Zeyd Rəəd Əl-Hüseyn, bmt-nin İnsan Hüquqları üzrə Ali Komissarı


İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq pakta Fakültativ



Yüklə 2,32 Mb.
Pdf görüntüsü
səhifə3/3
tarix06.09.2017
ölçüsü2,32 Mb.
#29072
1   2   3

İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq pakta Fakültativ

protokol – Maddə 13

İştirakçı  dövlət  öz  yurisdiksiyasındakı  şəxslərin  hazırkı  Protokola  uyğun  olaraq  Komitəyə 

müraciət nəticəsində hər hansı formada təzyiqlərə və ya hədə-qorxuya məruz qalmamasını 

təmin etmək məqsədilə bütün lazımi tədbirləri görməlidir.



Məlumatlandırma prosedurları ilə bağlı Uşaq hüquqları haqqında Konvensiyaya

Fakültativ protokol – Maddə 4

İştirakçı  dövlət  öz  yurisdiksiyasındakı  şəxslərin  hazırkı  Protokola  uyğun  olaraq  Komitəyə 

müraciət  nəticəsində  hər  hansı  formada  insan  hüquqlarının  pozulması,  qəddar  rəftar  və  ya 

hədə-qorxuya məruz qalmamasını təmin etmək məqsədilə bütün lazımi tədbirləri görməlidir.

İnsan hüquqlarına dair beynəlxalq müqavilələrin 

repressiyalarla bağlı  müddəaları



Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında

Konvensiyaya Fakültativ protokol– Maddə 11

İştirakçı  dövlət  öz  yurisdiksiyasındakı  şəxslərin  hazırkı  Protokola  uyğun  olaraq  Komitəyə 

müraciət nəticəsində hər hansı formada pis rəftara və ya hədə-qorxuya məruz qalmamasını 

təmin etmək məqsədilə bütün lazımi tədbirləri görməlidir.

Avstriyada  1982-ci  ildə  qəbul  edilmiş  Ombudsman  Şurası  haqqında  Qanunun

18-ci  Maddəsində  deyilir:  “İşgəncələrin    qarşısının  alınması  üzrə  Alt  Komitəyə,  

Ombudsman  Şurasına  və  ya  onlar  tərəfindən  yaradılan  komissiyalara  məlumat 

verdiklərinə görə heç bir şəxsə cəza verilməməli və ya başqa şəkildə qeyri-əlverişli 

vəziyyətə salınmamalıdır.”

Monteneqroda  2007-ci  ildə  qəbul  edilmiş  Konstitusiyanın  56-cı  Maddəsində 

deyilir: “Hər bir şəxs Konstitusiya ilə təmin edilmiş hüquq və azadlıqlarının qorunması 

üçün beynəlxalq təşkilatlara müraciət etmək hüququna malikdir.”



26

27

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN



MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ

VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT

5. Mən nə edə bilərəm? BMT-yə müraciət

İnsan hüquqlarına dair beynəlxalq Qanun VCS-lərin dəstək və məsləhət üçün müraciət edə

biləcəkləri unikal beynəlxalq platforma təmin edir. Bu platformaya BMT-nin insan hüquqlari üzrə 

Ali Komissarlığı (OHCHR), insan hüquqları üzrə müqavilə orqanları və İnsan hüquqları Şurası və 

onun mexanizmləri (xüsusi prosedurlarla bağlı mandatlar, universal dövri icmal və s.) daxildir.

Mövcud  imkanlardan  istifadə.  Vətəndaş  cəmiyyəti  subyektlərinə  beynəlxalq  konfrans  və 

görüşlərdə  və  ya  ekspertlərin  səfərlərində  iştirak  imkanlarından  yararlanmaq  təklif  olunur. 

İmkanlar  vətəndaş  cəmiyyətinin  problemləri  barədə  məlumatlılığı  artırmaq  məqsədilə 

çıxışlar, brifinqlərin təşkili vasitəsilə, eləcə də tövsiyələri və uğurlu strategiyaları paylaşmaqla 

gerçəkləşdirilə bilər.

Vətəndaş  cəmiyyətinin  fəaliyyət  məsələləri  üzrə  BMT-nin  insan  hüquqları  mexanizmləri 

ilə  iş  VCS-lərə  vətəndaş  cəmiyyətinin  fəaliyyət  məkanının  müdafiəsi  işlərində  əldə  olunan 

nəticələrdən (məsələn, hüquqi, inzibati və digər tədbirlərlə bağlı hökumətlərə təqdim olunan 

beynəlxalq xülasələrdən və tövsiyələrdən) faydalanmaq və yerli səviyyədə vətəndaş cəmiyyəti 

subyektlərinin hüquq və imkanlarını genişləndirmək imkanı verir.

Mövcud  imkanlardan  istifadə.  Vətəndaş  cəmiyyəti  subyektlərinə  beynəlxalq  konfrans  və 

görüşlərdə  və  ya  ekspertlərin  səfərlərində  iştirak  imkanlarından  yararlanmaq  təklif  olunur. 

İmkanlar  vətəndaş  cəmiyyətinin  problemləri  barədə  məlumatlılığı  artırmaq  məqsədilə 

çıxışlar, brifinqlərin təşkili vasitəsilə, eləcə də tövsiyələri və uğurlu strategiyaları paylaşmaqla 

gerçəkləşdirilə bilər.

Vətəndaş  cəmiyyətinin  fəaliyyət  məsələləri  üzrə  BMT-nin  insan  hüquqları  mexanizmləri 

ilə  iş  VCS-lərə  vətəndaş  cəmiyyətinin  fəaliyyət  məkanının  müdafiəsi  işlərində  əldə  olunan 

nəticələrdən (məsələn, hüquqi, inzibati və digər tədbirlərlə bağlı hökumətlərə təqdim olunan 

beynəlxalq xülasələrdən və tövsiyələrdən) faydalanmaq və yerli səviyyədə vətəndaş cəmiyyəti 

subyektlərinin hüquq və imkanlarını genişləndirmək imkanı verir.

Doktor Denni Sriskandaracah, 

Vətəndaş iştirakı üzrə beynəlxalq Alyansın (CIVICUS)

baş katibi, oktyabr, 2014-cü il

“İnsan  hüquqları  sahəsində  beynəlxalq  standartlar  vətəndaş  təşkilatlarına 

beynəlxalq səviyyədə razılaşdırılmış normaların həyata keçirilməsi üçün normaların 

müdafiəsinə  qalxmaq  imkan  yaradan  qlobal  çərçivələr  təmin  edir.  Bu  standartlar 

təkcə  vətəndaş  cəmiyyəti  təşkilatlarının  fəaliyyətini  qanuniləşdirmir,  həm  də 

hökumətlərin  insan  hüquqları  üzrə  öhdəliklərinin  yerinə  yetirilməsinin  müstəqil 

monitorinqi və hesabatlılığı üçün səmərəli platforma təmin edir. Beynəlxalq hüquq 

müdafiə  mexanizmləri  vətəndaş  cəmiyyəti  üçün  daha  əlverişli  şərait  yaratmaq 

uğrunda çıxış etmək imkanı verən ən mühüm platforma kimi yaranmışdır. Xüsusi ağır 

məhdudiyyətlər şəraitində, BMT-nin hüquq müdafiə orqanları vətəndaş cəmiyyətinin 

milli qruplarına məlumatlılığı artırmaq və həssas məsələlərlə bağlı dialoqu artırmaq 

imkanı yaratmaqla onlar üçün ən mühüm ünsiyyət kanalı qismində çıxış edirlər.”

Məlumatların 

verilməsi 

İştirak                 

BMT-nin insan 

hüquqları 

sistemi


Beynəlxalq

• xülasələr

nəticələr

• məruzələr

• qətnamələr

• bəyanatlar

• çağırışlar

Yerli 


fəaliyyətlərin   

dəstəklənmə 

və formalaşma

vasitələri

4

  Bu  mexanizmlərin  əsas  xarakteristikaları  ilə  tanış  olmayan  oxucular    üçün,  OHCHR-in  “Vətəndaş 



cəmiyyəti üçün sorğu kitabı – 

BMT-nin insan hüquqları Proqramı üzrə necə işləməli”“ adı sənədi ilə tanış 

olmaq  təklif  olunur.  Əlavə  göstəriş  və  tövsiyələrlə 

“BMT-nin  insan  hüquqları  üzrə  tövsiyələri  əsasında 

növbəti tədbirləri necə həyata keçirməli.” adlı təlimat da daxil olmaqla, “Vətəndaş cəmiyyəti üçün praktiki 

təlimatlar” seriyasında tanış olmaq mümkündür.



28

29

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN



MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ

VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT

BMT-nin hüquq müdafiə mandatları və mexanizmlərinin fəaliyyət nəticələrinə dair nümunələr:

Müqavilə orqanlarının yekun qeydləri, eləcə də ayrı-ayrı hallar üzrə fikir və tövsiyələri;



Ölkələrə səfərlərin nəticələrinə həsr olunan hesabatlarda yer almış qiymətləndirmələr,

tövsiyələr  və  nəticələr,  İnsan  Hüquqları  Şurasının  xüsusi  prosedurları  (müstəqil 

ekspertlər  tərəfindən)  əsasında  ayrı-ayrı  hallarla  bağlı  tematik  hesabatlar  və 

məlumatlar;

Universal dövri icmal tövsiyələri;



İnsan Hüquqları Şurasının və Baş Assambleyasının qətnamə və qərarları;

İnsan  hüquqları  pozuntularının  İnsan  Hüquqları  Şurası  tərəfindən  müəyyən  edilmiş



sorğu,  faktaraşdırıcı  missiya  və  digər  xüsusi  mexanizmlər  vasitəsilə  araşdırılması  ilə 

məşğul olan komissiyaların hesabatları;

BMT Baş Katibinin bəyanatları;



Hesabatları, hesabatlar və BMT-nin Ali Komissarlığının tədqiqatlar

BMT-nin insan hüquqları üzrə Ali Komissarının bəyanatları, məruzələri və araşdırmaları



(məsələn,  yerlərdəki  hökumətlərin  fəaliyyəti  barədə  hesabatlar;  İnsan  Hüquqları

Şurasının  və  ya  BMT-nin  Baş  Assambleyasının  göstərişi  ilə  tematik  məsələlər  və 

ölkələrdəki vəziyyətlərlə bağlı aparılmış araşdırmalar və hesabatlar);

BMT ilə əməkdaşlıq edən şəxslərə və ya qruplara qarşı hədə-qorxu və ya repressiya



halları barədə Baş Katibin illik hesabatları; və

Baş Katibin, İnsan Hüquqları üzrə Ali Komissarın və ya insan hüquqları üzrə ekspertlərin



ictimai çıxışlarında ölkələrə etdikləri müraciətlər.

Bu  nəticələr  və  tövsiyələr  həm  də  yerlərdəki  fəaliyyətlərə  dəstək  vermək,  həmçinin 

müdafiəni  təmin  etmək  baxımından  effektiv  təbliğat  və  təlimat  vasitəsi  kimi  çıxış  edə  bilər.

Məsələn, VCS-lər aşağıdakıları həyata keçirə bilərlər:

BMT-nin insan hüquqları sistemindən gələn tövsiyələrin həyata keçirilməsində mərkəzi



və yerli hökumətlə birgə işləmək;

Beynəlxalq  hesabatlar  və  ölkədəki  hüquq  müdafiə  təcrübələri  ilə  bağlı  gözləntilər



haqqında yerli icmaları maarifləndirmək;

Mərkəzi  və  yerli  səviyyələrdə  hakimiyyət  orqanları  tərəfindən  həyata  keçirilən



tədbirlərin monitorinq və qiymətləndirməsini aparmaq;

Qabaqcıl təcrübələr əsasında nüfuzlu, obyektiv xülasələrdən, səmərəli strategiyalardan



və həll yollarından istifadə etməklə mövcud təbliğat materiallarını təkmilləşdirmək;

Müxtəlif vətəndaş cəmiyyəti təşkilatları, eləcə də geniş ictimaiyyət arasında ictimai rəy



formalaşdırmaq;

Tərəfdaşlıq münasibətləri yaratmaq;



Dövlət rəsmiləri ilə dialoqun keyfiyyətini yaxşılaşdırmaq;

Siyasət formalaşdırma proseslərinə töhfə vermək;



Məhkəmə iddiaları/mübahisələri qaldırmaq;

Hüquq müdafiə mexanizmlərinin gələcək prosedurlarına töhfə vermək;



BMT-nin hüquq mühafizə mexanizmlərinə fərdi qaydada şikayət etmək istəyən şəxslər

üçün qiymətləndirmə aparmaq və texniki məsləhət təmin etmək.

BMT-nin digər ölkələrlə bağlı çıxardığı nəticələr də digər ölkələrdəki oxşar təcrübə ilə bağlı 

strategiyalar haqqında zəngin məlumat mənbəyi kimi çıxış edir.


30

31

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN



MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ

VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT

BMT-nin hüquq müdafiə mexanizmləri necə işləyir

Mən nə edə bilərəm?

Ümumiyyətlə,  BMT-nin  hüquq  müdafiə  mexanizmləri  insan  hüquqları  sahəsindəki 

problemləri  həll  etmək  üçün  bənzər  prosedura  riayət  edirlər.  Məlumatlar  bir  çox  müxtəlif 

mənbələrdən,  o  cümlədən  vətəndaş  cəmiyyəti  subyektlərindən  toplanır  və  ya  əldə  olunur. 

Həmin məlumatlar uyğunluq, etibarlılıq və dəqiqlik baxımından təhlil olunur və təkrar yoxlanılır. 

Mexanizm məlumatın məzmununu dəqiqləşdirmək üçün dövlətlə yazılı formada və ya şəxsən 

dialoqa  start  verir.  Mexanizm  problemin  həll  yolları  ilə  bağlı  dövlətə  tövsiyə  verə  və  həmin 

tövsiyələrin  həyata  keçirilməsini  dəstəkləyə  bilər.  Daha  sonra,  tövsiyələrin  yerinə  yetirilmə 

gedişatına qiymətləndirmək üçün əlavə məlumat toplanır.

VCS-lər yerli səviyyədə əhalini səfərbər etmək və dövlət işçilərini vətəndaş cəmiyyətinin 

fəaliyyət imkanlarını təşviq və müdafiə etməyə stimullaşdırmaq məqsədilə, milli strategiyaların 

dəstəklənməsində beynəlxalq ictimaiyyətin səsindən istifadə edə bilərlər.

Ölkənizdə insan hüquqlarının vəziyyətinə dair BMT-nin sənədləri barədə məlumat əldə



edə və onu paylaşa bilərsiniz:

Ən yaxın OHCHR ofisi və ya BMT-nin Ölkədəki Komandası ilə əlaqə saxlaya və vətəndaş



cəmiyyətinin fəaliyyət imkanları barədə məlumatlarla birlikdə öz hesabatınızı OHCHR-

in Vətəndaş Cəmiyyəti Bölməsinə göndərə bilərsiniz: civilsociety@ohchr.org

http://www.ohchr.org/EN/Countries/Pages/HumanRightsintheWorld. aspx

Müxtəlif


mənbələrdən

(dövlətlərdən,

VCS-lərdən və s.)

məlumatların

toplanması 

Tövsiyələrin

həyata

keçirilməsi və 



sonrakı

tədbirlər

Dövlətlə

dialoq


Dövlətə 

təqdim edilən

tövsiyələr

 Dövlətin 

hüquq müdafiə 

mexanizminə 

təqdim etdiyi 

hesabat (UDİ və 

müqavilə

orqanları)

2011-ci ilin aprelində İspaniyanın əlil nümayəndələr Komitəsinin (CERMI) üzvləri

əlilliyi olan şəxslərin hüquqları üzrə Komitənin (CRPD) beşinci iclasında və problemləri 

siyahısının hazırlanmasında iştirak etmişdilər. Onlar bununla bağlı hesabat təqdim 

etmiş,  hesabat  barədə  Komitəni  məlumatlandırmış  və  daha  sonra  isə  İspaniyaya 

ünvanlanan  tövsiyələr  üzrə  növbəti  tədbirlərdə  iştirak  etmişdilər.  Xüsusilə,  CERMI

əlillik səbəbindən səs vermək hüququndan məhrum edilmiş şəxslərin səsvermədə 

iştirak hüququnun bərpası üçün geniş kampaniyaya başlamışdılar (həmin vaxt bu 

cür  hüquqdan  təxminən  80000  nəfər  məhrum  edilmişdi).  Komitə  “bütün  əlillərə 

əlillik  dərəcəsindən,  hüquqi  statusundan  və  ya  yaşayış  yerindən  asılı  olmayaraq 

səsvermə  hüququ  vermək  üçün  bütün  müvafiq  qanunvericilik  aktlarını  təkrar 

nəzərdən  keçirməyi”  tövsiyə  etmişdi  (CRPD/C/ESP/CO/1,  48-ci  bənd).  CERMI

səsvermə  hüququnu  tələb  etmək  və  həyata  keçirməklə  bağlı  praktiki  addımların 

geniş yer aldığı “Sizin səsvermə hüququnuz vardır və heç kim sizdən bu hüququ ala 

bilməz” adı altında təlimat sənədinin nəşr edilməsi də daxil olmaqla, qanunvericilik 

aktlarına düzəlişlərin edilməsi ilə bağlı bir neçə təşəbbüs irəli sürmüşdü. CERMI-in

təbliğat  işi  nəticəsində,  Ali  Məhkəmənin  prokuroru  regional  prokurora  əlilliyi  olan 

şəxslərin səsvermə hüququnu qorumağı təkidlə tövsiyə etmişdi. CERMI də hökumət

və Konqreslə izahat işi aparmaqla Əlillərin hüquqlarına dair Konvensiyanın (CRPD) 

yekun nəticələrinə uyğun qanunvericiliyə düzəlişlərin edilməsinə nail olmuşdu. Təklif 

olunan düzəlişlər Konqres və hökumətin müxtəlif üzvlərinə təqdim edilmişdi.



32

33

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN



MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ

VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT

Ən yaxın OHCHR ofisi və ya BMT-nin Ölkədəki Komandası ilə əlaqə saxlaya və vətəndaş



cəmiyyətinin fəaliyyət imkanları barədə məlumatlarla birlikdə öz hesabatınızı OHCHR-

in Vətəndaş Cəmiyyəti Bölməsinə göndərə bilərsiniz: civilsociety@ohchr.org

BMT  Baş  katibinin  repressiyalara  dair  illik  hesabatına  töhfə  kimi  BMT,  onun



nümayəndələri  və  insan  hüquqları  üzrə  mexanizmləri  ilə  əməkdaşlıq  edən  istənilən 

şəxslərə və ya qruplara qarşı iddia edilən təqib, hədə-qorxu və ya repressiya halları 

barədə ətraflı və təsdiq olunmuş məlumatları təqdim edə bilərsiniz: reprisals@ohchr.

org.


BMT-nin  Baş  katibi  və  ya  İnsan  Hüquqları  üzrə  Ali  Komissarının  tematik  məruzələri

üçün məlumat təqdim edə bilərsiniz.

Xüsusi  prosedurlar  üzrə  tematik  və  ölkə  hesabatları  üçün  məlumat  təqdim  etmək



üsullarını aydınlaşdıra bilərsiniz:

BMT-nin insan hüquqları mexanizmlərinin fəaliyyəti barədə məlumat əldə etmək üçün



belə Vətəndaş Cəmiyyəti Bölməsinin elektron məktublarına abunə ola bilərsiniz:

İnsan Hüquqları Şurasının iclaslarında vətəndaş cəmiyyəti məkanı ilə bağlı məlumat və



təcrübələrinizi paylaşa bilərsiniz:

İnsan Hüquqları Şurasının ölkəniz üzrə Universal dövri icmalında vətəndaş cəmiyyəti



məkanı ilə bağlı məlumat və təcrübələrinizi paylaşa bilərsiniz:

Müvafiq hallarda müvəqqəti tədbirlər və ya təcili fəaliyyətlə bağlı müraciətlər də daxil



olmaqla, insan hüquqları müqaviləsi çərçivəsində şikayət verə bilərsiniz:

İnsan Hüquqları Şurasının xüsusi prosedurları ekspertlərinə şikayət verə bilərsiniz:



İnsan Hüquqları Şurasının şikayətlərə baxılma prosedurlarına şikayət verə bilərsiniz:

http://www.ohchr.org/Documents/Publications/NgoHandbook/ngohandbook4.pdf

http://www.ohchr.org/Documents/Publications/FactSheet7Rev.2.pdf

http://www.ohchr.org/EN/HRBodies/SP/Pages/Communications.aspx

http://www.ohchr.org/EN/HRBodies/HRC/ComplaintProcedure/Pages/HRCCom-

plaintProcedureIndex.aspx

http://www.ohchr.org/Documents/HRBodies/HRCouncil/PracticalVəsaitNGO_

en.pdf

http://www.ohchr.org/EN/HRBodies/UPR/Documents/PracticalVəsaitCivilSociety.pdf



http://www.ohchr.org/EN/AboutUs/Pages/CivilSociety.aspx

http://www.ohchr.org/Documents/Publications/NgoHandbook/ngohandbook6.pdf

Real gözləntilərin təmin olunması

Dövlətlər ifadə, birləşmək, toplaşmaq azadlıqlarını və ictimai işlərdə iştirak etmək hüququnu 

təşviq etmək qorumaq üçün məsuliyyət daşıyır. VCS-lər  BMT-nin insan hüquqları sistemi və 

digər subyektlərlə birlikdə bu öhdəliklərin yerinə yetirilməsində dövlətlərə kömək edə bilər.

VCS-lərə  qarşı  təqib,  hədə-qorxu  və  repressiyalar  kimi  bu  cür  fəaliyyətlərə  təcili  diqqət 

yetirilməli  olduğu  halda,  vətəndaş  cəmiyyətinin  fəaliyyəti  üçün  normativ  və  qanunvericilik 

xarakterli maneələri aradan qaldırmaq prosesləri dəyişikliklərin həyata keçirilməsi üçün adətən 

uzun  vaxt  tələb  edir.  Bu  zaman,  nəzərdən  keçirilən  hər  bir  hala  uyğun  BMT  mandatı  və  ya 

mexanizmindən istifadə etmək zəruridir.

Bu  və  ya  digər  vəziyyətdə  müsbət  nəticələrə  təsir  imkanı  kollektiv  səylərə  əsaslanır  və 

adətən çoxsaylı subyektlərin (yerli ictimaiyyətin, digər vətəndaş cəmiyyəti subyektlərinin (yerli 

və beynəlxalq), milli insan hüquqları təsisatlarının, KİV-lərin, dövlət rəsmilərinin, siyasətçilərin, 

digər ölkələrin, eləcə də regional və beynəlxalq ictimaiyyətlərin) səfərbər edilməsi ilə şərtlənir.

VCS-lərin BMT-nin İnsan Hüquqları sistemi ilə qarşılıqlı əlaqəsi dəyişiklik çağırışlarını artırma 

və  gücləndirmək  üsuludur.  Bu  cür  qarşılıqlı  təsir  vətəndaş  cəmiyyətinin  fəaliyyət  məkanının 

təşviq və müdafiəsi üçün təbliğat strategiyasının ümumi effektiv elementlərindən biridir.



34

35

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN



MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ

VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜÇÜN pRAKTİKİ VƏSAİT

BMT resursları

BMT-nin insan hüquqları Proqramı ilə necə işləməli: Vətəndaş Cəmiyyəti üçün sorğu kitabı –

BMT-nin insan hüquqları ilə bağlı tövsiyələri üzrə sonrakı tədbirləri necə həyata keçirməli: 

Vətəndaş cəmiyyəti üçün praktiki vəsait –

OHCHR-in İdarəetmə Planı (2014–2017-ci illər), Demokratik məkanın genişləndirilməsi üzrə 

tematik strategiya (səh. 72–83.) –

Vətəndaş  cəmiyyətinin  fəaliyyət  məkanlarının  təşviq  və  müdafiəsinin  zəruriliyi  barədə  İnsan 

Hüquqları  Şurasının  müzakirə  qrupu  çərçivəsində  aparılmış  müzakirələrin  nəticələrinə  dair  qısa 

məruzə, A/HRC/27/33

İnsan Hüquqları Komitəsi, 34 Saylı ümumi Şərh, Maddə 19: fikir və ifadə azadlığı, CCPR/C/QS/34.

Birləşmək azadlığı ilə bağlı qanunvericiliyin qiymətləndirilməsi, BMT-nin hüquq müdafiəçilərinin 

vəziyyəti üzrə Xüsusi Məruzəçisinin məruzəsi, A/64/226.

Qadın  hüquq  müdafiəçilərinin  problemlərinin  araşdırılması,  BMT-nin  hüquq  müdafiəçilərinin

vəziyyəti üzrə Xüsusi Məruzəçisinin məruzəsi, A/HRC/16/44.

Hüquq  müdafiəçiləri  üçün  təhlükəsiz  və  əlverişli  şəraitin  elementləri,  BMT-nin  hüquq 

müdafiəçilərinin vəziyyəti üzrə Xüsusi Məruzəçisinin məruzəsi, A/HRC/25/55.

Birliklərin maliyyə resursları əldə etmək imkanları hüquqları, BMT-nin dinc toplaşmaq azadlığı 

üzrə Xüsusi Məruzəçisinin məruzəsi, A/HRC/23/39.

İnsan hüquqları sahəsində BMT, onun nümayəndələri və mexanizmləri ilə əməkdaşlıq haqqında 

Baş Katibin məruzələri (A/HRC/27/38, A/HRC/24/29, A/HRC/21/18, A/HRC/18/19, A/HRC/14/19).

Fəsil  16,  Vətəndaş  Cəmiyyəti  ilə  qarşılıqlı  münasibət  və  tərəfdaşlıq,  İnsan  hüquqlarının

monitorinqi üzrə OHCHR Təlimatı –

Seçilmiş vətəndaş cəmiyyəti mənbələri və digər mənbələr 

Milli  qanunvericilik  üçün  prinsip  və  elementlərin  yoxlama  siyahısı  (Qeyri-kommersiya

Hüququ üzrə Beynəlxalq Mərkəz) –

Repressiyalara dair təlimat kitabı (İnsan hüquqları üzrə beynəlxalq Xidmət) –

Əlverişli şərait indeksi, 2013 (CIVICUS) –

Qərarların qəbulu proseslərində vətəndaş cəmiyyətinin iştirak üsulları ilə bağlı tövsiyə olu-

nan təcrübə Məcəlləsi, Avropa Şurası

Hüquq müdafiəçiləri haqqında bəyannamə – 

KİV


İctimaiyyət

Vətəndaş


cəmiyyəti

Dövlət rəsmiləri

Siyasətçilər

Ölkələr


BMT

Milli hüquq

Müdafiə

qurumları



Problemlərin həlli

Dövlət


hakimiyyətinin

bütün qolları:

icra, məhkəmə,

qanunvericilik

Digər beynəlxalq 

təşkilatlar

6. Sənədli resurslar

http://www.ohchr.org/EN/AboutUs/CivilSociety/Documents/Handbook_en.pdf

http://www2.ohchr.org/english/OHCHRreport2014_2017/OMP_Web_version/media/

pdf/10_Democratic_space.pdf 

http://www.ohchr.org/EN/Issues/SRHRDefenders/Pages/Declaration.aspx

http://www.ohchr.org/Documents/Publications/Chapter16–MHRM.pdf

http://www.coe.int/t/ngo/code_good_prac_en.asp

http://www.ishr.ch/news/reprisals–handbook 

http://www.icnl.org/research/library/files/Transnational/checklisten.pdf

http://www.ohchr.org/Documents/AboutUs/CivilSociety/HowtoFollowUNHRRecom-

mendations.pdf

http://www.civicus.org/downloads/2013EEI%20REPORT.pdf



4

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN FƏALİYYƏTİ ÜÇÜN

MƏKAN VƏ BMT-NİN İNSAN HÜQUQLARI SİSTEMİ

7.  Bizimlə əlaqə saxlayın:

OHCHR Vətəndaş Cəmiyyəti Bölməsi ilə əlaqə saxlamaq üçün:

civilsociety@ohchr.org

Telefon: +41 (0) 22 917 9656

Vətəndaş  cəmiyyəti  məsələləri  üzrə  elektron  məktub  sistemi  insan  hüquqları  sahəsində 

bütün mandatlar və mexanizmlərlə bağlı yenilənmiş məlumatları, eləcə də fondlar, qrantlar və 

təqaüdlərin alınması üçün son ərizə təqdimetmə müddətləri barədə məlumatları əldə etmək 

imkanı verir. Abunə olmaq üçün, vətəndaş cəmiyyəti məsələləri üzrə sayta daxil olun:

http://www.ohchr.org/EN/AboutUs/Pages/CivilSociety.aspx



Yüklə 2,32 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin