Ġzabella qasimova, musa bayramov



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə46/55
tarix01.04.2017
ölçüsü5,58 Mb.
#13051
1   ...   42   43   44   45   46   47   48   49   ...   55

Cədvəl 4.45 

Bərk məiĢət tullantılarının toplanma norması 

                                                                                                      

Tullantının mənbəyi 

Ölçü vahidi 

BMT toplanma 

norması 


BMT-nin orta 

sıxlığı, t/m

Yaşayış binaları 



Yaxşı yerləşmiş 

1 insana 

 

0,18-0,225 



 

0,19-0,22 

Pis tikilmiş 

―----- ― 

0,35-0,45 

0,3 


Mehmanxana 

1 yerə 


0,12 

0,17 


Uşaq bağçası 

―------― 

0,095 

0,24 


Tədris müəssisəsi 

1 sahəyə 

0,024 

0,2 


Teatr,kinoteatr 

1 yerə 


0,03 

0,15 


Ərzaq mağazası 

1 m


sahəyə 


0,16-0,25 

0,16-0,19 

Sənaye 

məhsulları 



mağazası 

―-------― 

0,08-0,2 

0,15-0,16 

Xəstəxana 

1 koykaya 

0,228 

0,33 


Poliklinika 

1 gəlişə 

0,03 

0,19 


     

Qeyd: RF-da adambaşına təxminən 0,195 t BMT düşür.   

 

 



 

 

 

 

 

 

 

       

 

 

 

 

 

        

437 

 

FƏSĠL V 



 

 

TƏSƏRRRÜFAT FƏALĠYYƏTĠNĠN EKOLOJĠ 

MÜġAĠYƏTĠ 

                                                      

 

 

5.1.



 

Təbii ətraf mühitə təsirin qiymətləndirilməsinin metod və 

vasitələri 

 

Aqrosənaye  komplekslərində  obyektlərin  əsas  tiplərinə  və  təsərrüfat 

fəaliyyətinin növlərinə daxildir:  

●  zəhərli kimyəvi maddələrin, mineral gübrələrin (həcm 5 min ton və 

daha çox) və  pestisidlərin (həcm 850 ton və daha çox) saxlanma anbarları; 

●  heyvandarlıq kompleksləri: donuzçuluq – 30 min baş və daha çox;  

●    İBH  körpələrinin  yemləndirilməsinə  görə  -  2  min  baş  və 

daha çox;  

●  İBH  –  1200  inək  və  daha  çox;  quşçuluq  fabrikləri  –  400  min  yu-

murtlayan toyuq və daha çox; 3 milyon broyler və daha çox; 

●  sahəsi 1000 ha- dan artıq olan meliorativ sistemlər;  

●  vəhşi heyvanlar kompleksi; 

●  illik axını çay hövzəsinin ümumi axın həcminin 5 % - dən çoxunu 

təşkil edən sənaye və çirkab sularının təmizlənməsi üzrə qurğular;  

●    üzvi  mənşəli  tullantıların  (heyvan  qəbirstanlığını  nəzərə  almaqla) 

və BMT- nın  yerləşdirilməsi üçün zibilliklər.  



Təsirin qiymətləndirilməsinin kriteriya bazası. Ətraf  mühitə təsirin 

indikasiyası üçün bir neçə sxem mövcuddur. Bu hər şeydən əvvəl davamlı 

meşədən  istifadə  etmə  kriteriyaları  və  ―Fövqəladə  ekoloji  hadisələr  və 

ekoloji fəlakət zonalarının üzə çıxarılması üçün ərazinin ekoloji vəziyyətinin 

qiymətləndirilməsi kriteriyaları‖ – dır. Ekosistemin vəziyyətinin qiymətlən-

dirilməsində  təbii  komponentlərin  funksional  birliyi  nəzərə  alınır.  Başqa 

sözlə  desək,  ümumi  qiymətləndirmə  biotik  və  abiotik  faktorların  vəziy-

yətinin  qiymətləndirilməsindən  yaranır.  Belə  qiymətləndirmədə  subyek-ti-

vizmdən qaçmaq və ekosistemin vəziyyətini şərtləndirən səbəbi açmaq olur 

ki,  bu  da  dəqiq  təbiəti  mühafizə  tədbirlərinin  hazırlanması  üçün  vacibdir. 

―Ərazinin  ekoloji  vəziyyətinin  qiymətləndirilməsi  kriteriyalarına‖  uyğun 

olaraq,  ekoloji  vəziyyət  təbii  -  antropogen  pozulmalar  nəticəsində  ekoloji 

əlverişsizliyin artma dərəcəsinə görə təsnifləşdirilir (bax: ―Ərazinin ekoloji 

vəziyyətinin qiymətləndiriləsi kriteriyaları‖, Fəsil 2. səh 62. )   

                                       


438 

 

5.2  Ekoloji ekspertiza 

  

Müxtəlif  layihələrin,  xüsusilə  iri  miqyaslı  layihələrin  həyata  keçiril-



məsində,  planlaşdırılmış  təsərrüfat  fəaliyyətinin  təbii  ətraf  mühitə,  tex-

nosferin elementlərinə və insanın özünün sağlamlığına mümkün olan bütün  

neqativ  təsirlərinin  nəzərə  alınması  lazımdır.  Bu  prosedura  ―təbii  ətraf 

mühitə təsirin qiymətləndirilməsi‖ və ya ―ekoloji ekspertiza‖ adlanır.  

Ekoloji  ekspertiza  –  istənilən  təsərrüfat  və  digər  fəaliyyətin  ekoloji 

tələbatlara  uyğunluğunun  müəyyən  olunması  və  obyektin  ekoloji  eksperti-

zasının həyata keçirilməsinə  yol verilməsinin təyin edilməsidir.  Obyektin 

ekoloji ekspertizası bu fəaliyyət növünün ətraf mühitə və onunla bağlı olan 

sosial,  iqtisadi  və  digər  nəticələrin  mümkün  olan  əlverişsiz  nəticələrinin 

qarşısını almaq məqsədilə həyata keçirilir.  

Ekoloji ekspertizanın keçirilməsinin prinsipləri aşağıdakılardır:   

●  istənilən  təsərrüfat  və  digər  fəaliyyətin  potensial  ekoloji  təh-lükə-

liliyinin  prezumpsiyası  (buna  görə  də  onun  inisiatoru  əvvəlcədən  həmin 

fəaliyyət növünün ekoloji təhlükəsizliyini sübut etməlidir); 

● ilk növbədə dövlət ekoloji ekspertizasının həyata keçirilməsi (yalnız 

onun  rəyi  alındıqdan  sonra  obyektin  təsərrüfat  və  digər  fəaliyyətinin  real-

laşması üçün qərar qəbul olunur); 

●  təbii  ətraf  mühitə  təsirin  qiymətləndirilməsinin  kompleksliyi  və 

qeyd olunan təsərrüfat və digər fəaliyyətin ehtiyatları;   

●  Azərbaycan  Respublikasının  təbii  ətraf  mühitin  mühafizəsi  sahə-

sində  müəyyən  olunmuş  qanuna  uyğunluqların  bütün  tələbatlarının  uçotu-

nun mütləqliyi;   

●  ekspertizanın  keçirildiyi  vaxt  ekspertlərin  sərbəstliyi  və  emosiya-

sızlığı və onların verdikləri rəyin keyfiyyətinə cavabehliyi;  

●  rəyin  elmi  əsaslandırılması,  obyektivliyi  və  qanun  çərçivəsində 

olması;  

● ekoloji ekspertizaya təqdim olunan sənədləşdirməin etibarlı olması 

və tamlığı;   

●  cavabdeh  şəxslərin  və  ekspertiza  obyektinin  sifarişçisinin    işin 

təşkili və aparılmasına görə məsuliyyəti;  

●  ekoloji  ekspertizanın  səsə  qoyulması  və  ekspertiza  obyekti  haqda 

ictimai fikrin toplanması.      

Qərarın qəbul olunması səviyyəsində: nəzərdə tutulan fəaliyyət növü-

nün reallaşmasının mümkün olub olmamasında – hökmən iki prinsip gözlə-

nilir: 

1)

 



istənilən  layihənin  təhlükəsizliyi  sübut  olunmadıqca,  ona  qadağa 

qoyulur, başqa sözlə ekoloji ekspertizaya imperaktiv xarakter  lazım gəlir;  



439 

 

2)



 

təhlükəsizliyin bütün növlərindən tibbi - bioloji təhlükəsizliyə daha 

çox  üstünlük  verilməlidir,  başqa  sözlə  insanın  sağlam  və  təhlükəsiz  yaşa-

ması üçün müzakirə olunmayan dəyər vardır.  

Son  illərdə  ekoloji  ekspertizaya  keyfiyyətcə  yeni  yanaşma  növü  var-

dır: onun əsasını qoyan kriteriya  ətraf mühitə zərər vurmanın risk dərəcəsi 

olmalıdır.  Bu  onunla  əlaqədardır  ki,  ekoloji  ekspertizanın  əvvəlki  konsep-

siyası (hansı ki, zəhərli kimyəvi maddələrin miqdarının məhdudlaşdırılması 

kriteriyalarına əsaslanırdı, YVQ, YVA, YVM) öz yerini ekoloji risk konsep-

siyasına verməlidir. Bu konsepsiyaya əsasən, layihələşdirilən obyektin eko-

sistemə və insan sağlamlığına  mənfi təsirini tamamilə yox etmək mümkün 

deyil.  Buna  görə  də,  təbiəti  mühafizə  baxımından    optimal  qərarın  qəbul 

olunması,  göstərilən  mənfi  təsirin  iqtisadi  və  sosial  əsaslanmış  minimal-

laşmasını ifadə edir.  

Ekoloji ekspertizanın obyekti bunlardır: inşaatın layihələri və texniki - 

iqtisadi əsaslandırılması, eyni zamanda müəssisə və komplekslərə təsir edən 

təsərrüfat  qurğularının  istismarı;  yeni  texnika,  texnologiya,  materialların 

yaradılmasına, işləyən qurğulara normativ - texniki sənədləşdirmə; normativ 

və adminstrtiv aktların, eləcədə qüvvə də olan qanunvericiliyin layihəsi. Bu 

zaman xüsusi diqqət və tədqiqatların aparılmasını tələb edən 15 daha təhlü-

kəli təsərrüfat  fəaliyyəti  növü təyin  olunmuşdur.  Onların sırasına:  atom sə-

nayesi, energetika, metallurgiya, neft-kimya, neft

-

 - qaz emalı, kimya səna-



yesi, faydalı qazıntıların çıxarılması; neft və qazın və onların emal məhsul-

larının  daşınması,  sellüloz  -  kağız  və  karton  istehsalı;  döyüş  sursatlarının, 

partlayıcı  maddələrin  və  raket  yanacaqlarının  istehsalı,  saxlanması,  daşın-

ması və məhv edilməsi daxildir.   

   

 

5.3.

 

Ekoloji standartlaşdırmama və pasportlaşdırma   

Standartlaşdırma - norma, qayda və xarakterlərin aşağıdakı məqsədlər 

üçün  müəyyən  olunması  üzrə  fəaliyyətdir:  a)  istehsalın  və  məhsulun  idarə 

olunması  sferasında  nizam  yaratmağa  müvəffəq  olmaq  üçün  könüllü  və 

dəfələrlə istifadə olunması; b) ətraf mühit, insanın sağlamlığı və həyatı üçün 

məhsulun, işlərin və xidmətlərin təhlükəsizliyi; c) ehtiyatların bütün  növlə-

rinin ölçülərinin (o cümlədən ekoloji parametrlərin) və qənaətinin vahidliyi; 

d)  təbii  -  texniki  qəzaların  yaranma  riskini  nəzərə  almaqla  təsərrüfat  ob-

yektlərinin təhlükəsizliyi. 

Belə  fəaliyyətin  nəticəsi  icrası  mütləq  olan  norma  və  tələbatların 

kompleksini müəyyən edən  normativ - texniki sənədlərin standartıdır. Hər 

bir ölkədə milli standartlar, texniki- iqtisadi və sosial informasiyaların üçün 

klassifikator,  ətraf  mühitin  keyfiyyətinin  standartları  (YVQ),  sahəvi  (ƏSS) 

və müəssisənin standartları. Müəssisənin standartlaına qoyulan tələbatlar 



440 

 

 milli standartlardan yüksək ola bilər.  



Ekoloji  pasport  –  dövlət  standartlarına  uyğun  yaradılır:  təbiəti  müha-

fizə, sənaye müəssisəsinin ekoloji pasportu,  əsas  qaydalar, tiplərin forması. 

Pasportlaşdırmanın  məqsədi  –  müəssisənin  özündə  və  ətrafında,  eləcə  də 

təbiəti  mühafizə  tədbirlərinin  həyata  keçirilməsində  ekoloji  situasiyaların 

proqnozlaşdırılmasıdır.  Obyektin  və  ya  müəssisənin  ekoloji  (təbiəti  müha-

fizə) pasportu  tələb və  istifadə  olunan bütün  növ ehtiyatlar haqda, eləcə  də 

ətraf mühitə bütün təsirləri müəyyən edən  məlumatları əhatə edən normativ 

- texniki sənəddir.  

Ekoloji  pasport  müəssisə  tərəfindən  öz  vəsaitləri  hesabına  işlənib  - 

hazırlanır,  respublikanın  ərazi  orqanları  tərəfindən  təsdiq..lənir  və  orada 

qeydiyyatdan  keçirilir.  Ekoloji  pasportun  hazırlanması  üçün  istehsalın 

razılaşdırılmış  və  təsdiq  olunmuş  əsas  göstəriciləri,  YVQ  hesablanma 

layihəsi,  AYQ  norması,  ―təbiətdən  istifadəyə‖  icazə,  qaz

-

  və  su  təmizləmə 



qurğularının  tullantıların  utilizasiyası  və  istifadəsinə  dair  pasportu  və    s. 

əsasdır.  

Müəssisənin  ekoloji  pasportu  aşağıdakı  ardıcıllıqla  düzülmüş 

bölmələrdən ibarətdir:  

1)

 

müəssisə haqda ümumi məlumatlar;  



2)

 

müəssisənin  yerləşdiyi  rayonun  təbii  -  iqlim  şəraitinin  qısa  xarak-



teristikası; 

3)

 



torpaq ehtiyatlarının istifadəsi haqqında məlumatlar; 

4)

 



istehsal  texnologiyasının  qısa  təsviri  və  məhsul  haqqında  məlumat-

lar, maddi axınların balans sxemi

5)

 

təbiəti mühafizə texnologiyalarının qısa təsviri; 



6)

 

müəssisənin ekoloji - iqtisadi fəaliyyəti haqda məlumatlar; 



7)

 

təbii  ətraf  mühitə  müəssisənin  təsirinin  qiymətləndirilməsi  haqda 



məlumatlar; 

8)

 



ekoloji ekspertizanın materialları.  

Ekoloji  pasportu  olmayan  müəssisənin  fəaliyyəti  dayandırılır  və  ya 

cərimə tətbiq olunur.   

 

5.4.  Ekoloji  sertifikatlaşdırmanın əsasları  

Avropa iqtisadi komissiyasının təyinatına görə, sertifikatlaşdırma – bu 

məhsulun  və  prosesin  müəyyən  standartlara  və  ya  texniki  şərtlərə  uyğun-

luğunu təsdiq etmək üçün həyata keçirilən fəalyyətdir. 

Ekoloji sertifikatlaşmanın məqsədi – istehsalçını elə texnoloji proses-

lər  tətbiq  etməyə  və  məhsullar  yaratmağa  sövq  edir  ki,  o  təbii  ətraf  mühiti 


441 

 

minimal  dərəcədə  çirkləndirsin  və  istehlakçıya  onun  həyatı,  sağlamlığı, 



mülkü və yaşadığı mühit üçün təhlükəsiz məhsul versin.  Bir çox məhsullar 

üçün ekoloji sertifikat və ya ekoişarə, onun rəqabətə davamlılığını müəyyən 

edən  faktordur.  Bizim  ölkəmizdə  ekoloji  sertifikatlaşdırma  inkişafının  baş-

lanğıcında durur, lakin artıq bu istiqamətdə xeyli işlər görülmüşdür. Belə ki, 

bu  sahəyə  daxil  olan  obyektlər  müəyyənləşdirilmişdir.  Onlar  üç  qrupa 

bölünür:  

1)

 

Dövlət  qanunlarına  görə  məhsullar,  proseslər,  işlər,  xidmətlər, 



ekoloji  tələbatlar  dövlət  standartlarına  daxildir,  başqa  sözlə  onlar  (mütləq) 

məcburi sertifikatlaşmalıdırlar;   

2)

 

Dövlət  Standartlaşdırma  Sisteminin  qaydalarına  görə  ekoloji 



spesifikaya malik olan  obyektlər sertifikatlaşmalıdırlar;   

3)

 



Ətraf  mühit  və  onun  komponentləri  üçün  normativ  tələbatlar  və 

sertifikatlaşdırma  prosedurları  hazırlanmışdır.  Üçüncü  qrupun  vəziyyətinin 

qiymətləndirilməsində aydınlığın olmaması birinci iki obyektin sertifikatlaş-

masının inkişafını ləngidir. Burada müəyyən problemlər var. Ətraf mühitin 

keyfiyyətinin  qiymətləndirilməsi  bir  çox  orqanlar  (ixtisaslaşdırılmış  təbiəti 

mühafizə orqanları, təbiət istifadəçiləri və Azərbaycan Elmlər Akademiyası-

nın bəzi orqanları) tərəfindən aparılır. Müxtəlif tərəflərin verdiyi qiymətlən-

dirmə  məlumatları  bir  qayda  olaraq  praktiki  uyğunsuzdur.  Burada  səhvin 

qiyməti  çox  yüksək  ola  bilər  ki,  bu  da  uyğunluğun  qiymətləndirilməsinin 

həm  obyektiv, həm  də  sərbəst  üsulunda sertifikatlaşmaının  əhəmiyyətindən 

xəbər verir. Bundan ötrü ekoloji sertifikatlaşdırma obyektlərinin daha aydın 

təsnifatı lazımdır və bu  şəkil 5.1- də verilmişdir. Verilmiş sxemdən görün-

düyü kimi sertifikatlaşdırma obyektlərinin dörd növü var: təbii ətraf mühitin 

obyektləri;  ətraf  mühiti  çirkləndirən  mənbələr;  təbiəti  mühafizə  yönümlü 

obyektlər; ekoloji informasiya ehtiyatları, məhsulları və texnologiyaları.  

       Ekoloji  sertifikatlaşmanın  digər  vacib  məsələsi  iştirakçıların  tərkibidir, 

xüsusilə  də  onların  rolu  birinci,  ikinci  və  üçüncü  tərəfin  mövqeyini  təyin 

edirsə. Belə halda ―Məhsulun sertifikatlaşması və xidmət haqqında‖  qanun 

o obyektlərə tətbiq oluna bilər ki, orada yalnız məhsul alınır. Digərləri üçün 

isə  ekoloji  sertifikatlaşma  haqqında  qanun  lazımdır.  Sertifikatlaşdırma  xid-

mətinə görə ödəmə məsələsi hələ də öz həllini tapmayıb. Ehtimal olunur ki, 

əsas xərclər təbiətdən istifadəçinin çiyinlərinə düşür, hansı ki, çox hallarda 

sifarişçi olurlar.  

Ekoloji sertifikatlaşmanın aktual sferası tullantılardır. Bu sahədə serti-

fikatlaşdırma  yaşayış  mühitinə  tullantıların  təhlükəli  təsirinin  aradan  qal-

dırılması  və onların  ikinci  xammal  kimi  maksimum  istifadəsinə  yönəldilir. 



442 

 

Ölkəmiz  üçün  tullantıların  sertifikatlaşma  ilə  birbaşa  əlaqədar  olan 



standartlaşdırılmasının inkişaf etdirilməsi  çox mühümdür və  ―İkinci maddi 

ehtiyyatlar‖ Komitəsinin fəaliyyətinin əsas obyektidir.   

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

ġəkil 5.1. Ekoloji sertifikatlaşlaşma obyektlərinin təsnifatı  

(standartlar və keyfiyyət. - 1996.- №9) 

 

  İçməli  suyun  sertifikatlaşdırılması  probleminin  həllində  xeyli 



irəliləyiş  qeydə  alınır  ki,  öz  növbəsində  sertifikatlaşmanın  bu  obyektinə 

tələbat normativlərinin dəqiq olmamasından gərginlik yaradır. 1995- ci ildə 

dövlət  standartı  qəbul  olunub  ―Suyun  keyfiyyəti.  İçməli  su.  Keyfiyyətə 

nəzarət‖,  içməli  suyun,  materialların,  texnoloji  proseslərin  və  təsərrüfat  - 

içməli  su  təchizatında  istifadə  olunan  qurğuların  sertifikatlaşdırma  sistemi 

hazırlanıb.  Müxtəlif  həcmlərdə  qablaşdırılmış  içməli  suyun  sertifikatlaş-

dırılması  həyata keçirilir, mərkəzləşmiş su təchizatı sistemindən daxil olan 

içməli  suyun  sertifikatlaşdırılması  problemi  həll  olunur.  Hər  şeydən  əvvəl 

yeni  növ  məhsul  və  proseslərin  ekolojiliyinin  qiymətləndirilməsinə  böyük 

diqqət  ayrılır.  Onlara  hər  şeydən  əvvəl  normativ  sənədlərdə  uyğun  olan 

tələbatları  müəyyən  etmək  lazımdır.  Məsələn,  yeni  konstruksiya  və 

texnologiyalara  ekoloji  tələbatların  standartlaşdırılması  üzrə  işlərə  başlan-

TƏM 

obyektləri 



Təbii  

obyektlər 

Təbii  

ehtiyyatlar 



Təbii 

komponentlər 

TƏM-in çirklən-

mə mənbələri 

Təbiət mühafizə 

texnologiyaları 

Ekoloji informasiya 

ehtiyyatları

 məhsullar 

və texnologiyalar 

Texnogen 

mənbələr 

Istehsalat, texno 

loji proseslər 

Komunikasiya 

kompleksləri 

vasitələri və 

obyektləri 

Istehsalat və 

istehlak 

tullantıları 

Təbiət mühafizə 

yönümlü 

məhsullar 

(xidmət..,, iş) 

Ekoloji  

xidmətlər 

Təbiət mühafizə 

qurğuları və 

məhsulları 

Ekologiya sahəsində 

informasiya 

məhsullar 

Ekoloji məlumatlar 

bazaları və banklar 

Ekologiya sahəsində 

proqramlaşmış

 

məhsullar



 

TƏM-in bütün 

mühitlərinin 

çirklənməsinin 

ekoloji modeli 

Ekoloji  

metodikalar 

 

Ekoloji sertifikatlaşdırmanın əsas obyektləri 



443 

 

mışdır. Müəyyən qədər İSO – BSC –nin (seriya 14000) beynəlxalq standart-



ları  ilə  harmoniya  təşkil  edən,  ―Ətraf  mühitin  keyfiyyətinin  idarə  olunma 

sisteminin‖ dövlət standartının layihəsi hazırlanıb. Qərbi Avropa ölkələrində 

ekosertifikatlaşma  kifayət  qədər  geniş  inkişaf  edib.  O  adi  sertifikatlaş-

dırmanı tamamla yır və həmişə mütləq xarakter daşıyır. Fransada, məsələn, 

kənd  təsərrüfatı  məhsullarının  ekosertifikasiyası  1960-cı  ildən  qanunveri-

cilik  səviyyəsində  həyata  keçirilir.  Onun  əsasında  həm  məhsulun  növünə 

görə,  həm  də  ayrı-ayrı  istehsal  müəssisələrin  və  ya  istehsalçılar  ittifaqının 

ekonişanları verilir. Bu nişanlar ―qırmızı işarələr‖ adlanır və istehlakçıların 

məlumatlandırılması  üçün  yayımlanmışdır.  Bütün  ekonişanlar  MF  -  nın 

milli uyğunluq nişanını tamamlayır. Ekosertifikatlaşmanın prinsipləri isteh-

lakçı  və  ətraf  mühit  üçün  məhsulun  təhlükəsizliyinin  təmin  olunmasından 

ibarətdir.  Fransanın  ekosertifikatlaşdırılmasının  əsas  qaydalarına  daxildir: 

istehlakçılar məhsulun ekoloji təmiz olmasına nəzarət edə bilər;  ekosertifi-

kat  verən  orqanın  tərkibinə  ətraf  mühitin  mühafizəsi  üzrə  ictimai  təşkilat-

ların nümayəndələri və istehlakçılar mütləq daxil olmalıdırlar; ekosertifikat 

sertifikatlaşdırılan  məhsulun  bütün  həyat  dövriyyəsini  əhatə  etməli  və 

istehsalçıda  ekosertifikat  almağa  iqtisadi  maraq  oyatmalıdır.  Toplanmış 

təcrübələr  ekosertifikatlaşmanın  vahid  milli  sistemini  yaratmağa  imkan 

verdi,  hansı  ki,  devizi  –  istehlakçılar  məhsulun  zərəri  haqqında  hər  şeyi 

bilməli  deyil,  lakin  onların  NF  nişanı  olan  məhsulun  bütün  hallarda  daha 

təhlükəsiz  olduğuna  mütləq  inanmağa  haqqı  var.  Almaniyada  ekoserti-

fikatlaşma üzrə işlər 1974-cü ildən başlanmışdır. Bir neçə ildən sonra indiki 

nişana  oxşayan  ―Mavi  mələk‖  ekonişanı  yaradıldı.  Bu  nişan  altında 

markalanmış  məhsul  onun  ekoloji  təhlükəsizliyinə  təminat  verən  müəyyən 

olunmuş  meyarlar  qrupuna  uyğun  gəlir.  Məsələn,  ekonişanı  olan  maşın 

tullantı qazlarının etibarlı təmizləyici sistemi ilə təchiz olunmuşdur. Alman 

ekosertifikatlaşdırma  əməliyyatının  diqqətini  cəlb  edir.  Əvvələr  yalnız 

Almaniyanin  ekonişanı  olan  ―Mavi  mələk‖  və    ―Yaşıl  nöqtə‖  indi  ümum-

avropa əhəmiyyətlidir.       

    


5.5. Ətraf mühitin monitorinqi. Onun aparılmasının elmi-metodiki və 

təşkilati əsasları 

 

 5.5.1.

 

  Ekloloji monitorinqin əsas vəzifələri və sxemi 

Çox qədimdən insanlar təbii ətraf mühitin və onun elementlərinin əsas 

vəziyyəti,  onların  məkan-zaman  dəyişmələri  haqda  məlumatları  istifadə 

edirdilər. Ardıcıl meteoroloji, hidroloji, fenoloji və digər başqa müşahidələri 

xatırlatmaq kifayətdir. Əlbəttə, qeyd etmək lazımdır ki, bu müşahidələrdə bu 

və  ya  digər  komponentlərdə  gedən  təbii  dəyişikliklər  qeydə  alınırdı.  50-ci 


444 

 

illərdən  başlayaraq  təbiət  və  cəmiyyət  aralarında  qarşılıqlı  təsirlər  çox 



kəskinləşdi.  Biosfer  ehtiyyatlarının  nəzəriyyəsiz  istismarı  münasib 

kompleks  qərarların  toplanmasına  və  işlənməsinə  səbəb  oldu.  Belə  ki,  hələ 

1970-ci  ildən  YUNESKO  beynəlxalq  elmi  tədqiqat  proqramın  ―İnsan  və 

biosfer‖  (MAB  -  man  and  biosfera)  qəbul  olundu.  Proqramın  məqsədi 

dünyanın  müxtəlif  reqionlarında  çoxillik  kompleks  müşahidələr  aparmaq, 

insanların  ətraf  mühitə  təsirini  və  bu  proseslərin  insanlara  əks  təsirini 

gostərməkdir.  Bu  proqramı  90  ölkə  həyata  keçirir.  Müşahidə  spektirini 

genişləndirməklə  yanaşı  onların  əsasında  aktiv  təsir  və  idarəetmə 

elementləri  formalaşdı.  Nəticədə  bütöv  sistem  yarandı:  müşahidə, 

informasiya  hərəkəti  funksional  olaraq  özündə  birləşdirdi.  Bu  monitorinq 

adını  aldı.  "Monitorinq"  termini  (latınca  -  yada  salan)  70-ci  illərdən  təbii 

ətraf mühitin mühafizəsində çalışan mütəxəsisslərin leksikonuna daxil oldu. 

Bu  termin  1972-ci  ildə  BMT-nin  ətraf  mühitə  aid  Stokholm  konfransının 

tövsiyyələrində  ilk  dəfə  tövsiyyə  olunurdu.  Azərbaycan  da  Beynəlxalq 

Komitənin Ətraf Mühitə dair Proqramının iştirakçısıdır. Bu proqramın  əsas 

vəzifəsi  baş  verəcək  təbii  və  antropogen  təsirlərdən  ətraf  mühiti  və  insanı 

gözlənilən  zərərdən  qorumaqdır.  Deyilənlərə  əsaslanaraq  "monitorinq" 

anlayışının geniş izahını vermək olar. "Monitorinq-insanları əhatə edən təbii 

mühitin  vəziyyəti  haqda  müşahidə  və  nəzarət  sistemidir.  Təbiətin 

mühafızəsi,  təbii  ehtiyatların  rasioanal  istifadəsi  və  kritik  hadisələrin 

qarşısının  alınması.  İnsanların  saglamlığı,  canllı  orqanizmlərin  və  onların 

cəmiyyətlərinin,  təbii  komplekslər  və  obyektlərin  kəskin  dəyişmələrmin 

qarşısının alınmasıdır. 

Monitorinqin  vəzifələri  mühitin  vəziyyətinin  qiymətləndirilməsi  və 

onda  gedən  dəyişikliklərin  proqnozlaşdırılmasıdır.  Eləcə  də  ətraf  mühitin 

mühafizəsinə dair tədbirlər planının hazırlanması təbii ehtiyyatların rasional 

istifadə olunması və kiçik halların qarşısının alınması, insanlara canlı orqa-

nizmlərə təhlükə yaradacaq hallardan onların qoruması üçün tədbirdir. 

O,  biosfer  (qlobal)  reqional,  lokal  (inpakt)  ekoloji,  bioloji,  sanitar 

toksikoloji beynəlxalq, milli, baza (fon), birbaşa və distansion (o cümlədən 

aviasion və kosmik) və s. ola bilər. 

1978-ci  ildə  Riqada  və  1981-ci  Tbilisidə  ətraf  təbii  mühitin  çirklən-

məsinin kompleks qlobal monitorinqinə dair beynəlxalq simpozium keçirildi 

və  monitorinqin  əsas  vəzifələri  və  onları  həyata  keçirməyin  mümkün  olan 

yolları hərtərəfli müzakirə olundu. 

Mütəxəssislərin  monitorinqin  funksiyalarını  başa  düşməsi-  təkamü-

lünün  əsas  mərhələlər,  ekoloji  problemlərin  həllinin  ümumi  konsepsiyala-

rının inkişaf mərhələlərinin ardıcıllığı ilə təyin olunur. Belə konsepsiyaların 

variantlarının hər biri monitorinqi özlərinin vəzifə və istiqamətləri ilə zən-


445 

 

ginləşdirirdi. Bu mənada davamlı inkişaf konsepsiyasının əhəmiyyətini qeyd 



etməmək olmaz. O,  BMT-nin konfransında 1992-ci ildən Reo de-Janeyroda 

qəbul olundu. Konsepsiya müşahidə materialarının daha düzgün istifadəsini 

və  minitorinq  sisteminin  özünün  strukturunun  kamilləşməsini  təmin  edir. 

TƏM-in təbii dəyişikliklərini bir çox ölkələrdə fəaliyyət  göstərən geofiziki 

xidmət  (hidrometoeroloji,  seysmik,  ionosfer,  qravimetrik,  maqnitometrik 

və.s)  öyrənir.  Biosferin  xüsusiyyətinə  xüsusi  nəzarət,  təbii  fluktasiyakar 

fonunda  antropogen  fəaliyyət  nəticəsində  onda  baş  verən  nəticələri  müəy-

yənləşdirməkdir.  Mahiyyətcə,  monitorinq-əvvəlcədən  verilmiş  proqrama 

uyğun olaraq, TƏM-in bir və ya bir neçə komponentinin məkan və zamanca 

müəyyən  məqsədlə  təkrar  müşahidələr  sistemidir.  Dəqiq  ifadə  etsək  belə 

sistemi ―TƏM-in antropogen dəyişilmələrinin monitorinqi‖ adlandırmaq la-

zımdır. Bu zaman əlbəttə, mövcud geofiziki xidmətin bəzi struktur elementi 

və informasiyasının istifadə edilməsi istisna deyil. 

Akademik  Y.A.İzrael,  nəzəri  və  praktiki  monitorinqin  aparımasına 

dair  sanballı  xəzinə  yaratdı:  təbii  ətraf  mühitin  vəziyyətinə  nəzarətdə 

universal informasiyalar sistemi sxemini təklif etdi. Bu müxtəlif səviyyələr, 

istiqamətlər və masştablarda operativ və tədqiqat işlərində əlverişlidir ( şəkil 

5.2). 


 

 

                         



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin