bir maarifləndirici təbliğat funksiyası kimi multikulturalizmin və tolerantlığın təbliğində KİV-in rolu danılmazdır. Lakin bu zaman əhalinin müxtəlif qrupları ilə aktiv dialoqu nəzərə almaq lazımdır. Bu dialoq multikultural və tolerant mühitin yaradılmasına imkan verir; cəmiyyət daxilində, eləcə də digər qütb cəbhələrdən yönəlmiş əks-düşüncələri, habelə hərəkətləri stimullaşdırmalıdır. Cəmiyyətdə multikulturalizm və tolerantlıq ənənələrinin geniş yayılması, eləcə də qorunub saxlanılmasında medianın nüfuzlu bir qaynaq rolunu oynaması üçün ictimai institutlar sistemində onun yeri yenidən nəzərdən keçirilməlidir. Çünki bu gün media daha çox informasiya və ünsiyyət qaynağı, ya da hakimiyyətlə əhali arasında vasitəçı rolunda çıxış edir. Nəzərə almaq lazımdır ki, KİV vətəndaşların özünüidarəetmə və özünüinkişaf proseslərinin zəruri bir elementinə, vətəndaş cəmiyyətinin sıx bir şəbəkəsinə çevrildikdən sonra onun həm təsir dairəsi, həm də səviyyəsi bir neçə dəfə artır. Əslində, vətəndaş cəmiyyətində multikulturalizmin, tolerantlığın, eləcə də bir çox mənəvi dəyərlərin, prinsiplərin, norma və davranış nümunələrinin qoruyucusu kimi media deyil, müxtəlif icmalar və qurumlar çıxış edir. Eləcə də ayrı-ayrı qrupların bu məsələyə təsiri danılmazdır. Buna görə müasir dövrdə kommunikasiya kanallarını multikulturalizm və tolerantlıq mövzusu ilə əlaqədar kifayət qədər yüksək keyfiyyətli məlumatlarla yükləyən zaman, həmin qrupların da fəal olmasına və internet istifadəçilərinin sayının artması ilə cəmiyyət həyatına böyük təsiri göz qabağında olan sosial şəbəkələrə xüsusi diqqət yetirilməlidir. Multikulturalizmin, tolerantlıq ənənələrinin formalaşması və yayılması üçün kütləvi informasiya vasitələrinin səmərəliliyinə təsir göstərən əsas amillərdən biri də, onların bütün dövlət qurumları tərəfindən tanınan, auditoriya tərəfindən qəbul edilən müstəqilliyi, yəni hökumətdən və maliyyə sektorundan asılılığıdır. Bu zaman onu da bilmək lazımdır ki, medianın azadlığı sadəcə öz mövqeyini seçmək azadlığı ilə məhdudlaşır. Ənənəvi olaraq, medianın müstəqilliyi isə paradoksal səslənsə də, onun bir çox fərqli faktorlardan asılılığı, eləcə də, müxtəlif siyasi amillərlə bağlılığıdır. Məhz təsir edən qüvvələrin sayca çox və müxtəlif istiqamətli olması, eləcə də ümumi mənzərənin çox ekranlı, mozaik quruluşu, habelə daxili uyğunsuzluğu bütövlükdə onun obyektivliyini müəyyən edir. Müstəqilliyə can atan jurnalistlər müasir cəmiyyətin mövcud durumu və gələcəyi üçün daşıdıqları məsuliyyətin ölçüsünü dərk etməli, düzgün müəyyənləşdirməlidirlər. Tamaşaçıları manipulyasiya obyekti və ya informasiya məhsulunın toplu istehlakçı qrupu kimi dəyərləndirmək düzgün deyil. Artıq oxucu, tamaşaçı və dinləyicilərə media materiallarına öz imkan və bacarıqlarını genişləndirməyə əsas verəcək yüksək dəyərlər, insani keyfiyyətlər, uğurlu nümunələr tapmaq məqsədlə müraciət edən müstəqil şəxsiyyət kimi yanaşmaq lazımdır. Media öz auditoriyası qarşısında duran problemləri həll etməli, eyni zamanda, şəxsi özünüinkişaf metodları, multikulturalizm və tolerantlıq ənənələrinin mənimsənilməsi yollarını göstərən zəruri metod və üsulların mənbəyi olmalıdır. Multikulturalizmin, eləcə də tolerantlığın təbliğinə səmərəli və fəal şəkildə qoşulmaq üçün media özü də ictimai-sosial proseslərin bütün iştirakçıları arasında kütləvi dialoqun təşkilini təmin edəcək yeni və əsaslı peşəkar vasitələrə sahib olmalıdır. Bu mövzunun mediada işlənməsi zamanı əsas istiqamət təxminən aşağıdakı fikirlə ifadə oluna bilər: «Dialoq və anlaşma multikulturalizmin, tolerantlığın açarıdır». Söhbətin hansısa tələbə yataqxanası, yaxud bütövlükdə bəşəriyyət haqda getməsindən asılı olmayaraq, dialoq ideyası istənilən qrup daxilində müxtəlif mövqeli nümayəndələrin bir yerdə sülhsevər şəkildə yaşaya bilməsi anlamına gəlir. «Başqa» biri ilə görüşdükdə, biz istər-istəməz dilemma qarşısında qalırıq: öz mövqeyimizi və fikirlərimizi doğru, həmin “başqa”sının fikirlərini isə yanlış hesab etməli; yoxsa hər iki eyni hüquqa malik olan yanaşı mövqenin fikirklərini qismən doğru saymalıyıq. İlk yolun seçilməsi monoloji təşkilata, müxaliflərə qarşı mübarizəyə; ikincinin seçimi isə - dialoqa, lakin müəyyən bir çərçivədə, zəruri olduqda konkret qanun çərçivəsində məhdudlaşan, tərəfdaşlığa, yaxud rəqabətə gətirib çıxarır. Həm xarici, həm də yerli təcrübə göstərir ki, dialoq və mədəniyyətlərarası dialoq düzgün tətbiq edilmədikdə, yaxud anlaşılmadıqda multikulturalizm və tolerantlıq anlayışlarının özündə daşıdığı bənzərsiz siyasi dürüstlük əks prosesə, yəni monoloqa və azlıqların diktəsinə çevrilə bilər. Bu zaman insanlar öz əsl müqəddəratlarını təyin etmək qabiliyyətini itirirlər. Onlar özlərini yalnız qrup mənsubiyyətinə görə müəyyənləşdirirlər. Bununla da yenidən «bizim» və «bizim deyil» fikirləri ortaya çıxır, mədəni dəyərlərin iyerarxiyası yayılır və s. Bu genişmiqyaslı problemlərin qarşısını almaq üçün multikulturalizmin və tolerantlığın qanuni çərçivə ilə müəyyənləşdirilmiş özünəməxsus məhdudiyyət şərtlərinə sahib olması zəruridir. Demokratik cəmiyyətlərdə qanun qarşısında bütün vətəndaşlar bərabərhüquqludurlar.

Yüklə 87,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin