Ġzabella qasimova, musa bayramov


Cədvəl 5.5  Çimli-podzol torpaqların humus turĢularının deqradasiya dərəcəsi



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə49/55
tarix01.04.2017
ölçüsü5,58 Mb.
#13051
1   ...   45   46   47   48   49   50   51   52   ...   55

Cədvəl 5.5 

Çimli-podzol torpaqların humus turĢularının deqradasiya dərəcəsi

deqradasiya olmamıĢ torpaqların hum.tur., % - lə      

               

Diaqnostik göstərici 

Deqradasiya dərəcəsi 

zəif 


Orta 

Gilli 


Atom %-lə miqdarı  C 

                                 H       

85-90 

85-90 


75-85 

80-85 


75 

80 


Turşulaşma dərəcəsi 

80-85 


75-80 

75 


Atomlar nisbəti    H/C 

80-85 


75-80 

75 


Alifatik amin turşularının aromatik və 

heterosiklik alt cəminən nisbəti 

80-85 

75-80 


75 

Termodestruksiya nəticəsində üzvi 

maddələrin kütlə itgisi 

70-75 


65-70 

65 


Periferiya və mərkəzin hissələrinin 

qarşılıqlı nisbəti 

85-90 

80-85 


80 

Aromatik və qeyri arpmatik 

birləşmələrin qarşılıqlı nisbəti 

80-85 


75-80 

75 


siya  dərəcəsini  əks  etdirən  düzəliş  əmsalı  nəzərə  alınmaqla  korrektirovka 

edilməlidir (cədvəl 5.6). 

Əkinçiliyin  adaptasiya  sisteminin  formalaşmasında  bioloji  azotun 

böyük  əhəmiyyəti  var.  BA  aqrosenozlarda  paxlalı  bitkilərin,  xüsusən, 

çoxillik otların məhsulunun hesabına yaranmış olmasındadır. 

Geniş miqyasda torpaq münbitliyinin yenidən hasil olunmasına paxlalı 

bitkilərin  becərilməsinin  bütün  texnologiyaları  və  gübrələmə  sistemləri, 

atmosfer  azotunun  maksimal  simbiotik  fiksasiaysı  kömək  etməlidir  və 

bunun  hesabına  azot  gübrələri  tətbiq  etmədən  məhsuldarlığın  artırılması 

təmin olunur. 



Cədvəl 5.6 

Müxtəlif qranulometrik tərkibli torpaqların humus birləĢmələrinin 

deqradasiya dərəcəsini qiymətləndirmək üçün düzəliĢ əmsalı   

 

Deqradasiya 

dərəcəsi 

Qranulometrik tərkib 

Qum 

Qumsal  


 

Yüngül 


gillicəli 

Orta 


gillicəli 

Ağlr gillicəli 

və gil 

Deqradasiya  



olmamış torpaqlar 

 

1,00 



 

1,00 


 

1,00 


 

1,00 


 

1,00 


Deqradasiya: 

zəif 


orta 

güclü 


 

1,25 


 

1,25 


 

1,10 


 

1,05 


 

1,05 


1,45 

1,30 


1,20 

1,25 


1,15 

1,60 


1,45 

1,30 


1,35 

1,2 


 

478 

 

Müxtəlif  torpaq  -  iqlim  şəraitində  növbəli  əkinlərin  paxlalı  bitkilərlə 



пə qədər təmin olunması, onların növ tərkibi, bioloji azotun və paxlalıların 

üzvi maddələrinin haqqında real etibarlı informasiya olmadan, neqativ eko-

loji və iqtsadi problemlərdən qaçmaq çətindir. 

Bioloji azotun potensialını əkinçilik praktikasında reallaşdırmaq üçün 

qiymətiəndirmə  göstəriciləri  sistemi  yaratmağa  imkan  verən  etibarlı  infor-

masiya lazımdır. Onların əп əsasları: 

 ●  paxlalaıların müxtəlif məhsullarında azot - fiksasiya ölçüləri;  

 ●  cəlb olunan atmosfer azotunun miqdarı və torpağa üzvi maddələrin 

daxil olması;    

 ●    paxlalılarn  azotundan  istifadə  hesabına  taxılların  mümkün  olan 

məhsuldarlığı və sələfi paxlalılar olan bitkinin becərilməsində mineral azota 

olan  tələbat  (bu  məsələlərin  həllində  ilkin  məlumatlar  aqroekoloji  moni-

torinqin materialları olmalıdır). 

Paxlalılar  olan  növbəli  əkinlərdə  azot  fiksasiya  əmsalını,  öyrənilən 

faktorlardan  asılı  olaraq  müxtəlif  qrup  paxlalıların  azot  fiksasiya  intensiv-

liyini qiymətldndirmək üçün təyin  edirlər. Ən başlıcası isə torpaqda azotun 

real  balansını  təyin  etmək  üçün  azot  fiksasiya  əmsalını  bilmək  vacibdir. 

Azot  fiksasiya  əmsalının  köməyi  ilə  simbiotik  azotun  payını  torpağa  pax-

lalıların  kök  qalıqlarından  daxil  olan  (gəlir  maddəsi),  eləcə  də  paxlalıların 

torpaqdan  və  gübrələrdən  götürdüyü  azotun  miqdarını  (israf  maddəsi)  he-

sablayırlar.  Paxlalı  bitkilər  üçün  ~N

u

  azot  udulmasını  azot  fiksasiya  əmsa-



lının köməyi ilə təyin edirlər: 

 

N



= N


m

 (1- K


f

), 


 

burada: N

m

 -  məhsulda ümumi azot, kq/ha;  K



 - azotfiksasiya əmsalı. 

Müəyyən  olunub  ki,  xüsusən  yüksək  dozada  azot  gübrəsi  verilən 

təcrübə variantlarında paxlalılarda azotifikasiya əmsalı əhəmiyyətli dərəcədə 

aşağı düşür. Belə hallarda torpaqların azotun və gübrələrin daşınması (çıxı-

mı) uyğun olaraq artır, simbiotik azotun torpağa daxil olması azalır. 

Birillik  paxlalı  bitkilər  üçün  üzvi  maddələrin,  ümumi  və  simbiotik 

azotun  torpağa  daxil  olan  kütləsini  hər  il  vegetasiyanın  sonunda,  çoxillik 

paxlalılar üçün - onları lay altına şumladıqda təyin edirlər. 

Paxlalıların  torpağa  daxil  olan  üzvi  maddələrin  kök  və  biçinaltı  qa-

lıqlarının (0-40 sm-də) kütləsindən və aktiv üzvi maddələrdən (xırda canlı-

ların və ölmüş köklərin, kök yurularının və s. bir başa daxil olan) ibarətdir. 

Bu balda uçot dolayi aparılır, düzəliş əmsalları daxil edilir. 

Praktiki  olaraq  aşağıdakı  prosedura  yerinə  yetirilir.  İlk  öncə  0-20  və 

20-40  sm  torpaq  qatında  kök  kütləsini  hesablayırlar  (kökləri  torpaqdan  yu-


479 

 

maqla  1,5-2,0  mm-lik  ələkdən  keçirirlər).  Sonra  isə  kök  və  gövdənin 



kütləsini düzəliş əmsalına vururlar. 

       Müxtəlif  növlərinin  kök  sisteminin  güclü  inkişafına  görə  düzəliş 



əmsalı fərlidır

Çoxillik paxlalı otlar                                                                                   2,0 

Paxlalı komponentləri 50-dən çox olmaqla, paxlalı dənli qarışıq              1,8 

Yem lüpini, yem paxlası, seradella                                                             1,6      

(quru otda, yaşıl yemdə, silosda) 

Dənlipaxlalılar                                                                                             1,4 

Birillik paxlalı – taxıl otları                                                                         1,3       

Paxlalı komponenti 25 - 40% -dən artıq olan eyni qarışıq                          1,5   

Paxlalı  sələf  bitkinin  sonrakı  bitkiyə  yüksək  təsiri,  һəm  də  effekti 

təkcə  bioloji  azotun  miqdarı  ilə  deyil  (birbaşa  təsir  faktoru),  həm  də 

torpaqda sintez olunan üzvi  maddənin  kütləsilə  (dolayı  faktor) izah olunur, 

hansı  ki,  onun  strukturunu  və  su  fiziki  xassəsini  yaxşılaşdırır.  Nəticədə 

paxlalalıların azotunun mineral  gübrələrin azotu ilə müqayisədə daha uzun 

müddətli təsir effekti təmin olunur. 

Bununla əlaqədar paxlalılardan sonra dənli bitkinin səpin qabağı, azot 

gübrəsinin yalnız optimal dozasını hesablayarkən, yalnız torpaqda olan mi-

neral  azotun  miqdarını  deyil,  həm  də  paxlalıların  qalıq  kütləsinin  mineral-

laşmasından torpağa daxil olan azotun da miqdarını nəzərə almaq lazımdır. 

Əsas  göstəricisi,  müxtəlifliyin  kənd  təsərrüfatı  bitkilərinin  məhsuldar-

lığına  və  gübrələrin  təsirinin  effektliyini  təyin  edən,  torpaqda  mütəhərrik 

fosforun  miqdarıdır.  Bu  da  aqroekoloji  monitorinqin  tədqiqat  obyektinə 

daxildir. 

Məsələ bundadır ki, torpaqda forsforun elə miqdarına çatmaq lazımdır 

ki,  bu  fazada  о,  məhsulu  məhdudlaşdıran  faktora  çevrilməsin.  Problemin 

birinci  hissəsi  torpaqda  fosforun  təyin  olunmuş  miqdarının  yaradılmasında 

"torpaq  -  gübrə  -  bitgi"  sistemi  tədqiqatlarına  əsaslanmaqdır.  Müəyyən 

olunmuşdur ki, bitkinin tələbatını ödəmək üçün köklərin üst səthində torpaq 

məhlulundakı fosforun qatılığı birinci dərəcəli əhəmiyyət kəsb edir. Qatılıq 

dərəcəsi  bitki  kökləri  vasitəsilə  fosforun  udulmasından  və  onun  torpağın 

bərk  fazasına  keçməklə,  yenidən  bərpa  olunmasından  asılıdır.  İonların  eh-

tiyyatı nə qədər çox olarsa torpağın bərk və maye fazası arasında mübadilə 

qabiliyyətli  olan  (һəсm  faktoru)  ionlar  bir  о  qədər  çox  olar.  İntensivlik 

faktoru - qatlıq daha tez bərpa olar, bitki isə forforla yaxşı təmin olunar. 

Aydındır  ki,  bitkinin  normal  böyüməsi  və  inkişafı  üçün,  torpaq  fos-

forun elə ehtiyyatına malik olmalıdır ki, fosfat - ionların bərk fazadan maye 

fazaya yüksək intensivlikdə keçməsini təmin etsin və fosforun köklərə daxil 



480 

 

olma  sürətinə  bərabər  sürətdə  kök  səthini  ionlar  axını  ilə  davamlı  olaraq 



təmin etsin. 

Mütəhərrik  fosforun  ehtiyyatı  (həcm  faktoru)  һəг  torpaq  müxtəlifliyi 

üçün standart merodlarla təyin olunur. 

Aqroekoloji  monitorinq  sistemində  bitkinin  fosforla  optimal  qidalan-

masını  təmin  etmək  üçün,  fizioloji  və  aqrokimyəvi  tədqiqadara  əsaslanan 

bitki diaqnostikası metodundan da istifadə etmək olar, hansı ki, bir çox ölkə-

lərdə istifadə olunur. Bitki diaqnostikasının keçirilməsinin praktiki təcrübəsi 

göstərir ki, becərilən bitkinin daxil olan və istifadə olunan qida maddələrinə 

reaksiyası onların miqdarını kifayət qədər tez və dəqiq ifadə edir. 

Aydındır  ki,  fosfor  gübrələrinin  ekoloji  -  aqrokimyəvi  qiymədəndi-

rilməsi  əsas  qida  elementi  olan  fosfor  haqda  təkcə  məlumat  toplamaqla 

bitki, һəm də gübrənin tərkibində olan və ətraf mühit üçün təhlükə yaradan 

qarışıqlar haqda da məlumat verməlidir. 

Ağır metalları, flor və dıgər komponentləri gübrənin özündə, torpaqda 

onlar  üzə  çıxan  hallarda  və  bitki  məhsullarında  daha  kontrast  variantlarda 

təyin etmək lazımdır. 

Torpağın  münbitliyinin  yaxşılaşdırılmasında  becərilən  bitkinin  məh-

suldarlığının artırılmasında üzvi gübrələrin xüsusi əhəmiyyəti var. 

Bitkinin  mənimsəyə  bildiyi  qida  maddələrinin  ehtiyat  mənbələri,  tor-

pağa müsbət dekorativ təsir göstərir. Onun humus tərkibini optimallaşdırır. 

Üzvi  gübrələrin ağır metalların toksiki  birləşmələrinə müsbət  təsiri  də mə-

lumdur.  Birləşmə  nəticəsində  onlar  az  mənimsənilən  birləşmələrə  çevrilir, 

digər  kimyəvi  elementlərin  toksiki  təsirini  zəiflədir.  Məsələn,  Yaponiyada 

düyüdə  kadmiumun  miqdarı  qışda  kompost  və  ya  çəltik  kövşəni  unu  veri-

lərkən  azalır.  Xrom  birləşmələrinin  toksikliyinin  azalması,  tosforun  və  ya 

çirkab  suların  çöküntülərınin  100  t/ha-dan  az  olmayan  miqdarda  tədbiqi 

zamanı qeyd olunub. 

Üzvi  gübrələrin  böyük    istehsalat  əhəmiyyəti  olmasına  baxmayaraq, 

üzvi maddə ilə qida elementlərinin çox böyük itkisi zəhərli maddələrin kənd 

təsərrüfatı  məhsullarında  yüksək  qatılığın,  əsasən  verilən  gübrə  növünün 

istifadə  texnologiyalarının  pozulmasından  toplanması  haqda  xeyli  məlu-

matlar var. 

Heyvandarlığın inkişafi, onun sənaye əsasları ilə artması, köklü surət-

də üzvi gübrələrin keyfiyyətini və strukturunu dəyişdi. Döşənək peyini ixti-

sar olundu (ümumi kütiənin 20%-ə qədəri), eyni zamanda döşənəksiz yarım-

maye peyinləri tərk edərək, peyin axınlarının çıxımı yüksəldi. 

Döşənəksiz  peyinin  yüksək  dozasının  tətbiqi  torpaqda  fosforun  top-

lanması ilə müşaiyət olunur, eləcə də onun miqdarı qrunt sularında artır. 



481 

 

Gübrə  kimi  istifadə  olunan  üzvi  maddələrindən  ətraf  mühit  üçün  ən 



təhlükəsiz çirkab suların çox əsaslandırmış dozada yalnız ciddi kimyəvi ana-

lizi və xüsusi sahələrdə sanitar yoxlaması aparıldıqdan sonra mümkündür. 

Aqroekosistemin ekoloji təhlükəsizliyi tələb edən əsas blok – kompo-

nentlərinə  mütləq  nəzarət  lazımdır.  Uzvi  gübrələrin  müxtəkf  növlərini  on-

larda  makro

-

  və  mikroelementlərin,  patogen  mikrofloranın  miqdarına  görə 



analiz etmək lazımdır. Ənənəvi olmayan üzvi maddələrdə (sapropeli, bütün 

kompostlar,  sənaye  və  kənd  təsərrüfatı  müəsissələrinin  tullantıları)  ağır 

metalların və pestisidlərin qalıq miqdarının əlavə analizi lazımdır. 

Ətraf mühitin obyektlərinin (atmosfer – su – torpaq - bitki) mühafizə-

sinin  kimyəvi  vasitələrinin  boy  requlyatorları  və  desutrksionlar,  eləcə  də 

azot  tərkibli  zəhərli  maddələr  (nitratlar,  nitritiər,  niftozaminlər  və  ağır 

metalların  davranış  qanunauyğunluqları)  model  ekspermentlərində  yaxşı 

öyrənilib. 

Kimyəvi  vasitələrin kompleks tətbiqi zamanı  spesifık  məsələlər  yara-

nır. Torpağın zəhərlənməsi bitki məhsullarının ziyanlı olması, hansı ki, ənə-

nəvi  metodlarla  təyin  etmək  mümkün  deyil.  Tətbiq  olunmuş  bütün  prepa-

ratların miqdarı CYS (MDU) ola bilər, lakin sinerqetiv effektin yerinə yal-

nız bu gün bu suala birmənalı cavab vermək olmaz. 

Bütün bunlar daimi uzunmüddətli təcrübələrdə və ya poliqonlarda hər 

tərəfli  tədqiqatların  aqroekoloji  monitorinqini  aparmagı  diktə  edir.  Monito-

rinq müxtəlif tip növbəli əkinlərdə kimyəvi vasitələrin kompleks tətbiqində 

aqroximikatların  müxtəlif  "qatılığında"  əsaslandırılmış  mübahisəli  xarak-

teristikanı göstərməyə imkan verir. 

Ən  vacib  göstərici  torpaqda  və  bitgidə  pestisidlərin  dinamikasıdır. 

Dinamikanı öyrənmək üçün nümunələri ən azı 3-4 ərzində: emal günü (baş-

lanğıc miqdarı), eləcə də məhsul yığımı zamanı götürmək lazımdır. Ən kiçik 

zaman intervalı davamsız preparatlardan istifadə etdikdə, ən böyük interval 

davamlılardan istifadə etdikdə götürülür. 

Pestisidlərin  torpaqda  və  bitkidə  qalıq  miqdarını,  buna  səlahiyyətli 

olan orqanların təsdiqlədiyi komissiya, Səhiyyə Nazirliyi və.s rəsmi metodi-

ka  ilə  təyin  edirlər.  Alınan  informasiyaları  torpaqda  və  bitkidə  YVQ  nor-

mativləri ilə müqayisə etməklə qiymədəndirirlər. 

Pestisidlərin  qalıq  miqdarı  ilə  bərabər  bitki  nümunələrindən  standart 

metodları ilə əsasən azot tərkibli toksikantlar (NO

-

2



, NO

-

3



, nitrozoaminlər),  

ağır metallar, flor, mışyak, mikroelementlər təyin edilir. 

Aqroekoloji  monitorinqdə  bitki  məhsullarında  zərərliyin  cəmini  təyin 

etməyə böyük əhəmiyyət verir. 

Torpağın  summar  fitotoksikliyini  bioinduksiya  metodu  ilə  qiymət-

ləndirirlər. 



482 

 

Torpağın mikroflorası - torpaq əmələgəlmə prosesinin vacib faktoru-



dur.Torpağın keyfiyyəti onun münbitliyi ilə təyin olunur, münbitliyin vacib 

göstəricisi mikroorqanizmlərin kütləsidir. Torpaqda gedən biokimyəvi  pro-

seslərin  intensivliyi,  mikrofloranın  toksonamik  tərkibi  və  onun  funksional 

müxtəlifliyidir. 



Birinci  dərəcəli  vəzifələrdən  biri  müxtəlif  münbitlikli  torpaqların 

bioloji  aktivlik  parametrlərinin  qiymətləndirilməsidir.  BA  uzun  müddətli 

stasionar  təcrübələrdə,  əkinçiliyin  müxtəlif  sistemləri  əsasında  formalaşır. 

Bu cür qiymətləndirməni əsas torpaq tiplərində, təbii şəraitinə görə müxtəlif 

olan əkinçilik zonalarında aparırlar (7 torpaq tipi, 10 təbii iqtisadi zona). 

Bu  yolla alınan nəticələr  torpağın  keyfiyyətini  mikrobioloji  qiymət-



ləndirmə kriteriyalarının hazırlanması və normativ informasiya banklarının 

yaradılması üçün ilkin bazadır. Bunlar torpaq münbitliyini və təbii ətraf mü-

hitin  mühafızəsini  idarə  etmək  üçün  lazımdır.  Informasiyanın  toplanması-

nın, emalının, saxlanmasının və çatdırılmasının müasir imkanları, daha çox 

əsaslandırılmış, başlıcası isə torpaq münbitliyi sahəsində idarəetmənin kons-

truktiv həllinə geniş imkanlar açır. 

Kəmiyyət və keyfiyyət parametrlərinin işlənib hazırlanması, torpağın 

bioloji  xassəsinin  normativ  bazası  kənd  təsərrüfatı  istehsalı  proseslərində 

onların dəyişməsini sistematik müşahidə etməyə imkan verir (mikrob ədədi 

- 1 ml suda olan mikrobların sayıdır). 

Deyilənlərdən  aydın  olur  ki,  mikrobioloji  monitorinqin  məqsədini 

aşağıdakı formada təyin etmək olar: 

1.  Ölkənin  müxtəkf  regionlarında  torpağın  bioloji  xassəsinin  əsas 

parametrlərinə görə informasiyanın alınması; 

2.  Тоrpağın normativ tələbatlara uyğunluğunun qiymətləndirilməsi; 

3.   Вu  və  ya digər aqrotexniki tədbirlərin təsiri  altında torpağın  təka-

mülünün mümkün olan yollarının proqnozu

4.  Aqroekosistemlərin  yüksək  məhsuldarlığının  və  torpaq  münbitli-

yinin  geniş  təkrar  istehsalını  təmin  edən  aqrotexniki  tədbirlərə  düzəlişləri 

işləyib hazırlamaq üçün normativ informasiyanın verilməsi. 

Beləliklə,  mikrobioloji  monitorinqin  vəzifəsi  torpaq  münbitliyinin 

keyfiyyətinə  nəzarət  funksiyasını  yerinə  yetirməyə  və  ekoloji  təhlükəsiz 

aqrotexnologiyanın   hazırlanması  üçün lazım olan normativ informasiyalar 

verməkdir. 

 

5.6.5.  Aqroekoloji  monitorinqin  aparılmasına  biogeokimyəvi  yanaş-



malar 

Bütünlükdə biosferdə olduğu kimi, aqroekosistemlərin müxtəlif kom-

ponentləri  (torpaq,  su,  bitki  və  s.)  arasında  əlaqə  biogeokimyəvi  dövranla 


483 

 

həyata  keçirilir.  Biogeokimyəvi  dövran  -  dövrü xarakter  daşıyan  maddələr 



axinının  məkan  və  zamanca  transformasiyası  və  miqrasiyasının  sintezidir. 

Uyğun  olaraq,  aqroekoloji  monitorinqin  məqsədlərinə  çatmaq  və  konkret 

elementin  tədqiqat  metodlarının  işlənib  hazırlanması  üçün  ərazinin  biogeo-

kimyəvi rayonlaşdırılması aktualdır. 

Aqroekoloji  monitorinqin  strukturu  aqroekosistemin  һər  bir  kom-

ponentini  xarakterizə  edən  universal  parametriəri  birləşdirir.  Ən  mühüm 



vəzsifə - yüksək keyfiyyətli məhsulun alınması - hərtərəfli və müxtəkf səviy-

yəli  nəzarət  tələb  edir.  Aqroekosistemə  insan  fəaliyyəti  nəticəsində  atmos-

ferdən,  hidrosferdən  və  torpaqdan  daxil  olan  zəhərli  maddə  bigeokimyəvi 

dövrana qoşulur, bitki – yem – qida maddəsi – heyvan orqanizmi – insan or-

qanizmi  zəncirində  transportasiya  olur.  Aydındır  ki,  ekoloji  təmiz  məhsul 

istehsalını  düzgün  idarə  etmək  üçün  aqroekoloji  monitorinq  maddələr 

dövranının biokimyəvi prosesləri haqda biliklərə əsaslanmalıdır. Bu zaman 

monitorinqin  həcmi  vacibdir.  Nəzarət  altında  olan  göstəricilərin  siyahısına, 

hökmən  insan  və  heyvan  orqanizminə  bir  başa  və  dolayısı  ilə  təsir  edən 

elementlər (Be, Ni, Se, F, Cr və s.) daxildir.  

Biogen elementlərin, ağır metalların və digər komponentlərin olması-

nın  mümkünlüyünə  suvarma  və  içməli  sularda,  bitki  və  heyvan  məhsul-

larında, dərman xammalında nəzarət olunmalıdır. Elecə də emal prosesində 

məhsulun  keyfiyyətinə  nəzarət  lazımdır.  Belə  aydın  olur  ki,  bütün  trofık 

zəncir nəzarət altında olmalıdır. 

Monitorinq zamanı ərazının biogeokimyəvi xüsusiyyətlərinin obyektiv 

uçotu  üçün  çoxillik  məlumatlara  əsaslanmaq  məqsədəuygundur.  Onlar  4 

qrupa bölünür:  

l) tarixi (50 il müddətində torpaqdan istifadənin xarakteri, torpaq fon-

dunun istismara  başlanması, kimyalaşma səviyyəsinin dinamikası və s.);  

2) aqrokimyəvi (əvvəl götürülmüş və müasir torpaq monolitərinin ana-

lizinin  müqayisəsi,  xüsusən,  mıkroelementlərin  və  ağır  metalların  tərkibinə 

görə və s.); 

 3) iqlim şəraiti (hava və su mənbələrinin kimyəvi çirklənmə proses- 

lərinin inkişafı);  

4) təbii biogeokimyəvi əyalətlərin olması haqda məlumatlar. 

Bizim  planetimizi,  canlı  maddəni  və  torpaq  örtüyünü  əmələ  gətir-

miş  kimyəvi  elementlər  arasında  60-70-i  seyrəkdir,  hansı  ki,  qatılığı         

nl0

-2

...  n10



-5 

%-dir.  Lakin  bizim  planetin  yer  qabığının  ölçülərinə  hesabla-

dıqda yer kürəsində mikroelementiərin ehtiyyadarı kifayət qədər böyükdür. 

Son  illərin  tədqiqatlarının  nəticələri  "seyrək"  elementlərin  müstəsna 

əhəmiyyətini açmağa imkan verdi. Onlar biotun təkamülü və funksiyalarının 

reallasması prosesində, əkinçiliyin məhsuldarlığı, insanların sağlamlığı üçün 



484 

 

əhəmiyyətlidir. Lakin bu elementiərin ümumi miqdarının kifayət qədər çox 



olmasına baxmayaraq, onlar qeyri - bərabər paylanmışlar və təbii və antro-

pogen  təsirlər  altında  geokimyəvi  anomaliyalar  kimi  üzə  çıxırlar  (Kovda, 

1985). 

Müxtəlif  təbii  təsərrüfat  zonalarında  biogenlərin  dövranın  göstəricisi 



elementlərin  bitkilərdə  konsentrasiya  və  dekonsentrasiya  nisbəti,  eləcədə 

bitki - konsentrantları və dekosentrantlarının nisbətidir (Qlazovskaya, 1987).  

 Bitkilərin  mikroelementləri  bioloji  udmasını  bioloji  udma  əmsalının 

köməyi  ilə  qiymətləndirmək  olar.  Onu  mikroelementlərin  bitkilərdə  olan 

miqdarını  onların  torpaqda  olan  miqdarına  bölməklə  hesablayırlar:  K

bu 


C

kül



 : C

torpaq


. Bioloji udma əmsalı əsasən bitki- indiqatorları təyin edirlər (bu 

və ya digər elementi daha çox miqdarda toplamaq qabiliyyəti olan bitki). 

Mürəkkəb çox əsrlik  geokimyəvi  proseslər nəticəsində qitələrin səthi 

və  torpaq  örtüyü  spesifik  geokimyəvi  əlamətlər  qazandı.  Müxtəlif  geokim-

yəvi əyalətlər və vilayətlər formalaşdı  və yarandı. Onlar miqrasiya edən bir-

ləşmələrin müəyyən tərkibi ilə, mühitin reaksiya şəraiti və oksidləşmə-bərpa 

rejimi ilə, makro- və  mikroelementlərin toplanması  və  itkisi ilə xarakterizə 

olunur (Güləhmədov, Səttarov, Həsənova, Eyyubova). M..A.Qlazkovskaya, 

N.Q.Zizina,  A.I.Obuxova,  A.I.Perelman  tədqiqatlarla  müəyyən  etdilər  ki, 

mikroelementlərin hamısı  deyil, onların  torpaqda  hərəkətli  forması  fızioloji 

və aqronomik əhəmiyyətlidir.Bu belə nəticəyə gəlməyə imkan verdi ki, mik-

roelementlərin  biogeokimyəvi  coğrafiyası  üzrə  dərin  kompleks  tədqiqatlar 

aparmalı, onların birləşmə formalarının, miqrasiya və akkumlaysiya qnuna-

yğunluqlarının, torpağın münbitliyi və onların insan gigiyenası və sağlamlı-

gında  əhəmiyyəti  öyrənilməlidir.  Hər  bir  element  üçün  praktiki  olaraq  4 

qatlıq səviyyəsini fərqləndirirlər:  

●elementin  çatışmazlığı  (orqanizm  elementin  çatışmazltğtndan    əziyyət 

çəkir); 


●elementin optimal miqdarı (orqanizmin yaxşı vəziyyəti ilə qeyd olunur);  

● elementin уol verilən qatılığı (orqanizmdə depresiya halları üzə çıxmağa 

baslayır);  

●elementin orqanizm üçün öldürücü (letal) səviyyəsi. 

   Lakin  etiraf  etmək  lazımdır  ki,  Rusiyada,  eləcə  də  Azərbаусаndа 

hələ  də  etibarlı  təşkilati  sistem  yoxdur  ki,  ərzaq  məhsullarında,  heyvanlar 

üçün yemdə ağır metalların və digər zəhərli maddələrin miqdarına ciddi nə-

zarət  etsin və  kəskin  sərhədlər qoysun.  Burada çətinliklər hər şeydən  əvvəl 

"torpaq-bitki‖ sistemində miqrasiya prosesinin zəif öyrənilməsilə şərtlənir.  

Nəticədə  isə  yaxşı  ilkin  informasiya  bazası  yaratmaq  çətinləşir. 

Təsiretməyə  nəzarət  sisteminin  və  əsaslandırılmış  normaların  tətbiqi, 


485 

 

hərtərəfli tədqiqatlar və müxtəlif profilli mütəxəssislərin iştirakını tələb edən 



mürəkkəb kompleks vəzifədir. 

 Aqroekoloji monitorinqə aşağıdakılar daxildir:  

1.  Verilmiş  periodda  biogeokimyəvi  əyalətlərin  və  rayonların  vəziy-

yətinin  qiymətləndirilməsi  və  sərhədlərin  dəqiqləşdirilməsi  məqsədilə  tor-

pağın zonalar üzrə biogeokimyəvi müayinəsi;  

2.  Məlumatlar  bankı  və  bazalarının  müasir  inteqral  metodları  vasitə-

silə elementlərin ümumi miqdarı və hərəkətli formalarının təyin edilməsi;  

3.  Zonal aqrosenozların bitkilərinin cins və növlərinin biogeokimyəvi 

spesifiklikləri üzrə çıxarmaq üçün rayonlar üzrə  əsas kənd təsərrüfatı bitki-

lərinin kimyəvi element tərkibinin təyin edilməsi; 

 4. Müxtəlif tip torpaqlarda fon  elementlərinin miqdarını orta statistik 

göstəicilərin müəyyənləşdirməsi;  

 5. Nümunələrin saxlanması  zaman  kimyəvi və  bioloji proseslər nəti-

cəsində  elementiərin  һərəkətliyini  istisna  edən,  makroelementlərin  və  ağır 

metalların  hərəkətli  formasmın  torpaq  nümunələrindən  metodikaya  uyğun 

təyin edilməsi;  

6. Torpaqda metalların hərəkətliyinə əhəmiyyətli təsir göstərən anion-

ların dinamikasına nəzrət. 

 

5.6.6.   Ağır  metallarla çirklənmənin ekoloji qiymətləndirilməsi 

Qiymətləndirmənin əsas vəzifələri aşagıdakılardır:  

1.  Təbii  mühitin  çirklənmə  mənbələrinin  üzə  çıxması  və  kompleks 

xarakteri; 

2.  Onların  miqrasiyasının  bütün  mümkün  olan  kanallarında  çirldənd-

kicilərin  izlənilməsi,  canlı  orqanizmlərə  təsir  zonalarının  sərhədləşməsi, 

çirkləndiricilərin yiğıldığı sahələrın üzə çıxması; 

3.  Çirklənmənin  qatılığının  və  miqrasiyasının  biogeokimyəvi  qiy-

mətləndirilməsi,  һəm  bir  başa  çirlklənmə  zonasında,  həm  də  onların  trofik 

zəncirdə daşınması zamanı;  

4. Mühitin çirklənməsinin diaqnostikasının təyini, daxil оlmа sürəti və 

həcmi, öyrənilən birləşmələrin yayılması və ayrılması, proqnoz materialları- 

nın alınması. 

Sadalanan  vəzifələr  sırasından  axırıncı  2-si  münasib  təcrübə  işlərinin 

aparılması  üçün  böyük  əkəmiyyət  kəsb  edir,  hansıkı,  əsas  təlabat  yüksək 

doğruluqdur. Alınan qiymətiərin keyfiyyəti monitorinqin keyfiyyəti də təyin 

olunur. (çöl  və laboratoriya işlərinin planlaşdırılıması  və  yerinə  yetirilməsi 

və onların çox həlqəvi olması, mərhələliyin, metroloji təminatı, lazımi nor-

mativ bazanın olması, mütəxəsislərinin təkminləşməsi və tərkibi). 


486 

 

İlk öncə ərazınin torpaq örtüyünün müayinəsi aparılır və onların nəticə-



lərinə görə qərar çıxarılır. Hansı kı,torpaq örrüyünün vəziyyətinə ekoloji qiymət 

verilir, eləcə də daha ayrıntılı tarla təcrübələrinin məqsədyönlü olub-olmaması 

haqda  nəticələr  çıxarılır.  Çirkləndirici  elementin  bu  və  ya  digər  təhlükəlilik 

sinfinə məxsusuluğu qəbul olunmuş standartlara uyğun olaraq təyin olunur. 

Ağır  metalların  ekoloji  normalaşmasının  aşağıdakı  növlərini  fərq-

ləndirirlər:  landşaft,  biotik,  torpaq.  Elementlərin  və  maddələrin  mikro-  və 

ultramikro  miqdarının  təyini  üçün  getdikcə  daha  kamil  analitik  metodların 

tətbiqinə baxmayaraq, səhv nəticələrin artması tendesiyası qeyd olunur. Bu-

rada 1 çıxış yolu var: analiz aparılmasının bütün proseduralarına ciddi unifi-

kasiya, istifadə olunan cihazların keyfiyyətindəkı reqlamentasiyası, qabların, 

reaktivlərin müxtəlif vasitələrdən istifadə etməklə aparılan analizlərin ciddi 

metroloji  nəzarətin  təşkili,  suyun  nəhayət,  laboratoriya  şəraitində  havanın 

təmizliyinə riayət  etmək. Bütün  bunlar təcrübələrin  səhvinin azalmasına və 

aradan  götürülməsinə,  son  nəticədə  isə  kimyəvi  elementlərin  mikro-və 

ultramikro qatılığının təyinində daimi səhvlərin azalmasına imkan verir. 

 

5.6.7.  Meliorasiya  torpaqlarında  aqroekoloji  monitorinqin  aparıl-



masının xüsusiyyətləri   

Suvarma  əkinçiliyi rayonlarında torpağın  münbitliyinə,  məhsuldarlıq 

və alınan məhsulun keyfiyyətinə, səth və qurunt sularının minerallaşması və 

çirklənməsinə, suvarmanın, kimyalaşdırma vasitələrinin və digər faktorların 

təsirinin daha ətraflı uçotu tələb olunur. 

Monitorinqin  vəzifəsi  torpaq  münbitliyinin  və  hidrogeoloji  mühitin 

əsas  göstəricilərinin  vəziyyətinə  nəzarət,  qiymətləndirmə,  praqnozlaşdırma 

və idarə etməkdir. Məqsəd məhsul vahidinə daha az su və gübrə sərf etmək-

lə yüksək keyfiyyətli bol məhsul əldə etmək, eləcə də TƏM - in çirklənmə-

sinin qarşısını almaqdır. 

Uzunmüddətli stasionar təcrübə bazası və xüsusi paliqonlardan həyata 

keçirilən monitorinqin, nişanlanmış azotla lizimetrik və mikrotarla təcrübə-

ləri  ilə  müşaiyət  olunması  məqsədə  uyğundur.  Aqroekoloji  monitorinq  bü-

tün suvarma əkinçiliyi zonalarında zonadaxili torpaq və hidrogeoloji xüsu-

siyyətlərin uçotu üzrə aparılır. Nəzarət olunan göstəricilərin naboru   müxtə- 

 lif torpaq- iqlim zonalarından variasiya ola bilir. 

Torpaqda  qida  elementlərin  hərəkətli  formasının  miqdarının  dinami-

kasını öyrənmək üçün torpaq nümunəsi bu və ya digər bitkinin əsas inkişaf 

fazalarında öyrənilir. N0

3

 və NH



3

 azotunun miqdarı 0-30, 31-40, 41-60, 61-

80,  81-100  sm  təbəqələrdə  təyin  olunur.Vegetasiya  dövrünün  əvvəlində  və 

axırında N0

3

 azotunun miqqdarı daha dərin qatlarda (l00-120, 121-140, 141-



160, 161-180, 181-200 sm) təyin olunur. 

487 

 

Hərəkətli  fosfor və  kaliumun miqdarı inkişafın  əsas  fazalarında  0-30  və 



31-40  sm  qatlarda  fiksə  olunur.  Fosfor  və  kaliumun  hərəkətli  miqdarı,  bu 

elementlərin forması və onların hərəkətlilik dərəcəsi, hətta, lm dərinkkdə, növ-

bəli  əkinin  1-ci  və  axırıncı  bitkisinin  vegetasiyasının  əvvəlində  və  axırında 

ölçülür.  Mikroelementlərin,  flor  və  ağır  metalların  miqdarı,  torpağın  nitrifi-

kasiya qabiliyyəti və bioloji aktivliyi, asan hidroliz olunan azotun miqdarı tor-

pağın şum qatında bitkinin aktiv vegetasiyasının əvvəlində müəyyənləşdirilir. 

Şoran torpaqların yayıldığı ərazilərdə vegetasiyanın əvvəlində və axı-

rında suda həll olan duzların ümumi miqdarı təyin olunur və onların tərkibi 

0-30,  31-40,  41-60,  61-80,  81-100  sm  və  ya  qrunt  sularınadək  (1,5-2  m)  

dərinlikdə  təyin  olunur.  Qurunt  suları  2m-dən  artıq  dərinkkdə  olduqda, 

ölçmələr xüsusi skvajinalarda aparırlır. 

Bitkinin  inkişaf  fazası  əsasında  duzların  ümunıi  miqdarı,  onların  tər-

kibi (о cümlədən nitratiarın miqdarı) təyin olunur. Drenaj şəbəkələrində dre-

naj sularında duzların minerallaşması dərəcəsi və tərkibi, qida maddələrinin, 

pestisidlərin qalıq miqdarı fiksə olunur. 

Şoran  və  şorakət  torpaqların  yayıldığı  zonalarda  xüsusi  melorativ 

tədbirlər  aparıldıqdan  sonra  (gips  və  ya  fosfogips,  plantaj  və  ya  3  yaruslu 

şumlama  və  digər  tədbirlər)  vegetasiyanın  əvvəlində  və  axırında  mübadilə 

olunan Na-un miqdarını müəyyənləşdirirlər: mq.ekv./ 100 q-la və 0-30, 31-

40, 41-50sm təbəqələrdə udma həcmindən % - lə. 

Torpağın turşuluğu (pH mikroaqreqat və duz mübadiləsi) qələviləşmiş 

qara  torpaqlarda,  boz-meşə  və  çimli-podzol  torpaqlarda  şum  qatında  vege-

tasiyanın əvvəlində qiymətiəndirmək lazımdır. 

Pestisidlərin tətbiqi nəzərdə  tutulan kənd  təsərrüfatı bitkilərinin becə-

rilməsində,  vegetasiya  dövrünün  sonunda  torpağın  şum  qatında  bu  prepa-

ratların və onların metabolitlərinin nitrozaminləri diaqnozlaşdırılır. Torpağın 

şum qatının mübadilə kütləsi vegetasiya dövrünün əvvəli və axırı ilə mütə-

nasibdir  və  100  sm  qədər  dərinlikdə  torpaq  profili  boyunca  aparılır.  Bu 

zaman  növbəli  əkin  rotasiyasının  müddəti  nəzərə  alınır.  Şum  və  şumaltı 

qatlarının (0-30 - 31-50 sm) aqreqat tərkibini növbəli əkində birinci və axı-

rıncı  bitkinin  vegetasiyasının  əvvəlində  müəyyənləşdirirlər.  Suvarma  şə-

raitində torpağın nəmliyinə daimi nəzarət olmalıdır. Çıxış alınma dövründə 

lm  dərinliyə  qədər  hər  10  sm-də  7-10  gündən  bir  vegetasiya  dövründə  və 

məhsul  yığımından  əvvəl,  eləcə  də  suvarmadan  əvvəl  və  sonra  nümunələr 

götürülür. N, P

2

0



5

  və  K


2

0 ümumi miqdarı, humusun miqdarı  ən  az rütubət 

tutumu,  maksimal  hiqroskopik,  davamlı  soluxmanın  (saralmanın)  nəmliyi, 

bərk  fazanın  sixlığı,  şum  və  şumaltı  qatlarda  lm  qədər  dərinlikdə  fiksə 

olunur  (növbəli  əkinin  birinci  bitkisinin  vegetasiyasının  əvvəlində  və  axı-

rıncı bitkinin vegetsaiyasının axırında). 



488 

 

Humusun fraksiya tərkibi, udma həcmi, mübadilə əsasının tərkibi, turş 



torpaqlarda  hidrolitik  turşuluq,  karbonatlıq,  kalsium,  maqnezium,  kükürd, 

alüminium,  dəmir,  mikroelementlər,  flor,  ağır  metalların  ümumi  miqdarı 

növbəli əkin rotasiyasının əvvəli və axırında şum qatında təyin olunur. 

Verilən göstəricilərin lazımi müddətdə diaqnostikası üçün burların kö-

məyi ilə şum qatından götürülmüş 5 nümunənin qarışığından və şumaltı qat-

dan  götürülmüş  3  nümunənin  qarışığından  nümunələr  götürülür.  Torpağın 

nəmliyi ləkdə 3 çüxurdan götürülmüş individiual nümunədə təyin olunur. 

Makro-  və  mikroelementiərin  bitkidə  miqdarını  onların  inkişafının 

əsas fazalarında, alınan məhsulda nitratların, nitritlərin nitroz aminlərin, pes-

tisidlərin  qalıqları  və  onların  metobolitləri,  flor,  ağır  metallar  qiymətləndi-

rilir. Qurudulan torpaqlar üçün monitorinq onların məkan və zamanca dəyi-

şilmələrinin  və  vəziyyətlərinin,  torpaq  örtiiyünün  vəzlyyətinin  qiymətlən-

dirilməsi və onun mümkün olan dəyişilmələrinin proqnozu, torpağın vəziy-

yəti  və  rejimlərinin  tənzimlənməsi  bir  başa  onun  münbitliyini  təyin  edən 

elmi əsaslandırılrnış üsullarının hazırlanmasını birləşdirməkdir.  

 

 Qurudulan torpaqlarda  mənfi  ekoloji  nəticələrə  gətirilən  əsas  proses-



lər:  bitki  məhsullarının  nitratlarla,  yemlərin  isə  kaliumun  artıq  miqdarı  ilə 

çirklənməsi,  torpağın  ağır  metllarla,  pestisidlərlə  və  digər  arzu  olunmaz 

komponentlərlə  çirklənməsidir.  Нəг  şeydən  əvvəl  torflu  topaqlarda  üzvi 

maddələrin parçalanamsı xüsusi əhəmiyyət kəsb edir. Üzvi maddənin parça-

lanması və onların itkisinə, onunla birlikdə torpaq qidalandırıcı elementlərin 

itkisinə, biogen elementlərin qatılığına, su anbarlarına yaxın yerləşən drenaj-

larda və qrunt sularda texnogenez məhsullarının artmasına səbəb olur. 

Qurudulan torpaqların əsas xüsusiyyətləri qida elementlərinin yüksək 

dərəcədə  hərəkətli  olması  və  bununla  əlaqədar  onların  daha  intensiv  yuyu-

laraq ətraf su anbarlarına axmasıdır. 

 

5.6.8.  Aqroekoloji  monitorinqin  məlumatlarının  informasiya  baza-

sının təşkili. 

Poliqon  və  lokal  aqroekoloji  monitorinq  sisteminə  daxil  olan  qısa  və 

uzunmüddətli təcrübələrdən alınan kompleks informasiyalar özlüyündə kifa-

yət qədər mürəkkəb struktura malikdir. Çoxlu sayda kəmiyyət və keyfiyyət 

xarakterli  bitki  və  onun  yaşayış  mühitini  hərtərəfli  təsvir  edir.  Onun  tam 

qiymətli  sistemləşdirilməsi,  emalı  və  analizi,  müxtəlif  funksional  tapşırıq-

ların  ardıcıl  yerinə  yetirilməsi  üçün  effektili  və  operativ  istifadəsi,  nizam-

lanmış informasiyanın  axınlarının məlumatlar bazası  kimi təşkilində müm-

kündür. Eksperiment materillarının formalaşması lazımdır, hansı ki, öz növ-

bəsində  informasiyanın  təsnifləşdirilməsinin  aparılmasını  tələb  edir.  Onun 



489 

 

struktur  və  asan  modifikasiya  edən  formaları  haqda  təsəvvür  yaradır  (şəkil 



5.5 və 5.6).     

 

 



 

 


Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin