Zeyd Rəəd Əl-Hüseyn, bmt-nin İnsan Hüquqları üzrə Ali Komissarı


VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix06.09.2017
ölçüsü2,32 Mb.
#29072
1   2   3

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN

MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ

VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT

Bütün  şəxslərin  zorakı  itməkdən  qorunması  haqqında  Beynəlxalq  Konvensiya



zorakı  itmə  şəraitinin  və  itmiş  şəxslərin  taleyinin  müəyyənləşdirilməsinə  yardım 

göstərməklə  məşğul  olan  təşkilatlar  və  assosiasiyalar  yaratmaq  və  bu  cür  işləri 

həyata keçirən təşkilatların və assosiasiyaların işində sərbəst şəkildə iştirak etmək 

hüququnu nəzərdə tutur (maddə 24); və

Bütün  işçi-miqrantların  və  onların  ailə  üzvlərinin  hüquqlarının  müdafiəsinə  dair



Beynəlxalq Konvensiya birləşmək azadlığı hüququnu təmin edir (maddə 26).

İfadə,  birləşmək  və  dinc  toplaşmaq  azadlığı  və  dövlət  işlərinin  həyata  keçirilməsində 

iştirak  etmək  hüququ  bir  çox  digər,  mülki,  mədəni,  iqtisadi,  siyasi  və  sosial  hüquqlarının 

həyata keçirilməsi üçün vasitə qismində çıxış edir. Onlar qadın, kişi və uşaqların cəmiyyətdə 

müsbətyönümlü  dəyişikliklərə  hədəflənən  fəaliyyətlərlə  məşğul  olmaq  imkanlarını 

genişləndirir. 

İfadə azadlığı.  İfadə  azadlığına  hər  cür  informasiya  və  ideyaları  axtarmaq,  almaq  və 

yaymaq hüququ daxildir. İfadə azadlığına siyasi və dini çıxışlar, dövlət işləri, insan hüquqları, 

habelə mədəni və bədii ifadə ilə bağlı informasiya və ideyalar daxildir. Bu anlayışın istifadə 

dairəsinə  həm  də  bəzi  məhdudiyyətlər  (məsələn,  bax:  ayrı-seçkilik,  düşmənçilik  və  ya 

zorakılığa  təhrik  edən  milli,  irqi  və  ya  dini  nifrət  təbliğatının  qadağan  olunmasına  dair 

Rabat  fəaliyyət  planı,  5  oktyabr  2012-ci  il)  istisna  edilməklə  dərin  təhqir  sayıla  biləcək 

ifadə  vasitələri  də  daxildir.  Bütün  ifadə  formaları  və  onların  yayılma  vasitələri  qorunur: 

danışıq,  yazılı  və  işarə  dili,  həmçinin  təsvirlər  və  incəsənət  predmetləri  kimi  qeyri-şifahi 

kommunikasiya vasitələri. Fikri kitab, qəzet, kitabça, afişalar, karikaturalar, bannerlər, geyim

formaları  və  hüquqi  materiallar  vasitəsilə  ifadə  etmək  mümkündür.  Onlara  audiovizual, 

eləcə  də  elektron  və  internet-texnologiyalarına  əsaslanan  ifadə  vasitələrinin  bütün 

formaları daxildir.

Birləşmək azadlığı. Birləşmək dedikdə, ümumi maraqları kollektiv şəkildə reallaşdırmaq, 

ifadə  etmək,  təbliğ  etmək,  təmin  etmək  və  müdafiə  etmək  məqsədilə  şəxslərdən  ibarət 

istənilən  birlik  və  ya  istənilən  təşkilat  nəzərdə  tutulur.  Birləşmək  azadlığı  nümunələrinə 

vətəndaş  cəmiyyəti  təşkilatlarına,    klublara,  kooperativlərə,  QHT-lərə,  dini  birliklərə,

siyasi partiyalara, həmkarlar ittifaqlarına, “onlayn” rejimdə fəaliyyət göstərən fondlara və

assosiasiyalara daxil olmaq və onların işində iştirak etmək və ya iştirak etməməklə bağlı 

qərar qəbul etmək daxildir. “Resursları axtarmaq, əldə etmək və istifadə etmək, ölçüsündən 

asılı  olmayaraq  istənilən  birliyin  mövcud  olması  və  səmərəli  fəaliyyəti  üçün  mühüm 

əhəmiyyət kəsb edir. Birləşmək azadlığı hüququna insan, material və maliyyə resurslarını 

yerli, xarici və beynəlxalq mənbələrdən axtarmaq, əldə etmək və istifadə etmək hüququ 

daxildir.” (A/HRC/23/39, bənd 8.).

Dinc toplaşmaq azadlığı.  Dinc  toplaşmaq  dedikdə,  hər  hansı  konkret  məqsəd  üçün 

xüsusi  və  ya  ictimai  məkanda  müvəqqəti,  qeyri-zorakı  toplaşmaq  nəzərdə  tutulur.  Bu 

terminlə nümayişlər, tətillər, yürüşlər, mitinqlər və ya oturaq aksiyalar ifadə edilir.

Dövlət işlərində iştirak etmək hüququ.  Dövlət  işlərinin  icrası,  siyasi  səlahiyyətlərin, 

xüsusilə  də  qanunvericilik,  icra  və  inzibati  səlahiyyətlərin  həyata  keçirilməsi  ilə  bağlı 

olmaqla  geniş  anlayışdır.  Bu  anlayış  dövlət  idarəçiliyi  işinin  bütün  aspektlərini,  eləcə  də 

beynəlxalq, milli, regional və yerli səviyyələrdə siyasət prinsiplərinin hazırlanması və həyata 

keçirilməsini əhatə edir. İştirak birbaşa və ya azad şəkildə seçilmiş nümayəndələr vasitəsilə 

konstitusiyanın  təsdiq  edilməsi  və  dəyişdirilməsi,  qanunvericilik  və  siyasət  prinsiplərinin 

işlənib hazırlanması, referendum vasitəsilə dövlət məsələləri barədə qərarların verilməsi, 

yerli məsələlər üzrə qərar qəbul etmək səlahiyyətləri olan xalq toplantılarında gerçəkləşdirilə 

bilər. Siyasi və dövlət işləri ilə məşğul olan təşkilatlar və assosiasiyalar yaratmaq və onlara 

qoşulmaq  hüququ  da  daxil  olmaqla,  birləşmək  azadlığı  hüququ  dövlət  işlərində  iştirak 

etmək hüququ baxımından mühüm əhəmiyyətə malikdir.

Ayrı-seçkiliyə yol verməmək. Yuxarıda qeyd olunmuş hüquqların hamısı hər hansı irq, 

rəng, cins, dil, din, siyasi və ya digər baxışlar, seksual oriyentasiya, milli və ya sosial mənşə, 

əmlak vəziyyəti, doğum və ya digər şərtlərlə bağlı hər hansı bir ayrı-seçkilik olmadan bütün 

şəxslər üçün təmin edilir. Bu hüquqlar qadınlara, uşaqlara, yerli xalqlara, əlillərə, azlıqlara, 

marginalizasiya və ya tükənmək riski zonasına aid olan digər qruplara, o cümlədən, seksual 

oriyentasiya və cinsi mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmış qurbanlara, qeyri-

vətəndaşlara,  o  cümlədən,  əcnəbilərə,  qaçqın  və  köçkünlərə,  eləcə  də  qeydiyyatdan 

keçməmiş qruplar da daxil olmaqla birliklərə şamil edilir.

Bu  beynəlxalq  standartlar  dövlət  hakimiyyətinin  bütün  qollarına  (icra  qanunvericilik 

və  məhkəmə);  hər  hansı  səviyyədə  (milli,  regional  və  yerli)  digər  dövlət  və  ya  hökumət

orqanlarına şamil olunur. Dövlət həmçinin insanları bu cür azadlıqları azalda biləcək xüsusi 

şəxslərin və ya təşkilatların hərəkətlərindən qorumalıdır. Dövlətlər bu hüquqların həyata 


16

17

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN



MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ

VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT

4. Vətəndaş cəmiyyəti subyektlərinin üzləşdikləri 

problemlər

Hökuməti  tənqid  etdiklərinə  və  ya  onun  baxışlarına,  siyasətinə  və  fəaliyyətlərinə  etiraz 

etdiklərinə görə vətəndaş cəmiyyəti subyektləri yerli, milli, regional və ya qlobal səviyyələrdə 

öz  qanuni  fəaliyyətlərini  həyata  keçirərkən  məhdudlaşdırıcı  maneələrlə,  məhdudiyyətlərlə, 

fəaliyyətlərinin  dayandırılması  və  fəaliyyət  nəticələrinin  ləğv  edilməsi  ilə  müşayiət  olunan 

maneələrlə qarşılaşa bilərlər.

Bu cür maneələrə VCS-lərə qarşı azadlıq və müstəqilliyin məhdudlaşdırılması, təqib, təhdid 

və repressiyalar (məsələn, cəza və ya intiqam) aid edilə bilər.



Vətəndaş cəmiyyətinin fəaliyyətinin qarşısını almaq, məhdudlaşdlırmaq, dayandırmaq 

və ya fəaliyyət nəticələrini ləğv etmək üsulları

Azadlıq və sərbəstliyin

məhdudlaşdırılması

Qanunla nəzərdə tutulan

Qanunla nəzərdə tutulmayan

təqib hədə-qorxu

repressiyalar

Professor Nigel Rodley, 

BMT-nin İnsan hüquqları Komitəsinin Sədri, oktyabr 2014-cü il 

“Hökumətlər də daxil olmaqla, bizlərdən heç kim bütün faktlara, ən yaxşı ideyalara 

malik ola və ya həll etməyə çalışdığımız problemlərin kökündə duran bütün səbəbləri 

bilə bilməz. Yalnız kollektiv təcrübə bizə xeyir gətirə bilər. Məhz buna görə də, hər 

hansı qərar qəbul etməzdən əvvəl, bütün maraqlı tərəfləri, xüsusilə marginal qrupları

dinləmək  çox  vacibdir.  Misal  üçün,  İnsan  Hüquqları  Komitəsi  hökumətlər,  BMT  və 

vətəndaş cəmiyyəti də daxil olmaqla, ən müxtəlif mənbələrdən məlumat toplayır. Bu, 

Hökumətlərin öz qanun və təcrübələrini insan hüquqları ilə bağlı ratifikasiya etmiş 

olduqları sazişlər çərçivəsində götürdükləri öhdəliklərlə  daha çox uyğunlaşdırmaq 

istiqamətində görməli olduqları əməli tədbirlərlə əlaqədar əsaslı yekun qeydlər və 

tövsiyələr hazırlamaqda bizə kömək edir.”

keçirilməsini təşviq etmək və qorumaq üçün də məsuliyyət daşıyır.

İfadə,  birləşmək  və  dinc  toplaşmaq  azadlıqlarından  istifadə  ilə  bağlı  xüsusi  vəzifə  və 

məsuliyyətlər  vardır  və  onların  istifadəsinə  müəyyən  məhdudiyyətlər  tətbiq  oluna  bilər. 

Hər hansı məhdudiyyətlər qanunla müəyyən edilməli və yalnız digər şəxslərin hüquqlarına 

və nüfuzuna hörmət; və ya dövlət təhlükəsizliyi və ya ictimai asayişin mühafizəsi, ictimai

asayiş, əhalinin sağlamlığı və ya mənəviyyatı baxımından zəruri olmalıdır. Bu cür əsaslar 

heç bir halda çoxpartiyalı demokratiyanın, demokratik prinsiplərin və insan hüquqlarının 

təbliğinin qarşısının alınması məqsədilə tətbiq edilə bilməz.

İnsan Hüquqları Komitəsi, Ümumi Şərh 

№ 34, maddə 19: Fikir və ifadə azadlığı, CCPR/C/GC/34;

və Ümumi Şərh 

№ 25, maddə 25: Dövlət işlərinin həyata keçirilməsində iştirak hüququ, CCPR/C/21/

Rev.1/Add.7.  Dinc  toplaşmaq  və  birləşmək  azadlığı  hüquqları  üzrə  BMT-nin  xüsusi  məruzəçisinin 

məruzələri, A/HRC/20/27; və A/HRC/23/39.


18

19

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN



MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ

VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT

4.1. Vətəndaş cəmiyyətinin işinə mane olan    

qanunvericilik və normativ xarakterli tədbirlər 

4.2.  Əsassız tədbirlər

Qanunlar və normativ aktlar, məsələn, aşağıdakı yollarla vətəndaş cəmiyyətinin azadlıq və

müstəqilliyini məhdudlaşdıra bilər:

Müsbət fayda (məsələn, vergi güzəştləri) olmadan qeydiyyat tələbləri;



Mümkün fəaliyyət növlərinin məhdudlaşdırılması;

Qeydiyyatsız fəaliyyətə görə cinayət sanksiyalarının tətbiqi;



Konkret  birliklərin,  o  cümlədən  beynəlxalq  QHT-lərin  və  ya  xaricdən  maliyyələşən

birliklərin  və  ya  insan  hüquqları  üzrə  fəaliyyət  göstərən  qrupların  qeydiyyatına 

məhdudiyyətlərin tətbiqi;

Hansı şəxslərin və ya təşkilatların bu və ya digər fəaliyyətlərə məşğul ola biləcəyi ilə



bağlı meyarların və ya bu cür fəaliyyətlərə məhdudiyyətlərin tətbiqi;

Maliyyələşdirmə mənbələri (məsələn, xarici mənbələr) ilə bağlı məhdudiyyətlərin tətbiqi;



Ayrı-seçkilik müddəalarının əksini tapdığı və ya bəzi qruplara qeyri-mütənasib mənfi



təsir göstərən dinc toplaşmaq, birləşmək və ifadə azadlığını tənzimləyən qanunların 

qəbulu.


Bundan başqa, ağır inzibati prosedurlar və diskresion tədbirlər də VCS-lərin  fəaliyyətlərinin 

həyata keçirilməsinə mane ola və ya onları ləngidə bilər.

Məlumat əldə etmək azadlığı hüququ məhdudlaşdırıldıqda, VCS-lərin siyasət prinsiplərinin 

formalaşdırılması  proseslərinə  daha  az  fəal  müdaxilə  imkanı  olur.  Qərarların  qəbulu

proseslərində həddindən artıq məhdud və ya sərt iştirak formaları (məsələn, VCS-lərə  verilən 

“müşahidəçi  statusu”  və  ya  məhdud  səsvermə  hüququ)  da  iştirakla  bağlı  maneələrdəndir. 

Birləşmək  sərbəstliyi  standartları  milli  və  yerli  səviyyədə  tətbiq  olunduğu  qədər  beynəlxalq 

səviyyədə də tətbiq edilir.

3

3

Dinc toplaşmaq azadlığı və birləşmək hüququ üzrə BMT-nin xüsusi məruzəçinin çoxtərəfli təsisatlar



kontekstində hesabatı, A/69/365.

Vətəndaş  cəmiyyəti  hökuməti  tənqid  etdikdə  və  ya  onun  baxışlarına,  siyasətinə  və 

fəaliyyətinə  etiraz  etdikdə,  qanunların  qeyri-müəyyən  müddəaları  düzgünlük  və  qanunilik 

adı  altında  (məsələn,  çirkli  pulların  yuyulması,  terrorla  mübarizə,  milli  təhlükəsizlik,  ictimai 

əxlaqın mühafizəsi, diffamasiyaya qarşı mübarizə, milli suverenliyin qorunması) tətbiq edilə və

aşağıdakı nəticələrə gətirib çıxara bilər:

Rəhbərliyin və daxili idarəetmənin əsassız olaraq yoxlanılması;



Qeydiyyatı ləğv etmək təhdidləri və ya faktiki ləğv etmək;

Ofislərin məcburi şəkildə bağlanması;



Axtarış və əmlakın müsadirə edilməsi;

Hədsiz cərimələr;



Saxta ittihamlar əsasında təqiblər;

Əsassız həbslər və həbs tədbirləri;



Səfərlərin qadağan edilməsi;

Vətəndaşlıqdan məhrum etmə; və



Mitinq və yığıncaqların əsassız şəkildə məhdudlaşdırılması və ya ləğvi.



20

21

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN



MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ

VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT

BMT-nin  İnsan  Hüquqları  Şurasının  vətəndaş  cəmiyyətinin  fəaliyyəti  üçün 

təhlükəsiz və əlverişli şəraitin yaradılması və qorunmasına dair Qətnaməsində de-

yuri  və  de-fakto  olaraq  qeyd  olunur:  “  bir  sıra  hallarda...  milli  hüquqi  və  inzibati 

müddəalar...  beynəlxalq  hüquqa  zidd  şəkildə  vətəndaş  cəmiyyətinin  işinə  mane 

olmaq və onun təhlükəsizliyinə təhdid məqsədi daşımışdır.”

4.3.  Qanunun təsir dairəsindən kənar təqib,

hədə-qorxu və repressiyalar

Vətəndaş cəmiyyətinin fəaliyyət sahəsini məhdudlaşdıra biləcək qanunla müəyyən olunan 

məhdudiyyətlər və əsassız qəbul edilən qanunlarla yanaşı, VCS-lər  və ya onların ailə üzvlərinə 

qarşı  təhdidlər  və  ya  digər  psixoloji  təzyiq  formaları  və  ya  fiziki  hücumlar  onların  sərbəst

fəaliyyətinə mane ola bilər.

Bu cür hərəkətlərlə bağlı nümunələrə daxildir:

Telefonla edilən hədə-qorxular;



Təqib;


Fiziki hücum və ya cinsi təcavüz;

Əmlakın məhv edilməsi;



İş və ya gəlir mənbəyindən məhrum etmə;

Vətəndaş  cəmiyyəti  subyektlərinə  “dövlət  düşmənləri”,  “xain”  və  ya  “xarici  dövlətin



maraqlarına xidmət edən şəxslər” damğası vurmaqla böhtan kampaniyaları;

İtkin düşmə halları;



İşgəncələr; və

Qətllər.


Qadın  hüquq  müdafiəçiləri  kişi  həmkarlarının  üzləşdikləri  risklərlə  üzləşirlər.  Lakin,  onlar

qadın olduqlarından, onlar həm də məqsədyönlü şəkildə cinsi zəmində hə də və zorakılıqlara 

məruz qalırlar. Tez–tez, qadın hüquq müdafiəçilərinin işi ailə haqqında ənənəvi təsəvvürlərə 

və cəmiyyətdəki cinsi rollara təhdid kimi qiymətləndirilir və bu, geniş kütlələr və hakimiyyət 

orqanları tərəfindən qəbul edilmir. Onların işi icma liderləri, dini qruplar, ailələr və ictimaiyyət 

tərəfindən din, şərəf və mədəniyyətə təhdid hesab edildiyindən, qadın hüquq müdafiəçilərinə 

damğa vurulur və onlar sürgün edilirlər.

Bundan  başqa,  onların  fəaliyyətinin  özü  və  ya  nail  olmaq  üçün  çalışdıqları  hədəflər

(məsələn, qadın hüquqlarının və ya hər hansı gender hüquqlarının həyata keçirilməsi) də onları 

hücumların  hədəfinə  çevirir.  Qadın  hüquq  müdafiəçilərini  təcrid  etmək  və  onların  işləmək

həvəsini  öldürmək  məqsədilə,  onların  ailələri  də  təhdid  və  zorakılıqların  hədəfinə  çevrilirlər. 

Qadın hüquq müdafiəçiləri, kişi həmkarları ilə müqayisədə, müxtəlif zorakılıq formalarına və

digər  hüquqpozmalara,  xurafatlara,  təcrid  olunmalara  və  məhrumiyyətlərə  daha  çox  məruz 

qalırlar. Qadınların həm yerli, həm də beynəlxalq səviyyədə müdafiə mexanizmlərini və onların

problemləri  ilə  bağlı  digər  cavab  tədbirlərini  gücləndirmək  məqsədilə,  bu  cür  problemlərin 

BMT-nin  Baş  katibi  Pan  Gi  Munun  Vətəndaş  Cəmiyyətinə  dəstəklə  bağlı  yüksək 

səviyyəli tədbirdəki çıxışından

23 sentyabr 2013-cü il

Səfir Laura Düpüi Lassere, Uruqvayın BMT-nin Cenevrədəki daimi nümayəndəsi və 

İnsan Hüquqları Şurasının sədri (2011–2012).

“Vətəndaş cəmiyyətinə daxil olan insanlar və qruplar tez–tez başqalarının həyatını 

yaxşılaşdırmaq üçün öz həyatlarını riskə atırlar. Onlar əbədi susdurula biləcəklərini 

dərk  etdikdə  belə,  həqiqəti  söyləyirlər.  Onlar  digərlərinin  əhəmiyyət  vermədikləri 

və ya hətta mövcudluğundan belə xəbərdar olmadıqları problemləri işıqlandırırlar. 

Onlar bizim hüquqlarımızı müdafiə edirlər. Onlar öz hüquqlarına layiqdirlər.”

“Təqib,  hədə-qorxu  və  repressiya  hərəkətləri  hüquq  müdafiəçiləri  və  ya  şahidlərə 

təzyiq  göstərməklə  onlara  öz  problemlərini  səsləndirməyə  və  BMT  və  ya  digər 

beynəlxalq təşkilatlarla işləməyə mane olur. Eyni zamanda, bu əməllər ictimaiyyəti

qorxutmaq və istismaredici şərait yaratmaq, demokratik cəmiyyət üçün vacib olan 

ifadə, birləşmək və dinc toplaşmaq azadlıqlarını boğmağa xidmət edir.”

Qadın hüquq müdafiəçiləri


22

23

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN



MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ

VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT

mövcudluğu etiraf edilməlidir. Dövlət və ya qeyri-dövlət qurumları tərəfindən törədilməsindən 

asılı olmayaraq, qadın insan hüquqları müdafiəçilərinə qarşı hədə-qorxu, təhdid, təcavüz və 

digər qəddar davranış halları vaxtında və hərtərəfli şəkildə araşdırılmalıdır.

2013-cü ildə, BMT Baş Assambleyası öz tarixində ilk dəfə olaraq qadın hüquq müdafiəçiləri 

haqqında qətnamə (68/181 saylı Qətnamə) qəbul etmişdir. Həmin qətnamədə Asssambleya

bütün  yaşlardan  olan  qadın  hüquq  müdafiəçilərinin  məruz  qaldıqları  sistemli  və  strukturlu 

ayrı-seçkilik və zorakılıq halları ilə bağlı dərin narahatlıq ifadə edir və bütün dövlətləri onların 

müdafiəsini təmin etmək üçün bütün zəruri tədbirləri görməyə və gender problemlərini nəzərə 

almaqla insan hüquqlarının müdafiəsi üçün təhlükəsiz və əlverişli şərait yaratmağa çağırır.

Kot d’İvuarda,  2014-ci  ildə  qəbul  olunmuş  Hüquq  müdafiəçilərinin  təşviqi  və 

müdafiəsinə dair Qanunda ifadə azadlığı hüququ, birlik və qeyri-hökumət təşkilatları

yaratmaq  hüququ,  resurslara  çıxış  əldə  etmək  hüququ,  beynəlxalq  qurumlara 

məlumat  təqdim  etmək  hüququ  və  repressiyalardan  qorunmaq  hüququ  da  daxil 

olmaqla,  Hüquq  Müdafiəçiləri  haqqında  Bəyannamədə    təsbit  edilmiş  bir  çox 

hüquqlar barədə müddəalar öz əksini tapmışdır. Bu qanun hüquq müdafiəçilərini, 

onların ailələrini və evlərini hücumlardan qorumaq, həmçinin bu cür hücum hallarını 

araşdırmaq və günahkarları cəzalandırmaqla bağlı öhdəlik nəzərdə tutur. Qanunda

qadın  hüquq  müdafiəçilərinin  üzləşdikləri  xüsusi  təhdidlər  və  onlar  üçün  müdafiə 

təminatının zəruriliyi qeyd olunur. Kot d’İvuar hüquq müdafiəçilərinin Koalisiyası və 

Qərbi  Afrika  hüquq  müdafiəçiləri  Şəbəkəsi  də  daxil  olmaqla,  vətəndaş  cəmiyyəti

təşkilatları bu qanunun qəbul edilməsini rəğbətlə qarşılamışlar.

BMT ilə əməkdaşlığa görə fiziki şəxslərə və qruplara 

qarşı hədə-qorxu və repressiyalar

BMT-nin Baş katibi Pan Gi Munun vətəndaş cəmiyyətinin dəstəklənməsi üzrə yüksək 

səviyyəli tədbirdə çıxışından

23 sentyabr 2013-cü il

“Vətəndaş  cəmiyyəti  təkcə  insan  hüquqları  sahəsində  deyil,  həm  də  sülh  və 

təhlükəsizlik,  eləcə  də  inkişafla  bağlı  bizim  gündəliyimizin  bütün  bəndləri  üzrə

BMT-nin  fəaliyyətinin  irəli  aparılmasında  əsas  rol  oynayır.  Vətəndaş  cəmiyyətinin 

rolu  heç  vaxt  bugünkü  qədər    vacib  və  zəruri  olmamışdır.  BMT  ilə  əməkdaşlıq 

şəxslərə qarşı repressiyalar və hədə-qorxu qəbuledilməzdir. Təkcə ona görə yox ki, 

onlar  Nizamnamə  və  İnsan  Hüquqları  Bəyannaməsində  nəzərdə  tutulmuş  işimizi 

yerinə  yetirməkdə  bizə  kömək  edirlər,  həm  də  ona  görə  ki,  bu  cür  hallar  həm  də 

digər  insanları  bizimlə  işləmək  arzusundan  daşındırır.  Biz  demokratiyanın  səsini 

gücləndirmək üçün bütün səviyyələrdə tədbirlər görməliyik.”

BMT-nin  Baş  Katibi  Pan  Gi  Mun,  Repressiyalarla  bağlı  yüksək  səviyyəli  qrup 

müzakirələrində çıxışından, Nyu-York, 2011-ci il 

“BMT  bizimlə  əməkdaşlıq  edən  şəxslər  olmadan  insan  hüquqlarına  yönəlmiş 

əvəzsiz işlər görə bilməzdi. Onlara hədə-qorxu gəldikdə və repressiyaların hədəfinə 

çevirdikdə, onlar qurbana çevrilirlər, lakin bununla hamımızın təhlükəsizliyinə zərbə 

dəyir. Onlara bizimlə əməkdaşlıq etmək qadağan olunduğu zaman, insan hüquqları 

sahəsində işimiz təhlükə altında qalır.”


24

25

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN



MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ

VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT

İnsan  hüquqları  sahəsində  BMT  ilə  əməkdaşlığa  görə  fiziki  şəxslərə  və  ya  qruplara  qarşı 

hədə-qorxu və repressiya halları xüsusilə utancvericidir. Fiziki şəxslərin və ya qrupların BMT-nin

insan hüquqları sisteminin işində iştirak etmək zərurəti və hüququ hamı tərəfindən tanınsa da, 

bu cür aktlar barədə məlumatlar daxil olmaqla davam edir.

BMT-nin mexanizmləri və ya rəsmi şəxsləri ilə qarşılıqlı münasibətlər (məsələn, bəyanatlar, 

çıxışlar, görüşlər və s. formasında) səbəbindən, ayrı-ayrı VCS-lər  yüksək səviyyəli rəhbərlər 

tərəfindən edilən ictimai bəyanatlar da daxil olmaqla, hökumət rəsmiləri tərəfindən təhdid və 

təqiblər kimi hədə-qorxu və repressiyalara məruz qala bilərlər; onlara görüşlərdə iştirak etmək

məqsədilə səfər qadağaları ilə üzləşə bilərlər; VCS-lər öz fəaliyyətlərində fasiləsiz nəzarət və ya

məhdudiyyətlərə məruz qala bilərlər.

Sosial  şəbəkələrdə,  qəzet  və  ya  televiziyada  böhtan  kampaniyalarının  aparılması  heç  də 

nadir hal deyil. Təhdidlər telefon zəngləri, mətn mesajları və ya birbaşa əlaqələr vasitəsilə edilə

bilər. VCS-lər  həbs oluna, döyülmə, işgəncə və ya hətta qətllərə məruz qala bilərlər.

İnsan Hüquqları Şurası 24/24 və 12/2 saylı qətnamələr də daxil olmaqla, o cümlədən, bu 

məsələ  ilə  bağlı  bir  neçə  qətnamə  qəbul  etmişdir.  BMT  Baş  Katibi  və  İnsan  hüquqları  üzrə 

Ali Komissar dəfələrlə bəyan etmişlər ki, bu cür repressiyalar qəbuledilməzdir və BMT bu cür 

aktlara  qarşı  daha  vahid  və  əlaqələndirilmiş  tərzdə  cavab  verməlidir.  Digər  hüquq  müdafiə 

mexanizmləri də qətiyyətlə və açıq şəkildə repressiyalara qarşı çıxış edirlər.

Hüquqi və inzibati məhdudiyyətlər, təqib, hədə-qorxu və repressiyalarla birlikdə vətəndaş 

cəmiyyətinin  hökumətlərlə  tərəfdaş  qismində  oynamalı  olduğu  konstruktiv  və  qarşılıqlı 

tamamlayıcı rolunu zəiflədir. Onlar vətəndaş cəmiyyətinin fəaliyyətinin qarşısını almaq, bu cür

fəaliyyətləri  azaltmaq,  gözdən  salmaq,  dayandırmaq  və  ya  geri  salmaq  məqsədinə  xidmət 

edirlər.  Bu  mühitin  təşviq  və  mühafizəsindən  və  təhlükəsiz  və  əlverişli  şərait  təminatından 

imtina etmək dövlətlərin insan hüquqları sahəsində beynəlxalq sazişlər çərçivəsində götürmüş 

olduqları öhdəliklərə ziddir.

VCS-lərin  qoruması üçün əsas məsuliyyət dövlətlərin üzərinə düşsə də, vətəndaş cəmiyyətinin 

fəaliyyət  sahəsi  və  ya  VCS-lərin    özləri  insan  hüquqlarının  inkişafı  üzrə  işlərində  riskə  məruz 

qaldıqda, beynəlxalq ictimaiyyət ümumi maraqdan çıxış etməli və onlara dəstək vermək və onları 

qorumaqla bağlı birgə məsuliyyət daşımalıdırlar.



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin